Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Ulduz Mürşüdova" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 72: Sətir 72:
 
# {{ŞAZ|2|316 – 317}}
 
# {{ŞAZ|2|316 – 317}}
 
# {{cite web | last =|url= http://science.gov.az/az/forms/doktora-filosofii-shekinskogo-rnts/2772|title= Şəki REM-in fəlsəfə doktorları / Mürşüdova Ulduz Bəşir qızı|author= |date= |website=http://science.gov.az/ |publisher= Azərbaycan Milli Elmlər Akademiyası |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20210612154830/http://science.gov.az/az/forms/doktora-filosofii-shekinskogo-rnts/2772 |archivedate =12 Jun 2021 |ref = harv}}
 
# {{cite web | last =|url= http://science.gov.az/az/forms/doktora-filosofii-shekinskogo-rnts/2772|title= Şəki REM-in fəlsəfə doktorları / Mürşüdova Ulduz Bəşir qızı|author= |date= |website=http://science.gov.az/ |publisher= Azərbaycan Milli Elmlər Akademiyası |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20210612154830/http://science.gov.az/az/forms/doktora-filosofii-shekinskogo-rnts/2772 |archivedate =12 Jun 2021 |ref = harv}}
 +
 +
{{Yoxlanılmış məqalə}}

22:24, 12 iyun 2021 versiyası

Ulduz Mürşüdova
Mürşüdova Ulduz Bəşir qızı
Ulduz Mürşüdova
Ulduz Mürşüdova
Doğum tarixi 22 mart 1958 (1958-03-22) (66 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elmi dərəcəsi filologiya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
Təhsili Azərbaycan Xarici Dillər Universiteti, ingilis dili fakültəsi (1979–1985)

Ulduz Mürşüdova — filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının dillər kafedrasının müdiri.

Haqqında məlumatlar

22 mart 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1965 – 1975-ci illərdə Şəki/Nuxa şəhər 7 №-li orta məktəbində,

1979 – 1985-cı illərdə isə Azərbaycan Xarici Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti

1991-ci ildən AMEA Ədəbiyyat İnstitutunun dissertantı olub.

1998-ci ildə “Rəşidbəy Əfəndizadə və folklor” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 56-dır (3-ü xaricdə çap olunub).

Əmək fəaliyyəti

1985-ci ildən Şəki rayonunun Qaradağlı kənd orta məktəbində və eyni vaxtda Şəki şəhər 21 №-li orta məktəbində ingilis dili fənnindən dərs deyib.

1988-ci ildən Azərbaycan SSR EA Fizika İnstitutunun Şəki Zona Elmi Bazasında laborant,

1989-cu ildən kiçik elmi işçi vəzifəsində çalışıb.

1997-ci ildən AMEA Şəki Regional Elmi Mərkəzinin folklorşünaslıq və el sənətləri laboratoriyasının müdiri olub.

1997-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialında (sonrakı Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı) Azərbaycan şifahi xalq ədəbiyyatı və ingilis dili fənlərindən dərs deyir.

1999-cu ildən Şəki Pedaqoji Texnikumunun (indiki Şəki Dövlət Regional Kolleci) ingilis dili şöbəsində ingilis dilinin tarixi və şifahi nitq praktikası fənlərini tədris edib.

2002-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının ingilis dili fakültəsinin dekanı,

2004-cü ilin noyabr ayından isə dillər kafedrasının müdiri olub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Mürşüdova Ulduz // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 316 – 317. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. "Şəki REM-in fəlsəfə doktorları / Mürşüdova Ulduz Bəşir qızı". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 12 Jun 2021 tarixində arxivləşdirilib.