Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Qədir Əhmədov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 8: Sətir 8:
 
  |Digər adı        =  
 
  |Digər adı        =  
 
  |Doğum tarixi    = {{Doğum tarixi|1906|11|7}}
 
  |Doğum tarixi    = {{Doğum tarixi|1906|11|7}}
  |Doğum yeri      = Nukus, Türküstan ölkəsi, {{Rusİmp}} (hal-hazırda Özbəkistan Respublikasının tərkibindəki Qaraqalpaq Respublikasının paytaxtı)
+
  |Doğum yeri      = [[Nuxa]] (indiki Şəki), [[Nuxa qəzası]], Yelizavetpol quberniyası, {{Rusİmp}}
 
  |Vəfat tarixi    = {{Vəfat tarixi və yaşı|1968|8|7|1906|11|7}}
 
  |Vəfat tarixi    = {{Vəfat tarixi və yaşı|1968|8|7|1906|11|7}}
 
  |Vəfat yeri      =  
 
  |Vəfat yeri      =  
Sətir 34: Sətir 34:
  
 
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==
7 noyabr 1906-cı il tarixdə Nukusda (hal-hazırda Özbəkistan Respublikasının tərkibindəki Qaraqalpaq Respublikasının paytaxtı) anadan olub.
+
7 noyabr 1906-cı il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olub.
  
 
===Təhsili===
 
===Təhsili===

23:19, 9 sentyabr 2021 versiyası

Qədir Əhmədov
Əhmədov Qədir Ramazan oğlu
Qədir Əhmədov
Əhməd Qədirov.
Anadan olub 7 noyabr 1906(1906-11-07)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 7 avqust 1968 (61 yaşında)
Təhsili Ali Pedaqoji Məktəb (–1931)
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı — 1944"Qırmızı Ulduz" ordeni — 1944"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945"Qırmızı Ulduz" ordeni — 1945“Budapeştin alınmasına görə” medalı — 1945Lenin ordeni"Qırmızı Əmək Bayrağı" ordeni

Qədir Əhmədov (1906–1968) — sovet dövründə Nuxada (indiki Şəki) fəaliyyət göstərmiş rəhbər kadr, partiya-sovet işçisi və tanınmış pedaqoq. Müxtəlif illərdə Nuxa şəhər və rayon sovetlərinin icraiyyə komitələrinin sədri, Azərbaycan KP Nuxa şəhər Komitəsinin ikinci katibi, Nuxa şəhər 10 №-li orta məktəbinin direktoru, Nuxa şəhər Xalq Maarif Şöbəsinin müdiri və s. vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar

7 noyabr 1906-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1931-ci ildə Ali Pedaqoji Məktəbi bitirib.

Əmək fəaliyyəti

1917-ci ildən Nuxadakı ipək fabriklərindən birində baramadöyən kimi əmək fəaliyyətinə başlayıb.

1933-cü ildən Nuxa Pedaqoji Məktəbində müəllim işləyib. Sonralar Nuxa Toxuculuq Texnikumunun direktoru, Kənd Təsərrüfatı Texnikumunun müəllimi, Nuxa Fəhlə Tibb Fakültəsinin dərs hissə müdiri olub.

1937 – 1941-ci illərdə əvvəl Nuxa Şəhər Siyasi Maarif Evinin müdiri, sonra Nuxa Şəhər Soveti İcraiyyə Komitəsinin sədri, daha sonra Nuxa Rayon İcraiyyə Komitəsinin sədri, Nuxa Şəhər Soveti sədrinin müavini vəzifəsində çalışıb.

1946-cı ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan KP Nuxa şəhər Komitəsində kadrlar şöbəsinin müdiri vəzifəsini tutub. Sonra isə Azərbaycan KP Nuxa şəhər Komitəsinin ikinci katibi seçilib və 1951-ci ilə qədər bu vəzifədə qalıb.

1951-ci ildən Nuxa şəhər 10 №-li orta məktəbinin direktoru olub. Sonra isə Nuxa şəhər Xalq Maarif Şöbəsinin müdiri və s. vəzifələrdə çalışıb.

Hərbi xidmətdə

5 dekabr 1941-ci il tarixdə Nuxa Rayon Hərbi Komissarlığından orduya qəbul edilib. Böyük Vətən müharibəsi iştirakçısıdır, müharibə dövründə iki orden, 3 medalla təltif olunub. 25 oktyabr 1946-cı il tarixdə kapitan rütbəsi ilə ordudan tərxis edilib.

İctimai-siyasi aktivliyi

Bir dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

1957-ci ildə Nuxa Rayon Sovetinin deputatı seçilib.

Təltif və mükafatları

Vəfatı

7 avqust 1968-ci il tarixdə – 61 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Ахмедов Кадыр Ромазан-оглы : [arx. 09.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 09.09.2021.
  2. Məmmədov Ə., Xalıqov F. Əhmədov Qədir // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 186-187. — 1.000 nüsx.

Həmçinin, bax: