Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Mübariz İmanzadə" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış görkə...' ilə yarat)
(Fərqli deyil)

00:17, 6 oktyabr 2021 versiyası

Mübariz İmanzadə
İmanzadə Mübariz Şakir oğlu
Mübariz İmanzadə
Mübariz İmanzadə (sağda).
Doğum tarixi 21 avqust 1943 (1943-08-21) (80 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Şakir İmanzadə
Anası Səidə İmanzadə
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi (1960–)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fəlsəfə kafedrası (1972–)
Mükafatları Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009) yubiley medalı-element.jpg

Mübariz İmanzadə — tanınmış diplomat və tərcüməçi, I dərəcəli müşavir.

Haqqında məlumatlar

21 avqust 1943-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1950 – 1960-cı illərdə Bakı şəhər 6 №-li orta məktəbində təhsil alıb.

1960-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunub.

1963-cü ildə Moskvada hərbi tərcüməçilər hazırlayan altıaylıq kursu bitirib.

1972-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fəlsəfə kafedrasının aspiranturasına qəbul olunub.

Hərbu xidmətdə

1970 – 1972-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1969 – 1970-ci illərdə, il yarım Azərbaycan radiosunun ərəb şöbəsində redaktor işləyib.

1975 – 1977-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda tədris hissə müdiri vəzifəsində işləyib.

1977 – 1981-ci illərdə Yəmən Xal Demokratik Respublikasındakı SSRİ səfirliyində tərcüməçi

1981 – 1983-cü illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində informasiya şöbəsinin müdiri,

1983 – 1991-ci illərdə SSRİ-nin Suriyadakı səfirliyində baş tərcüməçi işləyib.

1992 – 2001-ci illərdə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetində, Xəzər Universitetində, Ali İctimai-Siyasi Kollecdə və s. təhsil müəssisələrində hərbi və ərəb dili kafedralarında müəllim işləyib.

2001 – 2002-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində 1-ci katib vəzifəsində işləyib.

2002-ci ilin sentyabrından 2006-cı ilin 15 dekabr tarixinədək Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyində səfirliyinin I katibi, müşavir və müvəqqəti işlər vəkili,

2009-cu ilin aprelindən 2013-cü ilin 30 aprel tarixinədək Azərbaycan Respublikasının Tunisdəki müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.

2013-cü ildən sonra bir müddət Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi II Ərazi İdarəsinin Yaxın Şərq və Afrika şöbəsinin müşaviri, daha sonra isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Yaxın Şərq və Afrika İdarəsinin müşaviri vəzifəsində işləyib.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Ağayev X. Nura boyanmış ömür. Bakı: 2012.