"Nərgiz Əsgərzadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 21: | Sətir 21: | ||
|Tanınmış yetirmələri = | |Tanınmış yetirmələri = | ||
|Tanınır = | |Tanınır = | ||
− | |Mükafatları = {{Azərbaycan SSR əməkdar | + | |Mükafatları = {{Azərbaycan SSR əməkdar arxitektoru|1986}} |
|İmzası = | |İmzası = | ||
|İmzanın eni = | |İmzanın eni = | ||
|Sayt = | |Sayt = | ||
}} | }} | ||
− | '''Nərgiz Əsgərzadə''' (1929–2016) — memarlıq elmləri namizədi, [[Azərbaycan SSR əməkdar | + | '''Nərgiz Əsgərzadə''' (1929–2016) — memarlıq elmləri namizədi, [[Azərbaycan SSR əməkdar arxitektoru]]. |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
Sətir 45: | Sətir 45: | ||
===Təltif və mükafatları=== | ===Təltif və mükafatları=== | ||
− | *“[[Azərbaycan SSR əməkdar | + | *“[[Azərbaycan SSR əməkdar arxitektoru]]” fəxri adı (3 oktyabr 1986). |
===İctimai aktivliyi=== | ===İctimai aktivliyi=== |
16:01, 16 iyun 2021 versiyası
Nərgiz Əsgərzadə | |
---|---|
Əsgərzadə Nərgiz Saleh qızı | |
Nərgiz Əsgərzadə | |
Nərgiz Əsgərzadə, 2015-ci il | |
Doğum tarixi | 15 avqust 1929 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 1 oktyabr 2016 (87 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Şəki, Azərbaycan |
Elmi dərəcəsi | memarlıq elmləri namizədi |
Təhsili | Azərbaycan Politexnik İnstitutunu (–1951) |
Mükafatları |
Nərgiz Əsgərzadə (1929–2016) — memarlıq elmləri namizədi, Azərbaycan SSR əməkdar arxitektoru.
Haqqında məlumatlar
15 avqust 1929-cu il tarixdə Bakıda pedaqoq ailəsində anadan olub.
Təhsili
1951-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib.
Əmək fəaliyyəti
1971 – 1990-cı illərdə Azərbaycan MEA Nizami adına Ədəbiyyat Tarixi Muzeyində direktor müavini işləyib.
1990 – 2007-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Həmçinin mərkəzdəki “El sənətləri” qrupuna da rəhbərlik edib. 2007-ci il avqustun 1-də görmə qabiliyyətinin zəifləməsi səbəbindən öz xahişi ilə işdən çıxıb.
Elmi–yaradıcı fəaliyyəti
1961-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək memarlıq elmləri namizədi elmi dərəcəsi alıb.
4 monoqrafiyanın, 6 kitabın və 42 dərc olunmuş elmi məqalənin müəllifidir.
Təltif və mükafatları
- “Azərbaycan SSR əməkdar arxitektoru” fəxri adı (3 oktyabr 1986).
İctimai aktivliyi
Azərbaycan SSR EA Partiya komitəsi katibinin müavini, daha sonra Azərbaycan SSR EA Qadınlar Şurasının sədri olmuşdur.
2007-ci ildə işdən çıxarkən şəxsi kitabxanasını Elmi Mərkəzə bağışlamışdır.
Ailəsi
- Atası: Saleh Əsgərzadə – Nuxadan Bakıya köçənlərdən idi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 36 il riyaziyyat müəllimi işləyib. Mövsüm Salamovun böyük qardaşı olub.
- Anası: Həmidə Əsgərova – Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin məzunu idi. Ədəbiyyat müəllimi olub – Bakı kəndlərində qadın savadsızlığının ləğv olunmasında fəal iştirak edib. Bir çox görkəmli ziyalının, o cümlədən, xalq yazıçısı İlyas Əfəndiyevin müəllimi olub.
- Bacı-qardaşları: Ruhəngiz və Firəngiz adlı iki bacısı, Çingiz və Pərviz adlı iki qardaşı olub. Pərviz ailənin sonuncu övladı olsa da çox erkən yaşlarında, hələ aspiranturada təhsil alarkən dünyasını dəyişib.
- Həyat yoldaşı: Məmməd Rəhimov – ixtisasca mühəndis-energetik idi. Atası Şəkidə fabrik sahibi olmuşdu.
- Uşaqları: Nigar – memar; Nicat – ingilis dili mütəxəssisi, müsiqiçi.
Xatirə gecəsi
20 Fevral 2017-cı il tarixdə Azərbaycan Memarlar İttifaqının binasında Nərgiz Əsgərzadənin xatirə gecəsi keçirilmişdir. Gecədə ölkənin tanınmış memarları, Bakıda və Şəkidə Əsgərzadə ilə birlikdə işləmiş həmkarları, eləcə də qohumları və ailə dostları iştirak ediblər. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlamış, Əsgərzadənin xatirəsinə ehtiram əlaməti olaraq bu gecədə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirmişdir. Sonra Nərgiz Əsgərzadənin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
İstifadə edilmiş əsas mənbə
- Məmmədov Ə., Xalıqov F. Əsgərova Nərgiz Saleh qızı // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 146 – 147. — 1.000 nüsx.;
- www.uaa.az/Tədbirlər/Nərgiz Əsgərzadənin xatirə gecəsi;
- "Şəki bələdiyyəsi"/Əməkdar memar Nərgiz Əsgərzadə.
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- AMEA Şəki Regional Elmi Mərkəzinin işçiləri
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1929-cu ildə doğulanlar
- 15 avqustda doğulanlar
- Avqustda doğulanlar
- 1 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar arxitektorları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr