Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Baxşəli Axundov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 4: Sətir 4:
 
  |Orijinal adı    = ''Axundov Baxşəli Kazım oğlu''
 
  |Orijinal adı    = ''Axundov Baxşəli Kazım oğlu''
 
  |Şəkil            = Baxşəli əfəndi.jpg
 
  |Şəkil            = Baxşəli əfəndi.jpg
  |Şəklin ölçüsü    =  
+
  |Şəklin ölçüsü    = 180
  |Şəklin izahı    = Baxşəli Axundov, 1976-cı il
+
  |Şəklin izahı    = Baxşəli Axundov, 1976-cı il.
 
  |Digər adı        = Baxşəli əfəndi
 
  |Digər adı        = Baxşəli əfəndi
 
  |Doğum tarixi    = {{Doğum tarixi|1898||}}
 
  |Doğum tarixi    = {{Doğum tarixi|1898||}}

20:24, 14 sentyabr 2021 versiyası

Baxşəli Axundov
Axundov Baxşəli Kazım oğlu
Baxşəli Axundov
Baxşəli Axundov, 1976-cı il.
Digər adı Baxşəli əfəndi
Anadan olub 1898(1898-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Anadan olduğu yer Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 1985(1985-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat etdiyi yer Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Molla Kazım
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ

Baxşəli Axundov (Axundov Baxşəli Kazım oğlu; d. 1898-ci ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 1985-ci ildə, Şəki, Azərbaycan SSR, SSRİ) – Şəkidə teatrın, musiqi texnikumunun, uşaq musiqi məktəblərinin, diyarşünaslıq muzeyinin yaradılmasında çox böyük əməyi olmuş ziyalı. İti hafizəsinə, dünyagörüşünə və savadına görə yaşadığı dövrdə “yeriyən canlı ensiklopediya” da adlandırılıb[1].

Haqqında məlumatlar

1898-ci ildə Nuxada anadan olub.

Təhsili

İlk təhsilini Nuxada, atasının direktor olduğu məktəbdə alıb. Daha sonra Parisdə (Fransa) natamam tibb təhsili almışdır.

Əmək fəalliyyəti

Bir müddət İranda müəllimlik etmiş, sonra Nuxaya qayıtmış, qəza firqə komitəsinin katibi, qəza maarif şöbəsinin müdiri və s. vəzifələr tutmuşdur.

1936-cı ildə Kirovabadda (indiki Gəncə) qəzet redaksiyasında şöbə müdiri idi.

1959 – 1985-ci illərdə, əvvəl Nuxa Musiqi Texnikumunun, sonra isə Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyinin direktoru olub.

Həbsi

1937 – 1947-ci illərdə repressiyaya məruz qalmış və həbsdə olmuşdur. 1956-cı ildə bəraət alıb[2].

Teatr fəaliyyəti

Həmçinin, 1920-ci ildə Nuxada Fəhlə-kəndli klubu nəzdində teatr qrupu təşkil etmişdir. SSRİ Xalq artisti İsmayıl Osmanlı sənət taleyindən söhbətinə həmişə bu sözlərlə başlayardı:

" Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu dərk edə bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı[3]. "

Jurnalistlik fəaliyyəti

Dövrü-mətbuatda «B.A» (“Kommunist”, “Yeni fikir” 1924 − 1937; “Şəki fəhləsi”, 1925), «Bəka» (“Kommunist”, “Yeni fikir”, “Yeni yol”, “Nuxa fəhləsi”, 1922 − 1937), «Bəxşəli» (“Şəki fəhləsi”, 1925), «Quqkay» (“Molla Nəsrəddin”, 1923), «Kazımlı» (“Yeni fikir”, “Kommunist”, “Kəndçi qəzeti”), «Maqqay» (“Molla Nəsrəddin”, 1925) imzaları ilə[4] müntəzəm olaraq publisistik məqalələrə çıxış etmiş, xalqın maariflənməsinə çalışmışdır.

Vəfatı

1985-ci ildə Şəkidə vəfat edib.

İstinadlar

Ədəbiyyat

  1. Mete Ə. Axundov Baxşəli Kazım oğlu // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 111-112. — 500 nüsx.
  2. Orsər R. Baxşəli Axundov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 182. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  3. Məmmədli Q. İmzalar. — təkrar (2010). — «Azərbaycan Dövlət Nəşriyyatı», 1977. — Səh.: 21, 24, 25, 34. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 iyun 2020.
  4. Təranə Məhərrəmova (2017). "Epizodik rolların mahir ifaçısı". http://anl.az/ (azərb.). “Kaspi” qəzeti. 12 Jun 2020 tarixində arxivləşdirilib.