"Əbdüləzəl Dəmirçizadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış jurnalistlər]][[Kateqoriya:Şəkidən çıxmış şair və yazıçılar]] | + | [[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış jurnalistlər]][[Kateqoriya:Şəkidən çıxmış şair və yazıçılar]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]] |
{{Alim | {{Alim | ||
|Piktoqram = yazar | |Piktoqram = yazar | ||
Sətir 52: | Sətir 52: | ||
=== Əmək fəaliyyəti === | === Əmək fəaliyyəti === | ||
− | 1925-ci | + | 1925 – 1927-ci illərdə Nuxa şəhər 2 saylı məktəbində müəllim işləyib. |
=== Ədəb-publisistik fəaliyyəti=== | === Ədəb-publisistik fəaliyyəti=== |
02:01, 10 aprel 2021 versiyası
Əbdüləzəl Dəmirçizadə | |
---|---|
Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu | |
Əbdüləzəl Dəmirçizadə. | |
Doğum tarixi | 8 iyul 1909 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 10 aprel 1979 (69 yaşında) |
İş yeri | V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, azərbaycan dilçiliyi kafedrası (müdir) |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Evladı | Rövzət Dəmirçizadə |
Üzvlüyü | Azərbaycan SSR EA-nın müxbir üzvü |
Mükafatları |
|
Əbdüləzəl Dəmirçizadə (1909–1979) — filologiya elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan SSR EA-nın müxbir üzvü, V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun azərbaycan dilçiliyi kafedrasının müdiri. Azərbaycan dilçiliyində azərbaycan dilinin tarixi sahəsinin banisi, ayrı-ayrı yazılı abidələrin və yazıçıların əsərlərinin tədqiqatçısı idi. Elmi kadrların hazırlanmasında da xidmətləri olub. Həmçinin, bədii yaradıcılıqla da məşğul olmuşdur.
Haqqında məlumatlar
8 iyul 1909-cu il tarixdə Nuxada anadan olub.
Təhsili
1917 – 1922-ci illərdə Nuxadakı “Həqiqətül-maarif” adlanan yeni tipli məktəbdə,
1923 – 1924-cü illərdə Nuxa nümunə-zəhmət məktəbində,
1925 – 1927-ci illərdə Nuxa Müəllimlər Seminariyasında (2-ci kursadan) təhsil alıb.
1929 – 1932-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinə,
1933 – 1937-ci illərdə isə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1925 – 1927-ci illərdə Nuxa şəhər 2 saylı məktəbində müəllim işləyib.
Ədəb-publisistik fəaliyyəti
1925-ci ildə ilk məqaləsi «Yeni Məktəb» məcmuəsində dərc olunub.
Gəncliyində bədii yaradıcılığa böyük həvəs göstərib, bir sıra şeirlər, hekayələr və oçerklər yazıb.
Elmi fəaliyyəti
1936-cı ildə «Türk dili» adlı ilk elmi kitabı,
1938-ci ildə «Azərbaycan ədəbi dili tarixinin xülasələri» adlı ikinci kitabı çap olunub.
1940-cı ildə filologiya elmləri namizədi elmi dərəcəsini alıb.
1944-cü ildə «Azərbaycan dilinin tarixi (qədim dövr)» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1945-ci ildə professor elmi adını alıb.
1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.
1956 – 1976-cı illərdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Terminologiya Komitəsinin sədr müavini olub.
20-dən çox kitabı, 200-dən artıq elmi və elmi-metodik məqaləsi çap edilib.
50-dən çox elmlər namizədi və elmlər doktorunun elmi rəhbəri olub.
Əmək fəaliyyəti
1940 – 1943-cü illərdə S.M.kirov adına Azərbaycan Dövlət Universitetində,
1943 – 1979-cu illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda azərbaycan dilçiliyi kafedrasının müdiri olub.
İkinci iş yerləri
1951 – 1960-cı illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda azərbaycan dilinin tarixi şöbəsinin müdiri olub.
Təltif və mükafatları
- “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı (1973);
- Azərbaycan SSR dövlət mükafatı (1974);
- “Qırmızı Əmək Bayrağı” ordeni;
- medallar.
Vəfatı
10 aprel 1979-cu il tarixdə – 69 yaşında, Bakıda vəfat edib.
Xatirəsi
Bakıda bir küçəyə adı verilib.
Bakıda vaxtilə yaşadığı evin divarına memorial lövhə vurulub.
Ədəbiyyat
- Dəmirçizadə Əbdüləzəl // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1979. — III cild. — Səhifələrin sayı: 628. — Səh.: 406. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Dəmirçizadə Əbdüləzəl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 103 – 106. — 1.000 nüsx.
- Mete Ə. Ana dili başqa dillərin açarıdır, azərbaycan dilinin qüdrətli alimi // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 182 – 185. — 500 nüsx.
- Dəmirçizadə Əbdüləzəl // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. —VI c. — Səh. 557. — ISBN 978-9952-441-11-6.
- "Vəfat etmiş müxbir üzvlər/Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyas. 18 Sep 2018 – 17 Jan 2021 tarixində arxivləşdirilib.
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- 1909-cu ildə doğulanlar
- 8 iyulda doğulanlar
- İyulda doğulanlar
- 10 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 1979-cu ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Azərbaycan SSR dövlət mükafatı laureatları
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr