Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Səyyad İbrahimov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 35: Sətir 35:
 
  |Commons              =  
 
  |Commons              =  
 
}}
 
}}
'''Səyyad İbrahimov''' (1936–2016) — neft-qaz yataqlarının işlənməsi üzrə mütəxəssis, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar mühəndisi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti.   
+
'''Səyyad İbrahimov''' (1936–2016) — neft-qaz yataqlarının işlənməsi üzrə tanınmış mütəxəssis, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar mühəndisi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti.   
  
 
== Haqqında məlumatlar ==
 
== Haqqında məlumatlar ==

16:43, 26 avqust 2021 versiyası

Səyyad İbrahimov
İbrahimov Səyyad Cabbar oğlu
Səyyad İbrahimov
Səyyad İbrahimov.
Doğum tarixi 27 avqust 1936(1936-08-27)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 17 dekabr 2016 (80 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi texnika elmləri namizədi
Təhsili M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu (1954–1959)
Mükafatları

"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1991

"Şərəf Nişanı" ordeniVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Səyyad İbrahimov (1936–2016) — neft-qaz yataqlarının işlənməsi üzrə tanınmış mütəxəssis, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar mühəndisi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti.

Haqqında məlumatlar

27 avqust 1936-cı il tarixdə Nuxada (indiki Şəki), ziyalı ailəsində anadan olub.

Təhsili

1944 – 1954-cü illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,

1954 – 1959-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1959-cu ildə təyinatla “Gürsəngineft” neft mədənləri idarəsinə (Neft Daşları Neft və Qazçıxarma İdarəsi) göndərilib;

1959 – 1972-ci illərdə həmin idarədə çilingər, mexanik, böyük mexanik, neft-qazçıxarma ustası, mədənin böyük mühəndisi, mədən müdirinin müavini vəzifələrində çalışıb.

1972 – 1979-cu illərdə rayon mühəndis-texnoloji xidmətinin rəisi, İstehsal Xidmət Bazasının rəisi, baş mühəndisi,

1979 – 1980-ci illərdə Neft Daşları Neft Qaz Çıxarma İdarəsinin baş mühəndisi,

1980 – 1991-ci illərdə Neft Daşları Neft və Qazçıxarma İdarəsinin,

1992 – 1994-cü illərdə “28 Aprel” (Günəşli yatağı) Neft-Qazçıxarma İdarəsinin rəisi,

1994 – 1997-ci illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əsaslı tikinti üzrə vitse-prezidenti olub.

1997-ci ildən “Dəniznetqazlayihə” Dövlət Elmi-Tədqiqat Layihə/“Neftqazelmitədqiqatlayihə” İnstitutunda direktorun müşaviri və baş mühəndisin müavini vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1992-ci ildə “Dəniz neft quyularının istismarındakı mürəkkəbləşmələrin xəbərdarlığı və onlarla mübarizə” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

20 elmi məqalənin və 17 ixtiranın müəllifidir.

İxtiralarına görə 9 müəlliflik şəhadətnaməsi alıb.

Təltif və mükafatları

Digər

1991-ci ildə çəkilən “Qara daşların sakinləri” adlı sənədli qısametrajlı filmində məsləhətçi qismində çıxış edib.

“Azərbaycan Neft Təsərrüfatı” jurnalının redaksiya heyətinin üzvü olub.

Şeyx Nurullah Əfəndinin (qəbri Şəki rayonunun Baş Layısqı kəndindədir) nəslindəndir.

Vəfatı

17 dekabr 2016-cı il tarixdə – 80 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. İbrahimov Səyyad // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 269 – 271. — 1.000 nüsx.