"Əbdürrəhim Hacızadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 6: | Sətir 6: | ||
|şəklin ölçüsü = | |şəklin ölçüsü = | ||
|şəklin izahı = Əbdürrəhim Hacızadə. | |şəklin izahı = Əbdürrəhim Hacızadə. | ||
− | |piktoqram = | + | |piktoqram = map |
|doğum tarixi ={{Doğum tarixi|1920|2|10}}{{Sfn|Память народа}} | |doğum tarixi ={{Doğum tarixi|1920|2|10}}{{Sfn|Память народа}} | ||
|doğum yeri = [[Nuxa]] (indiki Şəki){{Sfn|Память народа}}, [[Şəki qəzası]], {{ADR}} | |doğum yeri = [[Nuxa]] (indiki Şəki){{Sfn|Память народа}}, [[Şəki qəzası]], {{ADR}} |
22:35, 1 oktyabr 2021 versiyası
Əbdürrəhim Hacızadə | |
---|---|
Hacızadə Əbdürrəhim Məmmədiyyə oğlu | |
Əbdürrəhim Hacızadə. | |
Doğum tarixi | 10 fevral 1920[1] |
Doğum yeri | Nuxa (indiki Şəki)[1], Şəki qəzası, Azərbaycan Cümhuriyyəti |
Vəfat tarixi | 3 oktyabr 1991 (71 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | coğrafiya |
Elmi dərəcəsi | coğrafiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət universiteti, geologiya-coğrafiya fakültəsi |
Mükafatları |
Əbdürrəhim Hacızadə (1920–1991) — coğrafiyaşünas alim, coğrafiya elmləri doktoru, professor; uzun müddət S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisadi coğrafiya kafedrasının müdiri vəzifəsində çalışıb.
Haqqında məlumatlar
16 fevral 1920-ci il tarixdə Nuxada (indiki Şəki), müəllim ailəsində anadan olub.
Təhsili
Nuxada orta təhsil alıb.
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini bitirib.
Hərbi xidmətdə
1941-ci ilin iyul ayında orduya çağırılıb. Böyük Vətən müharibəsi iştirakçısıdır.
23 noyabr 1946-cı il tarixdə ordudan tərxis edilib.
Elmi fəaliyyəti
1950-ci ildə «Kəlbəcər-Laçın iqtisadi rayonunun iqtisadi-coğrafi səciyyəsi» mövzusunda namizədlik dissertasiyasını,
1971-ci ildə isə «Azərbaycanın sənaye kompleksi: onun inkişafı və ərazi təşkilinin coğrafi problemləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1959-cu ildə dosent,
1973-cü ildə isə professor elmi adını alıb.
190-dan çox elmi əsərin müəllifidir. 14 elmlər namizədinin elmi rəhbəri olub.
Əmək fəaliyyəti
1960 – 1989-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisadi coğrafiya kafedrasının müdiri olub.
Təltif və mükafatları
- “Qafqazın müdafiəsinə görə” medalı (04.02.1945);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (09.05.1945).
Vəfatı
3 oktyabr 1991-ci il tarixdə – 71 yaşında, Bakıda vəfat edib.
İstinadlar
- ↑ 1,0 1,1 Память народа.
Ədəbiyyat
- Гаджи-Заде Абдурахим мамедия-оглы : [arx. 01.10.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 01.10.2021.
- Taptıq Həsənov T., Hacızadə Ə. Coğrafiya tarixi. — Bakı Universitetinin Nəşriyyatı, 2001. — Səh.: 82 – 83. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 30 Aug 2017 - 26 Nov 2019.
- Məmmədov Ə., Xalıqov F. Hacızadə Əbdürrəhim // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 208-209. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1920-ci ildə doğulanlar
- 10 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 3 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 1991-ci ildə vəfat edənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə