Məhəmmədxan bəy
Jump to navigation
Jump to search
Məhəmmədxan bəy | |||||
---|---|---|---|---|---|
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi – irəf) üzərində miniatür. | |||||
|
|||||
Sələfi | Məlik Həsən | ||||
Xələfi | Məlik Nəcəfqulu | ||||
Doğum tarixi | ? | ||||
Doğum yeri | ? | ||||
Vəfat tarixi | ? | ||||
Dini | islam, şiə | ||||
Atası | Məlik Səfərqulu | ||||
Uşaqları | Əlimərdan bəy, Məlik Nəcəfqulu |
Məhəmmədxan bəy (?–?) — XVIII əsrin birinci yarısında Şəki məliyi olmuş şəxs.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
1700-cü ilin mart ayında Şəki vilayətin ağsaqqalları Şah Sultan Hüseynin yanına öz nümayəndələrini göndərərək vilayətin o vaxtkı məliyi Məlik Həsənin vəzifədən götürülməsini, Şəkinin məlikliyi vəzifəsinə isə keçmiş məlik Səfərqulunun oğlunun – Məhəmmədxan bəyin, təyin edilməsini xahiş etmişdilər. Şah Sultan Hüseyn Şəki əhalisindən 500 ədəd əşrəfi (qızıl sikkə) peşkəş və yüz tümən iltizam pulu alınması şərti ilə həmin xahişi qəbul etmişdir[1][2]. Məhəmmədxan bəyin bu vəzifədə nə vaxtadək çalışması məlum deyil. Yalnız məlumdur ki, oğlu Əlimərdan bəy Nadir şahın 26 noyabr 1734-cü il tarixli fərmanı ilə Şəkiyə məlik təyin olunmuşdur[3].
İstinadlar[redaktə | HTML redaktə]
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Musəvi T. M. Şəkinin Orta əsrlər tarixi haqqında // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 56. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 112-117. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 127-128. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
Şəki məliklərinin nəsil şəcərəsi (XVII əsrin birinci yarısı – XVIII əsrin birinci yarısı)[HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
Bu məqalə Şəki Ensiklopediyasının akademik məqaləsidir. |
8 Kateqoriya:
- M
- 1826-cı ilədək Şəki hakimləri, xanları və s.
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr
- Şəki Ensiklopediyası:Akademik məqalələr