Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Elvin Nuri" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 50: Sətir 50:
 
2021-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsində dram rejissoru ixtisası üzrə təhsil alır.
 
2021-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsində dram rejissoru ixtisası üzrə təhsil alır.
  
2018-ci ildə Azərbaycan Yazıçılar Birliyi III Gənc Ədiblər Məktəbinin məşğələlərində fəal iştirak edərək ədəbi yaradıcılığın nəzəriyyəsi və təcrübəsinə yiyələnib (diplomla təltif olunub).
+
2016-2017-ci illərdə Azərbaycan Yazıçılar Birliyi Gənc Ədiblər Məktəbinin müdavimi olub.
  
 
===Əmək fəaliyyəti===
 
===Əmək fəaliyyəti===

20:39, 29 sentyabr 2021 versiyası

Elvin Nuri
Nuri Elvin Elşən oğlu
Elvin Nuri
Elvin Nuri.
Doğum tarixi 15 iyul 1999 (1999-07-15) (24 yaş)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Bakı Xoreoqrafiya Akademiyası, subbakalavr pilləsi, quruluşçu xoreoqraf ixtisası (2012–2017)

 • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, teatr sənəti fakültəsi, bakalavriat, aktyor sənəti ixtisası (2017–2021)

 • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, teatr sənəti fakültəsi, dram rejissoru ixtisası, 2-ci kursdan (2021–)
Teatr Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı
facebook səhifəsi

Elvin Nuri — gənc şair və yazıçı, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baletmeyster-xoreoqrafı.

Haqqında məlumatlar

15 iyul 1999-cu il tarixdə Şəkidə anadan olub.

Təhsili

2005 – 2012-ci illərdə Şəki şəhər 11 saylı tam orta məktəbində oxuyub.

2012–2017-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasının xalq şöbəsində quruluşçu xoreoqraf ixtisası üzrə subbakalavr,

2017–2021-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsində aktyor sənəti ixtisası üzrə bakalavr təhsili alıb.

2021-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsində dram rejissoru ixtisası üzrə təhsil alır.

2016-2017-ci illərdə Azərbaycan Yazıçılar Birliyi Gənc Ədiblər Məktəbinin müdavimi olub.

Əmək fəaliyyəti

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında baletmeyster-xoreoqraf vəzifəsində işləyir.

Ədəbi-bədii yaradıcılığı

2011-ci ildən ədəbi-bədii yaradıcılığa başlayıb.

2016-cı ilin yanvar ayından Azərbaycan Yazıçılar Birliyi Gənc Ədiblər Məktəbinin üzvüdür.

Dövrü mətbuatda, bir sıra ədəbi-bədii saytlarda, həmçinin “Gənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusu”nda (2017), “Bölgədən səslər-3” toplusunda (2017) və Ramiz OrsərinŞəkidən gələn səslər” toplusunda şeirləri çap olunub.

1 şeir kitabının, 2 mənsur şerin, 2 poemanın, 13 pyesin, 2 ssenarinin, yüzlərlə şeirin müəllifidir.

1 İyun 2017-ci il tarixdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Məlikməmməd” tamaşasının xoreoqrafı olub.

28 sentyabr 2021-ci il tarixdə Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq Teatrında Vətən müharibəsinin başlanmasının ildönümünə həsr etdiyi “Yollar qaytarar səni” adlı birpərdəli dramatik pyesi tamaşaya qoyulub.

Təltif və mükafatları

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanı – “Bölgələrdən səslər-3” layihəsi çərçivəsində fəal iştirakına görə (29.06.2017);

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Yasamal Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanı – 2 fevral – “Azərbaycan Gənclər Günü” münasibətilə və Dövlət Gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə görə (31.01.2019-cu il);

Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin fəxri fərmanı – Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı və 2019-cu il “Nəsimi ili” çərçivəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar tədbirin təşkili və keçirilməsində fəal iştirakına görə (20.06.2019).

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin fəxri fərmanı – Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin keçirdiyi Azərbaycanın klassik şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “İki cahana sığmayan ömür” adlı ədəbi-bədii gecədə yüksək səviyyədə iştirakına görə (05.12.2019).

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplomu – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin keçirdiyi “#EVDƏ QAL, ŞEİR SÖYLƏ” adlı IV Bədii qiraət müsabiqəsində fəal iştirakına görə (2020).

Ədəbiyyat

  1. Orsər R. Elvin Nuri // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 840-844. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  2. Dadaşov M. Şəki Şəhər Mədəniyyət Mərkəzində yeni tamaşaya ictimai baxış olub : [arx. 28.09.2021] // AZƏRTAC. — 2021. — 28 sentyabr. — Müraciət tarixi: 28.09.2021.