"Cavanşir Quliyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 4: | Sətir 4: | ||
|Tam adı = ''Quliyev Cavanşir Rəhim oğlu'' | |Tam adı = ''Quliyev Cavanşir Rəhim oğlu'' | ||
|Şəkil = Cavanşir Quliyev.jpg | |Şəkil = Cavanşir Quliyev.jpg | ||
− | |Şəklin izahı = Cavanşir Quliyev | + | |Şəklin izahı = Cavanşir Quliyev. |
|Şəklin ölçüsü = | |Şəklin ölçüsü = | ||
|Fəaliyyəti = ifaçı olmayan personal | |Fəaliyyəti = ifaçı olmayan personal |
23:28, 4 oktyabr 2021 versiyası
Cavanşir Quliyev | |
---|---|
Quliyev Cavanşir Rəhim oğlu | |
Cavanşir Quliyev. | |
Şəxsi məlumatlar | |
Doğum adı | 22 noyabr 1950 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Peşəsi | bəstəkar |
Atası | Rəhim Quliyev |
Anası | Tavat Quliyeva |
|
|
Musiqi alətləri | tar, piano |
Təhsili |
• Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, xalq çalğı alətləri fakültəsi, xalq çalğı alətləri fakültəsi, tar şöbəsi (1968–1970) • Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, bəstəkarlıq fakültəsi (1970–1975) |
Mükafatları | |
IMDb | ID 0474534 |
Cavanşir Quliyev — Azərbaycan bəstəkarı, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin səhnə sənətləri fakültəsinin professoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi.
Haqqında məlumatlar
22 noyabr 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1967-ci ildə orta məktəbi,
1968-ci ildə Nuxa Musiqi Texnikumunu bitirib.
1968 – 1970-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri fakültəsinin tar şöbəsində,
1970 – 1975-ci illərdə isə bəstəkarlıq fakültəsində, Cövdət Hacıyevin sinifində təhsil alıb.
Əmək fəaliyyəti
1973 – 1990-cı illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru,
1990 – 1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyində bədii rəhbər,
1980 – 1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında/Bakı Musiqi Akademiyasında müəllim,
1992 – 2005 ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri,
1994 – 2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim,
2003 – 2005-ci illərdə Azərbaycan Milli Konservatoriyasında əvvəl dosent, sonra professor vəzifəsində işləyib.
2005-ci ildən isə Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin səhnə sənətləri fakültəsinin professorudur.
Yaradıcılığı
Konservatoriyada 2-ci kursda oxuyarkən “Birinci Kvartetdə”ni, diplom işi olaraq isə böyük simfonik orkestr üçün “Birinci simfoniya”nı yazıb.
1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
İlk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tətbiq edib.
İlk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətmişdir.
Əsərləri
- “Yeddi məhbusə” – 2 hissəli musiqili komediya (libretto - Ə.Əmirli. 2003);
- “Bayatı” – Hollandiyanın “Atlas” orkestri üçün poema (2004);
- Dördüncü Simfoniya “Dastan” (1994-2006);
- “Melodiya” violino, violonçel və piano üçün (2008);
- “Oğuznamə” baletindən birinci süita simfonik orkestr üçün (2010);
- “Expromte Suite” violino, violonçel və piano üçün 4 hissəli süita (2011);
- “Üç əhval” kamera orkestri üçün 3 hissəli süita (2011).
Filmlərə musiqi
- “Cavid ömrü” (bədii film, ssenari Anar, rej. Ramiz Həsənoğlu. 2007);
- “Buta” (bədii film, ssenari və rej. İlqar Nəcəf. 2009);
- “Əli Kərim” (sənədli film, ssen. və rej. Tariyel Vəliyev. 2010);
- “Sübhün səfiri” (bədii film, ssen. Anar, rej. Ramiz Həsənoğlu. 2012).
Tamaşalara musiqi
- “Müqəddəs Valentin günü” (müəllif - Ə.Əmirli. 2003);
- “Brusseldən məktublar” (müəllif - H.Həsənov. 2003);
- “Rəqabət” (müəllif - B.Vahabzadə.2004);
- “Woyzeck” (müəllif - G.Bühner.2007);
- “Biznesmen” (müəllif - R.Abdullayev. 2007);
- “Körpü” (müəllif - İ.Piriyev. 2008);
- “Yedəkçi” (müəllif - C.Müsahipzadə. 2009);
- “Rumuz Qoncagül” (müəllif O.Arayıcı. 2010);
- “Sofoklesin Antiqonesi” (müəllif - B.Brext. 2011);
- “Küçük adam, ne oldu sana?” (müəllif - H.Fallada. 2011);
- “Müsyo Jordan və dərviş Məstəli şah” (müəllif - M.F.Axundov. 2012);
- “Töre” (müəllif - T.Özakman. 2012).
Mükafatları
- Azərbaycan SSR Lenin komsomolu mükafatı (1982).
- “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı (1992).
- “General Məhəmməd Əsədov” mükafatı (1993).
- Şəhriyar adına mükafat (1995).
- Avropa Türk-İslam Birliyinin qızıl medalı, Almaniya (1997).
- "Humay" mükafatı (2000).
- “Qızıl Dərviş” mükafatı (2001).
- “Milli Kinematoqrafiya qarşısında xidmətlərinə görə” Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı (2015).
- “Qızıl Pəri” mükafatı (2015), “Ən yaxşı orijinal musiqi” nominasiyasında və “Sübhün səfiri” filminə görə (2015).
Həmçinin, bax:
Filmoqrafiya
- Ac həriflər (film, 1993).
- Ağ atlar üçün vals (film, 1987).
- Ağ dünya (film, 1995).
- Anarla üz-üzə (film, 1989).
- Araqarışdıran (film, 1987).
- Arxada qalmış gələcək (film, 2004).
- Astana (film, 1986).
- Aşıq Qərib (film, 1988).
- Azərbaycan milli qəhrəmanları. Albert Aqarunov. Dostuma məkub... (film, 2010).
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996).
- Bəxtiyar Vahabzadə (film, 1987).
- Buta (film, 2011).
- Canavar balası (film, 1997).
- Cavid ömrü (film, 2007).
- Çalalar (film, 2000).
- Çətin məsələ (film, 1988).
- Daş yaddaş (film, 1986).
- Dirsə xanın oğlu Buğacın boyu (film, 2000).
- Dünya bir pəncərədir (film, 1990).
- Etiraf (film, 1992).
- Əzablı yollar (film, 1995).
- Fatehlərin divanı (film, 1997).
- Fəryad (film, 1993).
- Girişmə, öldürər! (film, 1990).
- Günahsız Abdulla (film, 1984).
- Günahsız Abdulla (film, 1984).
- Haray (film, 1990).
- Həqiqətin anı (film, 1984).
- Xeyir və Şər (film, 1980).
- İtkin gəlin (film, 1994).
- Kəndlərin harayı (film, 1987).
- Qayıdış (film, 1992).
- Qəm pəncərəsi (film, 1986).
- Qırmızı qar (film, 1998).
- Qocalar, qocalar... (film, 1982).
- Lətifə (film, 1989).
- Mirzə Kazım bəy (film, 1983).
- Muğam (film, 1995).
- Nigarançılıq (film, 1998).
- Salur Qazanın evi talandığı boy (film, 2001).
- Sənsiz (film, 1989).
- Sonuncu məhəbbət (film, 1985).
- Sovet Azərbaycanı (film, 1982).
- Sübhün səfiri (film, 2012).
- Süd dişinin ağrısı (film, 1987).
- Şirbalanın məhəbbəti (film, 1991).
- Taleyin qisməti (film, 1996-1997).
- Topal Teymur (film, 1983).
- Yağışdan sonra (film, 1998).
- Yarımştat (film, 1996).
- Yaşıl eynəkli adam (film, 1987).
- Yaşıl eynəkli adam-2 (film, 1999).
- Yaşıl eynəkli adam-3 (film, 2002).
- Yeniləşmiş diyar (film, 1984).
- Yumurta (film, 2003).
Ədəbiyyat
- Mete Ə. Cavanşir Quliyev // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 516-517. — 500 nüsx.
- "Quliyev Cavanşir Rəhim Oğlu ( 22.11.1950)". http://mk.musigi-dunya.az/ (azərb.). Musiqi Dünyası. 17 Oct 2016 – 1 May 2020 tarixində arxivləşdirilib.
- "Cavanşir Quliyev: "Qəfildən bıçağı qızların yanaqlarına yapışdırdım..."". https://news.milli.az/culture/19613.html (azərb.). milli.az. 31 Avqust 2010 08:46. 26 Oct 2018 - 10 Feb 2020 tarixində arxivləşdirilib.
- "Quliyev Cavanşir". http://music.mctgov.az/ (azərb.). zərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 26 Feb 2020 - 22 Sep 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- C
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış alimlər
- 22 noyabrda doğulanlar
- Noyabrda doğulanlar
- 1950-ci ildə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri
- Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatları
- Humay mükafatı laureatları
- “Qızıl Dərviş” mükafatı laureatları
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Authority control” şablonundan istifadə edilən səhifələr
- ISNI identifikatoru olan səhifələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə