"MediaWiki:Təltif/Azərbaycan/"Qüsursuz xidmətə görə" medalı" səhifəsinin versiyaları arasındakı fərqlər
k (Vaqif Kərimov "Qüsursuz xidmətə görə" medalı səhifəsinin adını "Qüsursuz xidmətə görə" medalı (Azərbaycan) olaraq dəyişdi.) |
|
(Fərqli deyil)
|
16:20, 15 mart 2021 versiyası
Qüsursuz xidmətə görə medalı | ||
---|---|---|
"Qüsursuz xidmətə görə" medalı | ||
|
||
|
||
Ölkə | Azərbaycan | |
Ardıcıllıq | ||
Daha yüksək mükafat | "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı | |
Daha kiçik mükafat | "Dövlət qulluğunda fərqlənməyə görə" medalı |
Qüsursuz xidmətə görə medalı — Azərbaycan Respublikasının medalı.[1]
"Qüsursuz xidmətə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi formalı və diametri 35 mm girdə lövhədən ibarətdir. Medalın ön tərəfində açılmış qartal qanadları fonunda çarpazlaşdırılmış tüfənglər və lövbər təsvir edilmişdir. Medalın yuxarısında milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz, aşağısında isə palıd yarpaqlarından çələnglər yerləşdirilmişdir.
Medalın 3-cü dərəcəsi gümüşü rəngli, 2-ci dərəcəsi qızılı rəngli, 1-ci dərəcəsi qızılı rəngli, aypara ilə ulduz ağ, tüfənglər gümüşü, lövbər isə qara rəngdədir. Arxa tərəfi hamar səthlidir, ortasında 1-ci dərəcəli medalda "20 il qüsursuz xidmətə görə", 2-ci dərəcəli medalda "15 il qüsursuz xidmətə görə", 3-cü dərəcəli medalda "10 il qüsursuz xidmətə görə" sözləri yazılmış və milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Çevrə boyunca yuxarıda "Azərbaycan Respublikası", aşağıda isə "Silahlı Qüvvələri" sözləri həkk olunmuşdur.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə zeytun rəngli fonda, kənarlarından mərkəzə doğru ardıcıl olaraq Silahlı Qüvvələrin növlərinin rəngləri - 1 mm enində zeytun və ağ rəngli, 3 mm enində göy və ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. Zeytun rəngin ortasında medalın 1-ci dərəcəsi üçün eni 1 mm olan qızılı rəngli bir şaquli zolaq, 2-ci və 3-cü dərəcəsi üçün eni 1 mm olan müvafiq olaraq iki və üç zolaq vardır. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.[2]