"Əbdüləzəl Dəmirçizadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 70: | Sətir 70: | ||
1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. | 1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. | ||
− | Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi-metodik məqaləsi çap | + | Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi-metodik məqaləsi çap olunub. Bu əsərlərdə yenilikçi alim kimi daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələri (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırılmışdır. Alimin «Azərbaycan dili tarixi xülasələri», «M.F.Axundov dil haqqında və Axundovun dili», «Azərbaycan dilinin tarixi», «Azərbaycan ədəbi dilinin inkişaf yolları», «Kitabi-Dədə Qorqud» dastanının dili», «Azəri ədəbi dilinin tarixi», «Azərbaycan dilinin tarixi qrammatikası» və ölümündən sonra çap olunmuş «Azərbaycan ədəbi dilinin tarixi (II hissə)», «Azərbaycan dili orfoepiyasının əsasları» kitabları yalnız Azərbaycan dilçiliyini deyil, ümumilikdə türkologiya elmini zənginləşdirmişdir. Görkəmli alim etimoloji tədqiqatlar sahəsində də xeyli iş görmüş, araşdırmalarını ümumiləşdirərək 1962-ci ildə «50 söz» adlı orijinal kitab nəşr etdirmişdir. |
AMEA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir. | AMEA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir. |
01:15, 10 aprel 2021 versiyası
Əbdüləzəl Dəmirçizadə | |
---|---|
Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu | |
Əbdüləzəl Dəmirçizadə. | |
Doğum tarixi | 8 iyul 1909 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 10 aprel 1979 (69 yaşında) |
İş yeri | V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, azərbaycan dilçiliyi kafedrası (müdir) |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Evladı | Rövzət Dəmirçizadə |
Üzvlüyü | Azərbaycan SSR EA-nın müxbir üzvü |
Mükafatları |
Əbdüləzəl Dəmirçizadə (1909–1979) — filologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üzvü, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun azərbaycan dilçiliyi kafedrasının müdiri.
Haqqında məlumatlar
8 iyul 1909-cu il tarixdə Nuxada anadan olub.
Təhsili
Nuxada ibtidai və orta təhsil alıb.
Nuxa Müəllimlər Seminariyasını bitirib.
1929-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinə,
1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutun aspiranturasına daxil olub.
Əmək fəaliyyəti
1925-ci ildən Nuxa şəhər 2 saylı məktəbində müəllim işləyib.
Ədəb-publisistik fəaliyyəti
1925-ci ildə ilk məqaləsi «Yeni Məktəb» məcmuəsində dərc olunub.
Gəncliyində bədii yaradıcılığa böyük həvəs göstərib, bir sıra şeirlər, hekayələr və oçerklər yazıb.
Elmi fəaliyyəti
1936-cı ildə «Türk dili» adlı ilk elmi kitabı,
1938-ci ildə «Azərbaycan ədəbi dili tarixinin xülasələri» adlı ikinci kitabı çap olunub.
1940-cı ildə filologiya elmləri namizədi elmi dərəcəsini alıb.
1944-cü ildə «Azərbaycan dilinin tarixi (qədim dövr)» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1945-ci ildə professor elmi adını alıb.
1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.
Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi-metodik məqaləsi çap olunub. Bu əsərlərdə yenilikçi alim kimi daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələri (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırılmışdır. Alimin «Azərbaycan dili tarixi xülasələri», «M.F.Axundov dil haqqında və Axundovun dili», «Azərbaycan dilinin tarixi», «Azərbaycan ədəbi dilinin inkişaf yolları», «Kitabi-Dədə Qorqud» dastanının dili», «Azəri ədəbi dilinin tarixi», «Azərbaycan dilinin tarixi qrammatikası» və ölümündən sonra çap olunmuş «Azərbaycan ədəbi dilinin tarixi (II hissə)», «Azərbaycan dili orfoepiyasının əsasları» kitabları yalnız Azərbaycan dilçiliyini deyil, ümumilikdə türkologiya elmini zənginləşdirmişdir. Görkəmli alim etimoloji tədqiqatlar sahəsində də xeyli iş görmüş, araşdırmalarını ümumiləşdirərək 1962-ci ildə «50 söz» adlı orijinal kitab nəşr etdirmişdir.
AMEA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir.
Əmək fəaliyyəti
1940 – 1943-cü illərdə S.M.kirov adına Azərbaycan Dövlət Universitetində,
1943 – 1979-cu illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda azərbaycan dilçiliyi kafedrasının müdiri olub.
İkinci iş yerləri
1951 – 1960-cı illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda azərbaycan dilinin tarixi şöbəsinin müdiri olub.
Təltif və mükafatları
- “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı (1973);
- Azərbaycan SSR dövlət mükafatı (1974).
Vəfatı
10 aprel 1979-cu il tarixdə – 69 yaşında, Bakıda vəfat edib.
Xatirəsi
Bakıda bir küçəyə adı verilib.
Bakıda vaxtilə yaşadığı evin divarına memorial lövhə vurulub.
Ədəbiyyat
- Dəmirçizadə Əbdüləzəl // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1979. — III cild. — Səhifələrin sayı: 628. — Səh.: 406. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Dəmirçizadə Əbdüləzəl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 103 – 106. — 1.000 nüsx.
- Mete Ə. Ana dili başqa dillərin açarıdır, azərbaycan dilinin qüdrətli alimi // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 182 – 185. — 500 nüsx.
- Dəmirçizadə Əbdüləzəl // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. —VI c. — Səh. 557. — ISBN 978-9952-441-11-6.
- "Vəfat etmiş müxbir üzvlər/Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyas. 18 Sep 2018 – 17 Jan 2021 tarixində arxivləşdirilib.
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış şair və yazıçılar
- 1909-cu ildə doğulanlar
- 8 iyulda doğulanlar
- İyulda doğulanlar
- 10 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 1979-cu ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Azərbaycan SSR dövlət mükafatı laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr