"Mübariz Rəşidov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 6: | Sətir 6: | ||
|Orijinal adı = Rəşidov Mübariz Məmməd oğlu | |Orijinal adı = Rəşidov Mübariz Məmməd oğlu | ||
|Şəkil = Mübariz Rəşidov4.jpg | |Şəkil = Mübariz Rəşidov4.jpg | ||
− | |Şəkil məlumat = Mübariz Rəşidov | + | |Şəkil məlumat = Mübariz Rəşidov. |
|Doğum tarixi = {{Doğum tarixi və yaşı|1951|8|12}} | |Doğum tarixi = {{Doğum tarixi və yaşı|1951|8|12}} | ||
|Doğum yeri = {{SSRİ}}<br>{{AzSSR}}, [[Nuxa]] | |Doğum yeri = {{SSRİ}}<br>{{AzSSR}}, [[Nuxa]] | ||
Sətir 25: | Sətir 25: | ||
|Sayt = | |Sayt = | ||
}} | }} | ||
− | '''Mübariz Rəşidov''' | + | '''Mübariz Rəşidov''' — Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi Hərbi Dəniz Taktikası kafedrasının professoru. |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== |
19:43, 9 iyun 2021 versiyası
Mübariz Rəşidov | |
---|---|
Rəşidov Mübariz Məmməd oğlu | |
Mübariz Rəşidov. | |
Doğum tarixi | 12 avqust 1951 |
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Nuxa |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Elmi adı | professor |
Təhsili | V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Mübariz Rəşidov — Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi Hərbi Dəniz Taktikası kafedrasının professoru.
Haqqında məlumatlar
1951-ci ildə Nuxa şəhərində anadan olub.
1959−cu ildə Nuxadakı 10 saylı məktəbin birinci sinfinə gedib. 1961-ci ildə ailəsi Bakıya köçdüyünə görə orta təhsilini Bakıda – 39 saylı məktəbdə davam etdirib.
1969-cu ildə orta məktəbi bitirərək V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1973-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.
1973 − 1974-cü illərdə təyinat üzrə Salyan şəhərindəki 27 saylı orta məktəbdə riyaziyyat müəllimi işləyib.
1974 − 1975-ci illərdə hərbi xidmət borcunu yerinə yetirib.
1975 − 1976-cı illərdə “Sistemli idarəetmənin elmi-tədqiqat və informasiya mərkəzi”ndə (Moskva) riyaziyyatçı-proqramçı işləyib.
1977 − 1979-cu illərdə Azərbaycan ET və Layihə Neft İnstitutunun aspiranturasında təhsil alıb.
1980 − 1985-ci illərdə Azərbaycan ET və Layihə Neft İnstitutunun Hesablama texnikası şöbəsində kiçik elmi işçi,
1985 − 1988-ci illərdə Dövlət ET “Dənizneftqazlayihə” institutunda böyük elmi işçi,
1988 − 2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının “Avtomatika, telemexanika və elektronika” kafedrasında dosent vəzifələrində çalışıb.
2002-ci ilin sentyabrından Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin Hərbi Dəniz Taktikası kafedrasında işləyir, əvvəl dosent olmuş, 2011-ci ildən isə professordur.
Elmi fəaliyyəti
1982-ci ildə İvano-Frankovsk Neft və Qaz institutunun Elmi Şurasında namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi alıb.
1989-cu ildə baş elmi işçi (ixtisas üzrə) elmi adını, 1990-cı ildə Avtomatika, telemexanika və elektronika kafedrası üzrə dosent elmi adını, 2019-cu ildə isə Hərbi dəniz taktikası kafedrası üzrə professor elmi adını alıb.
Bir namizədlik və 50-dən çox magistr dissertasiyasına rəhbərlik edib, 3 nəfərin elmi məsləhətçisi olub. On iki dissertasiya işinin rəsmi opponenti və altı sayda elmi-texniki layihənin mövzu rəhbəri olub.
Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış “Maddələrin, materialların və məmulatların nəzarət cihazları və üsulları” elmi seminarının üzvü kimi dissertasiyaların müzakirələrində iştirak edib.
Əldə etdiyi bəzi elmi nəticələr və ixtiralar SSRİ-nin, o cümlədən Azərbaycanın neft mədənlərində yüksək iqtisadi səmərə ilə tətbiq olunmuşdur.
Texniki sistemlərdə avtomatik idarəetmə, informasiya texnologiyaları, döyüş fəaliyyətinin modelləşdirilməsi və optimal idarə edilməsi ixtisasları üzrə 104 elmi və metodik əsərin, o cümlədən, 2 monoqrafiyanın, 20 ixtiranın, 19 dərslik, dərs vəsaitinin və texniki proseslərin avtomatlaşdırılması üzrə bir-sıra rəhbər sənədin müəllifidir.
Dünyanın bir sıra qabaqcıl elmi mərkəzlərində keçirilən müxtəlif simpozium və konfranslarda Azərbaycanın elmi ictimaiyyətini təmsil edib.
Elmi işləri
- Рашидов Мубариз Мамед оглы. Оптимальное управление процессами глубиннонасосной нефтедобычи при неполной априорной информации : ил РГБ ОД 61:85-5/2986. (диссертация).
- Аливердизаде Керим Салим оглы, Байрамов Сардар Байрам оглы и Амиров Рагим Гюльахмед оглы (15 sentyabr 1987). "Привод скважинной насосной установки". Авторское свидетельство СССР №548726 (русский). patents.su. İstifadə tarixi: 7.03.2020.
- C.H. Əlizadə, İ.F.Həsənov, M.M. Rəşidov, R.A. Mayılov Strukturlu proqramlaşdırma fənnindən məşğələlərin alqoritmik “BEYSİK” dilində aparılmasına aid metodik göstərişlər. Metodik vəsait. Az. SSR Təhsil Nazirliyinin müvafiq əmri ilə çap edilib.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun nəşri, Bakı-1989, 48 s.
- M.M. Rəşidov "Optimalnoye i adaptivnoye upravleniye" fənni üzrə proqram. Metodik vəsait. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun nəşri, Bakı-1989, 16 s.
- M.M. Rəşidov, Məlumat qıtlığı şəraitində naviqasiya informasiyasının riyazi işlənməsi. Dərs vəsaiti, AAHM-nin nəşri, Bakı 2011. 161 s.
- M.M. Rəşidov "Naviqasiya informasiyasının təhlili və riyazi işlənməsi" fənni üzrə proqram. Metodik vəsait. AAHM-nin nəşri. Bakı 2013. 65 s.
- M.M. Rəşidov, "Əməliyyatların tədqiqi " fənni üzrə işçi tədris proqramı. Metodik vəsait. AAHM-nin nəşri. Bakı 2015. 81 s.
- Ə.M. Quliyev, M.M. Rəşidov Naviqasiya informasiyasının təhlili və riyazi işlənməsi. Dərslik. Az. SSR Təhsil Nazirliyinin müvafiq əmri ilə çap edilib. AAHDM-nin nəşri , Bakı-2015,180s.
- E.S. Məmmədov, M.M. Rəşidov Mina və mina əleyhinə silahlarin döyüş tətbiqi. Dərs vəsaiti. Heydər Əliyev adına AAHM-nin nəşri, Bakı-2017, 242s.
- M.M. Rəşidov, E.S. Məmmədov, Ə.Y.Bağırov “Gəmi sistemləri və köməkçi mexanizmlər” fənnindən laboratoriya praktikumu. Dərs vəsaiti. Heydər Əliyev adına AAHM-nin nəşri, Bakı-2018, 80s.
- E.S. Məmmədov, Ə.Y.Bağırov “Gəmi təmiri texnologiyası” Dərs vəsaiti. Heydər Əliyev adına AAHM-nin nəşri, Bakı-2018, 280s
- Алиев Ш.Н., Лятифов А.И., М.М. Рашидов и др. Методика оптимизации работы ШГН скважин с применением ЭВМ. Proseslərin avtomatlaşdırılması üzrə rəhbər sənəd. Az. SSR “Azneft“ İstehsal Birliyinin müvafiq sərəncamı ilə nəşr olunub. АзНИПИнефть, г. Баку, 1980,136с.
- Сулейманов А.Б. , Кулиев Р.П., М.М. Рашидов и др. Руководство по определению давления на забое скважин по устьевым параметрам с использованием ЭВМ. ГосНИПИ Гипроморнефтегаз, РД-39-4700803-1-88. Proseslərin avtomatlaşdırılması üzrə rəhbər sənəd. “SSRİ Neft Sənayesi Nazirliyinin” müvafiq sərəncamı ilə təsdiq olunub. г Баку,1988 г.,35 стр.
- M.M. Rashidov Oil wells automatic clusterization problem at initial uncertainty. Third international conference on application of fuzzy systems and soft computing (ICAFS’ 98), Wiesbaden, Germany, 1998, 4,5 p.
- E.S. Məmmədov, M.M. Rəşidov, Z.Z. Almasov ”Sualtı qayıq əleyhinə silahların döyüş tətbiqi” Dərs vəsaiti. Heydər Əliyev adına AAHM-nin nəşri, Bakı-2018, 81s.
- E.S. Məmmədov,M.M. Rəşidov, N.B. Kərimov ”Gəmi enerji qurğularının və sistemlərinin avtomatlaşdırılması” Dərs vəsaiti. H.Əliyev adına AAHM-nin nəşri, Bakı-2018, 223s.
Rəşidovların nəsil şəcərəsi
Rəşidovların nəsil şəcərəsi
Telli bəyim Cəfər ağa qızı Şəkixanova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mirzə Həmid bəy (polkovnik) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid bəy | Mürsəl bəy | Mələksima (Qönçə) | İsmayıl Rəşidov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid | Mirzə Həmid | Münəvvər Rəşidova (Qaragözova) | Məmməd İsmayıl oğlu Rəşidov | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Məmməd Rəşidov (1916–1988).
Əhməd Rəşidov (1918–1982).
Səyyarə Rəşidova (1923–1996).
Tofiq Kazımov (1947–2009).