Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Məhəmmədhüseyn xan" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 32: Sətir 32:
 
[[Hacı Çələbi xan|Hacı Çələbi xanın]] nəvəsidir, atası Həsən ağa isə Hacı Çələbi xanın sağlığında, bir döyüşdə öldürülmüşdür.  
 
[[Hacı Çələbi xan|Hacı Çələbi xanın]] nəvəsidir, atası Həsən ağa isə Hacı Çələbi xanın sağlığında, bir döyüşdə öldürülmüşdür.  
  
1955-ci ildə Hacı Çələbi xanın vəfatından sonra onun oğlu Ağakişi bəy Şəki xanı olur. 4 il sonra isə Ağakişi bəy Qazıqumuxlu Məhəmməd xan tərəfindən öldürülür. Məhəmməd xan Nuxanı tutur, 40 gün burada hakimiyyətdə olur. 40 gündən sonra, Hacı Çələbi xanın nəvəsi Məhəmmədhüseyn ağa qonşu xanların köməyi ilə Məhəmməd xanı Nuxadan qovur və özünü Şəki xanı elan edir. Hacı Çələbi xanın iki oğlu sağ ola-ola nəvəsinin Şəki xanı olması, Məhəmmədhüseyn xanın əmilərinin öz qardaşoğulları ilə ədavətə başlamasına gətirib çıxarır. Məhəmmədhüseyn xan əmilərindən birini – Cəfər ağanı, öldütdürür. İkinci əmisi [[Hacı Əbdülqadir xan|Hacı Əbdülqadir ağa]] isə Dardoqqaza sığınır (Qanıx çayının Kürə töküldüyü yerdə yarımada). Orada Hacı Əbdülqadiri Qarabağ xanı İbrahim xan, Gürcüstan çarı İrakli dəstəkləməyə başlayır. Məhəmmədhüseyn xan dəfələrlə ora hücum etsə də Dardoqqaza daxil ola bilmir. Oğlu [[Məhəmmədhəsən xan|Məhəmmədhəsən ağanı]] barışıq üçün əmisinin yanına əmanət göndərir. Lakin Hacı Əbdülqadir ağa Məhəmmədhəsən xanı İbarahim xana göndərir ki, edam etdirsin. 1780-cı ilin avqust ayında Hacı Əbdülqadirin Dardoqqazdan göndərdiyi 60 nəfər gizlincə gecəliklə gəlib Nuxa ətrafındakı dağlarda gizlənirlər. Günorta saatlarında qəflətən dağdan aşağı düşüb Məhəmmədhəsən xanın iqamətgahını – Qurğuşunlu otağı (indiki [[Şəkixanovların evi]] olmalıdır) mühasirəyə alırlar. Məhəmmədhüseyn xan yanındakı oğlu [[Fətəli xan|Fətəli ağa]] ilə birlikdə basqınçılarla atışır. Oğlu tüfəngi doldurub verir, o isə atəş açır. Sonda yaralanaraq təslim olur. Onu bir həftə saxlayıb, hansısa müqaviləyə qol çəkdirdikdən sonra boğdurmaq yolu ilə edam edirlər. Bundan sonra hakimiyyət Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadir xana keçir.  
+
1955-ci ildə Hacı Çələbi xanın vəfatından sonra onun oğlu Ağakişi bəy Şəki xanı olur. 4 il sonra isə Ağakişi bəy Qazıqumuxlu Məhəmməd xan tərəfindən öldürülür. Məhəmməd xan Nuxanı tutur, 40 gün burada hakimiyyətdə olur. 40 gündən sonra, Hacı Çələbi xanın nəvəsi Məhəmmədhüseyn ağa qonşu xanların köməyi ilə Məhəmməd xanı Nuxadan qovur və özünü Şəki xanı elan edir. Hacı Çələbi xanın iki oğlu sağ ola-ola nəvəsinin Şəki xanı olması, Məhəmmədhüseyn xanın əmilərinin öz qardaşoğulları ilə ədavətə başlamasına gətirib çıxarır. Məhəmmədhüseyn xan öz əmilərindən birini – Cəfər ağanı, öldütdürür. İkinci əmisi [[Hacı Əbdülqadir xan|Hacı Əbdülqadir ağa]] isə Dardoqqaza sığınır (Qanıx çayının Kürə töküldüyü yerdə yarımada). Orada Hacı Əbdülqadiri Qarabağ xanı İbrahim xan, Gürcüstan çarı İrakli dəstəkləməyə başlayır. Məhəmmədhüseyn xan dəfələrlə ora hücum etsə də Dardoqqaza daxil ola bilmir. Oğlu [[Məhəmmədhəsən xan|Məhəmmədhəsən ağanı]] barışıq üçün əmisinin yanına əmanət göndərir. Lakin Hacı Əbdülqadir ağa Məhəmmədhəsən xanı İbarahim xana göndərir ki, edam etdirsin. 1780-cı ilin avqust ayında Hacı Əbdülqadirin Dardoqqazdan göndərdiyi 60 nəfər gizlincə gecəliklə gəlib Nuxa ətrafındakı dağlarda gizlənirlər. Günorta saatlarında qəflətən dağdan aşağı düşüb Məhəmmədhəsən xanın iqamətgahını – Qurğuşunlu otağı (indiki [[Şəkixanovların evi]] olmalıdır) mühasirəyə alırlar. Məhəmmədhüseyn xan yanındakı oğlu [[Fətəli xan|Fətəli ağa]] ilə birlikdə basqınçılarla atışır. Oğlu tüfəngi doldurub verir, o isə atəş açır. Sonda yaralanaraq təslim olur. Onu bir həftə saxlayıb, hansısa müqaviləyə qol çəkdirdikdən sonra boğdurmaq yolu ilə edam edirlər. Bundan sonra hakimiyyət Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadir xana keçir.  
  
 
===Digər===
 
===Digər===

22:34, 3 iyul 2021 versiyası

Məhəmmədhüseyn xan
Məhəmmədhüseyn xan Həsən ağa oğlu
Məhəmmədhüseyn xan
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi – irəf) üzərində miniatür.
III Şəki xanı
1759 — avqust 1780
Sələfi Ağakişi bəy
Xələfi Hacı Əbdülqadir xan
Şəxsi məlumatlar
Vəfat tarixi avqust 1780(1780-08-00) (avqust)
Dəfn yeri Şəki xan qəbiristanlığı, (özü tərəfindən tikilmiş 1-ci Cümə məscidinin mehrabının altında)
Dini islam
Atası Həsən ağa

Məhəmmədhüseyn xan (?–1780) — 1759–1780-cı illərdə Şəki xanı olmuş şəxs. 1780-cı ilin avqustunda əmisi Hacı Əbdülqadir xan tərəfindən hakimiyyətdən devrilərək boğdurmaq yolu ilə edam edilib.

Haqqında məlumatlar

Hacı Çələbi xanın nəvəsidir, atası Həsən ağa isə Hacı Çələbi xanın sağlığında, bir döyüşdə öldürülmüşdür.

1955-ci ildə Hacı Çələbi xanın vəfatından sonra onun oğlu Ağakişi bəy Şəki xanı olur. 4 il sonra isə Ağakişi bəy Qazıqumuxlu Məhəmməd xan tərəfindən öldürülür. Məhəmməd xan Nuxanı tutur, 40 gün burada hakimiyyətdə olur. 40 gündən sonra, Hacı Çələbi xanın nəvəsi Məhəmmədhüseyn ağa qonşu xanların köməyi ilə Məhəmməd xanı Nuxadan qovur və özünü Şəki xanı elan edir. Hacı Çələbi xanın iki oğlu sağ ola-ola nəvəsinin Şəki xanı olması, Məhəmmədhüseyn xanın əmilərinin öz qardaşoğulları ilə ədavətə başlamasına gətirib çıxarır. Məhəmmədhüseyn xan öz əmilərindən birini – Cəfər ağanı, öldütdürür. İkinci əmisi Hacı Əbdülqadir ağa isə Dardoqqaza sığınır (Qanıx çayının Kürə töküldüyü yerdə yarımada). Orada Hacı Əbdülqadiri Qarabağ xanı İbrahim xan, Gürcüstan çarı İrakli dəstəkləməyə başlayır. Məhəmmədhüseyn xan dəfələrlə ora hücum etsə də Dardoqqaza daxil ola bilmir. Oğlu Məhəmmədhəsən ağanı barışıq üçün əmisinin yanına əmanət göndərir. Lakin Hacı Əbdülqadir ağa Məhəmmədhəsən xanı İbarahim xana göndərir ki, edam etdirsin. 1780-cı ilin avqust ayında Hacı Əbdülqadirin Dardoqqazdan göndərdiyi 60 nəfər gizlincə gecəliklə gəlib Nuxa ətrafındakı dağlarda gizlənirlər. Günorta saatlarında qəflətən dağdan aşağı düşüb Məhəmmədhəsən xanın iqamətgahını – Qurğuşunlu otağı (indiki Şəkixanovların evi olmalıdır) mühasirəyə alırlar. Məhəmmədhüseyn xan yanındakı oğlu Fətəli ağa ilə birlikdə basqınçılarla atışır. Oğlu tüfəngi doldurub verir, o isə atəş açır. Sonda yaralanaraq təslim olur. Onu bir həftə saxlayıb, hansısa müqaviləyə qol çəkdirdikdən sonra boğdurmaq yolu ilə edam edirlər. Bundan sonra hakimiyyət Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadir xana keçir.

Digər

Məhəmmədhüseyn xanın sifarişi ilə 1765/1766-сı ildə (hicri 1179) indiki Şəkixanovların evi, 1769/1770-ci ildə (hicri 1183) indiki Xan məscidi tikilib.

“Müşaqi” ədəbi təxəllüsü ilə şeirlər də yazmış, o dövrün ən məşhur şairləri ilə məktublaşmışdır.

Ölümü münasibəti ilə Molla Vəli Vidadi “Müsibətnamə” adlı məşhur müxəmməsini qələmə almışdır.

Salman Mümtaz Məhəmmədhüseyn xanın özü tikdirdiyi məscidin – Xan məscidinin mehrabı içində dəfn edildiyini göstərmişdir.

2021-ci il iyul ayının 3-də həmin yerdə onun qəbri açılmış, sümükləri və yaralandığı güllə aşkar edilmişdir.

Ədəbiyyat

  1. Məhəmmədhüseyn xan Müştaq / Salman Mümtazın redaktəsi ilə. — Azərbaycanı tədqiq və təəbbö cəmiyyəti. — Bakı, 1925.
  2. Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
  3. Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.
  4. Aydın Məmmədov. Məhəmmədhüseyn xan Müştaqinin aqibəti. http://www.tarix.shaki.info. Şəki tarixi (2010). Arxivləşdirilib (12 may 2021).

Həmçinin bax

Vikimənbədə Məhəmmədhüseyn xan ilə əlaqəli məlumatlar var.