"Allahverdi Həsənov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 66: | Sətir 66: | ||
==Ədəbiyyat== | ==Ədəbiyyat== | ||
# {{ŞAZ|1|236 – 237}} | # {{ŞAZ|1|236 – 237}} | ||
− | # {{cite web | last =|url= | + | # {{cite web | last =|url=http://www.nauka.gov.az/az/forms/doktora-nauk-instituta-sistem-upravleniya/1682 |title= İdarəetmə Sistemləri İnstitutu elmlər doktorları/Həsənov Allahverdi Biyakir oğlu|author= |date= |website=http://www.science.gov.az/ |publisher= Azərbaycan Milli Elmlər Akademiyası |language=az |accessdate= |archiveurl = https://web.archive.org/web/20200923021357/http://www.science.gov.az/forms/doktora-nauk-instituta-sistem-upravleniya/1682|archivedate = 23 Sep 2020|ref = harv}} |
{{Yaxşı məqalə}} | {{Yaxşı məqalə}} | ||
[[az:Allahverdi Həsənov]] | [[az:Allahverdi Həsənov]] |
21:45, 27 may 2021 versiyası
Allahverdi Həsənov | |
---|---|
Həsənov Allahverdi Biyakir oğlu | |
Allahverdi Həsənov. | |
Doğum tarixi | 16 fevral 1957 |
Doğum yeri | Kiş, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | AMEA İdarəetmə Sistemləri İnstitutu, 3 saylı İdarəetmə üsulları və modelləşdirmə şöbəsi (şöbənin müdiri) |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1973–1978) Azərbaycan SSR EA Mexanika Riyaziyyat İnstitutu, aspirantura (1980–) |
Allahverdi Həsənov — texnika elmləri doktoru, professor, AMEA İdarəetmə Sistemləri İnstitutunun 3 saylı İdarəetmə üsulları və modelləşdirmə şöbəsinin müdiri.
Haqqında məlumatlar
16 fevral 1957-ci il tarixdə Nuxa rayonunun Kiş kəndində anadan olub.
Təhsili
1973-cü ildə Kiş kənd 1 №-li orta məktəbini bitirib.
1973 – 1978-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1980-cı ildə Azərbaycan SSR EA Mexanika Riyaziyyat İnstitutunun aspiranturasına daxil olub.
Əmək fəaliyyəti
1978-ci ildə təyinat üzrə Azərbaycan SSR EA Mexanika Riyaziyyat İnstitutunun riyazi modelləşdirmə üzrə xüsusi konstruktor bürosunda işə başlayıb.
1992-ci ildən AMEA İdarəetmə Sistemləri İnstitutunda sektor və laboratoriya rəhbəri vəzifəsində çalışmış, daha sonra isə 3 saylı İdarəetmə üsulları və modelləşdirmə şöbəsinin müdiri olmuşdur.
İkinci iş yerləri
Azərbaycan Memarlıq və İnşaat Universitetində professor (0,5 ştat) vəzifəsində çalışır.
Elmi fəaliyyəti
1984-cü ildə deformasiya edən bərk cisimlərin mexanikası ixtisası üzrə “Özlü elastik mühitlərdə qərarlaşmamış istilik mexaniki dalğaların yayılmasının bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyasını,
2005-ci ildə “Mexaniki sistemlərin xarici qeyri-stasionar təsirlərə reaksiyasının riyazi modelləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Çapdan çıxmış 140 elmi əsərin (28-si xarici ölkədə çap olunmaqla) müəllifidir. 4 fəlsəfə doktorunun elmi rəhbəri olub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Həsənov Allahverdi // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 236 – 237. — 1.000 nüsx.
- "İdarəetmə Sistemləri İnstitutu elmlər doktorları/Həsənov Allahverdi Biyakir oğlu". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 23 Sep 2020 tarixində arxivləşdirilib.