"Eldar Əliyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 86: | Sətir 86: | ||
== İstifadə edilmiş əsas mənbələr == | == İstifadə edilmiş əsas mənbələr == | ||
# {{məqalə | # {{məqalə | ||
− | | müəllif = Samirə | + | | müəllif = Samirə. |
| başlıq = “Dəli Kür” – 40; Məşhur filmin haqqında az danışılan aktyoru; Şedevrləri əvəzolunmazlar yaradır | | başlıq = “Dəli Kür” – 40; Məşhur filmin haqqında az danışılan aktyoru; Şedevrləri əvəzolunmazlar yaradır | ||
| orijinal = | | orijinal = |
21:51, 7 dekabr 2021 versiyası
Eldar Əliyev | |
---|---|
Əliyev Eldar Həsən oğlu | |
İlk adı | Elbert |
Doğum tarixi | 14 yanvar 1936 |
Doğum yeri | Bakı, Azərbaycan SSR ZSFSR, SSRİ |
Vəfat tarixi | 27 fevral 1984 (48 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Tamara Əliyeva |
Uşaqları | Leyla, Eldarə |
Atası | Həsən Əliyev |
Anası | Zabiyə |
Təhsili |
• M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutu (–1959) • M.Əliyev adına Teatr İnstitutu, teatr rejissorluğu fakültəsi (–1966) |
IMDb | ID 3107848 |
Eldar Əliyev (1936–1984) — teatr rejissoru və kino aktyoru; 1966-cı ildən Səməd Vurğun adına Rus Dram Teatrınında fəaliyyət göstərib. Həmçinin, bir sıra filmlərə çəkilib, daha çox “Dəli Kür” filmindəki (1969) Rus Əhməd obrazı ilə yadda qalıb.
Haqqında məlumatlar
14 yanvar 1936-cı il tarixdə Bakıda anadan olub.
Təhsili
1959-cu ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu,
1966-cı ildə M.Əliyev adına Teatr İnstitutunun teatr rejissorluğu fakültəsini bitirib.
Əmək və yaradıcılıq fəaliyyəti
1959-cu ildən Bakı şəhər 20 nömrəli orta məktəbində müəllim işləyib.
1965 – 1982-ci illərdə çəkilmiş 10-dan çox filmdə rol gedib.
1966-cı ildən Səməd Vurğun adına Rus Dram Teatrının rejissoru olub. Ş.Qurbanov adına Musiqili Komediya Teatrında, Leninqrad Dövlət Musiqili Komediya Teatrında tamaşalara quruluş verib. Bolqar dramaturgiyası festivalında Panço Pançevin “Dörd əkizin nağılı” pyesinin Komissarjevskaya adına Leninqrad Dram Teatrının səhnəsində tamaşaya qoyulmasında iştirak edib.
Vəfatı
27 fevral 1984-cü il tarixdə – 48 yaşında, Bakıda vəfat edib.
Ailəsi
Atası: Həsən Hacıabdulkərim oğlu Əliyev – 1910-ci ildə Nuxada anadan olub. Müxtəlif illərdə Teatr/İncəsənət İnstitutunda müəllim, “Azərbaycanfilm” kinostudiyasının dublyaj rejissoru vəzifəsində çalışıb. 1970-ci ildə Bakıda vəfat edib.
Anası: Zabiyə.
Həyat yoldaşı: Tamara Əliyeva – pedaqoq, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunda müəllim işləyib.
Uşaqları: Leyla və Eldarə.
Qardaşı qızı: Dinarə Əliyeva – Böyük teatrın (Moskva, Rusiya federasiyası) solistidir.
Filmoqrafiya
- Yenilməz batalyon (film, 1965) (həbsxanadan qaçan).
- Sən niyə susursan? (film, 1966) (müfəttiş).
- Mən ki gözəl deyildim (film, 1968) (Çingiz).
- Dəli Kür (film, 1969) (Rus Əhməd).
- “Eto sladkoye slovo - svoboda!” (film, 1972) (leytenant Kurilyov).
- 1001-ci qastrol (tammetrajlı bədii film, 1974) (kinorejissor).
- “Mezozoy əhvalatı” (film, 1976) (Arif).
- Qız qalası əfsanəsi (film, 1978).
- Toral və Zəri (film, 1979).
- Gümüşü furqon (film, 1982).
İstifadə edilmiş əsas mənbələr
- Samirə. “Dəli Kür” – 40; Məşhur filmin haqqında az danışılan aktyoru; Şedevrləri əvəzolunmazlar yaradır // Həftə içi : qəzet. — Bakı, 2009. — В. 5 mart. — Səh. 7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 dekabr 2020.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- E
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış aktyorlar
- Şəkidən çıxmış kino xadimləri
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış pedaqoqlar
- 1936-cı ildə doğulanlar
- 14 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 27 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- 1984-cü ildə vəfat edənlər
- Kino xadimləri
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə