"Qədir Əhmədov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 9: | Sətir 9: | ||
|Doğum tarixi = {{Doğum tarixi|1906|11|7}} | |Doğum tarixi = {{Doğum tarixi|1906|11|7}} | ||
|Doğum yeri = Nukus, Türküstan ölkəsi, {{Rusİmp}} (hal-hazırda Özbəkistan Respublikasının tərkibindəki Qaraqalpaq Respublikasının paytaxtı) | |Doğum yeri = Nukus, Türküstan ölkəsi, {{Rusİmp}} (hal-hazırda Özbəkistan Respublikasının tərkibindəki Qaraqalpaq Respublikasının paytaxtı) | ||
− | |Vəfat tarixi = {{Vəfat tarixi|1968||}} | + | |Vəfat tarixi = {{Vəfat tarixi|1968|8|7}} |
|Vəfat yeri = | |Vəfat yeri = | ||
|Vəfat səbəbi = | |Vəfat səbəbi = | ||
Sətir 70: | Sətir 70: | ||
===Vəfatı=== | ===Vəfatı=== | ||
− | 1968-ci | + | 7 avqust 1968-ci il tarixdə – 62 yaşında, [[Şəki|Şəkidə]] vəfat edib. |
== Ədəbiyyat == | == Ədəbiyyat == |
23:01, 9 sentyabr 2021 versiyası
Qədir Əhmədov (1906–1968) — sovet dövründə Nuxada (indiki Şəki) fəaliyyət göstərmiş rəhbər kadr, partiya-sovet işçisi və tanınmış pedaqoq. Müxtəlif illərdə Nuxa şəhər və rayon sovetlərinin icraiyyə komitələrinin sədri, Azərbaycan KP Nuxa şəhər Komitəsinin ikinci katibi, Nuxa şəhər 10 №-li orta məktəbinin direktoru, Nuxa şəhər Xalq Maarif Şöbəsinin müdiri və s. vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar
7 noyabr 1906-cı il tarixdə Nukusda (hal-hazırda Özbəkistan Respublikasının tərkibindəki Qaraqalpaq Respublikasının paytaxtı) anadan olub.
Təhsili
1931-ci ildə Ali Pedaqoji Məktəbi bitirib.
Əmək fəaliyyəti
1917-ci ildən Nuxadakı ipək fabriklərindən birində baramadöyən kimi əmək fəaliyyətinə başlayıb.
1933-cü ildən Nuxa Pedaqoji Məktəbində müəllim işləyib. Sonralar Nuxa Toxuculuq Texnikumunun direktoru, Kənd Təsərrüfatı Texnikumunun müəllimi, Nuxa Fəhlə Tibb Fakültəsinin dərs hissə müdiri olub.
1937 – 1941-ci illərdə əvvəl Nuxa Şəhər Siyasi Maarif Evinin müdiri, sonra Nuxa Şəhər Soveti İcraiyyə Komitəsinin sədri, daha sonra Nuxa Rayon İcraiyyə Komitəsinin sədri, Nuxa Şəhər Soveti sədrinin müavini vəzifəsində çalışıb.
1946-cı ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan KP Nuxa şəhər Komitəsində kadrlar şöbəsinin müdiri vəzifəsini tutub. Sonra isə Azərbaycan KP Nuxa şəhər Komitəsinin ikinci katibi seçilib və 1951-ci ilə qədər bu vəzifədə qalıb.
1951-ci ildən Nuxa şəhər 10 №-li orta məktəbinin direktoru olub. Sonra isə Nuxa şəhər Xalq Maarif Şöbəsinin müdiri və s. vəzifələrdə çalışıb.
Hərbi xidmətdə
5 dekabr 1941-ci il tarixdə Nuxa Rayon Hərbi Komissarlığından orduya qəbul edilib. Böyük Vətən müharibəsi iştirakçısıdır, müharibə dövründə iki orden, 3 medalla təltif olunub. 25 oktyabr 1946-cı il tarixdə kapitan rütbəsi ilə ordudan tərxis edilib.
İctimai-siyasi aktivliyi
Bir dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
1957-ci ildə Nuxa Rayon Sovetinin deputatı seçilib.
Təltif və mükafatları
- “Qafqazın müdafiəsinə görə” medalı (01.05.1944);
- “Qırmızı Ulduz” ordeni (23.07.1944);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (09.05.1945);
- “Qırmızı Ulduz” ordeni (08.06.1945);
- “Budapeştin alınmasına görə” medalı (09.06.1945);
- Lenin ordeni;
- “Qırmızı Əmək Bayrağı” ordeni;
- Azərbaycan SSR Maarif Nazirliyinin “Qabaqcıl maarif xadimi” döş nişanı.
Vəfatı
7 avqust 1968-ci il tarixdə – 62 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Ахмедов Кадыр Ромазан-оглы : [arx. 09.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 09.09.2021.
- Məmmədov Ə., Xalıqov F. Əhmədov Qədir // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 186-187. — 1.000 nüsx.
Həmçinin, bax:
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Q
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəkidən çıxmış pedaqoqlar
- 1906-cı ildə doğulanlar
- 7 noyabrda doğulanlar
- Noyabrda doğulanlar
- 1968-ci ildə vəfat edənlər
- 7 avqustda vəfat edənlər
- Avqustda vəfat edənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "Qırmızı Ulduz" ordeni laureatları
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "Budapeştin alınmasına görə" medalı ilə təltif edilənlər
- Lenin ordeninin kavalerləri
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə