"Məmmədiyyə Cabbarov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 5: | Sətir 5: | ||
|Piktoqram = yazar | |Piktoqram = yazar | ||
|Şəkil = Məmmədiyyə Cabbarov.JPG | |Şəkil = Məmmədiyyə Cabbarov.JPG | ||
− | |Şəklin ölçüsü = | + | |Şəklin ölçüsü = 160 |
|Şəklin izahı = Məmmədiyyə Cabbarov. | |Şəklin izahı = Məmmədiyyə Cabbarov. | ||
|Digər adı = Məmmədiyyə Süleymanlı | |Digər adı = Məmmədiyyə Süleymanlı |
14:03, 1 iyun 2022 versiyası
Məmmədiyyə Cabbarov | |
---|---|
Cabbarov Məmmədiyyə Süleyman oğlu | |
Məmmədiyyə Cabbarov. | |
Digər adı | Məmmədiyyə Süleymanlı |
Anadan olub | 1 iyun 1910 |
Vəfat edib | 30 mart 1997 (86 yaşında) |
Uşaqları | Qurtuluş, Bahar, Elman |
Təhsili |
• Bakı Pedaqoji Texnikumu (1927–1931) • Azərbaycan Müəllimlər İnstitutunu (qiyabi, –1931) |
Mükafatları |
Məmmədiyyə Cabbarov (Məmmədiyyə Süleymanlı; 1910–1997) — yazıçı, publisist və jurnalist; müxtəlif illərdə “Nuxa fəhləsi” qəzetinin redaktor əvəzi, Azərbaycan Radio Komitəsinin Nuxa filialının redaktoru, “İpəkçi” qəzetinin redaktoru, Azərbaycan SSR “Bilik” cəmiyyətində redaksiya-nəşriyyat şöbəsinin redaktoru və s. vəzifələrdə çalışıb.
Haqqında məlumatlar
1 iyun 1910-cu il tarixdə Nuxada, tacir ailəsində anadan olub.
Təhsili
Nuxada natamam-orta,
1927 – 1931-ci illərdə Bakı Pedaqoji Texnikumunda ana dili və ədəbiyyat müəllimi ixtisası üzrə orta-ixtisas təhsili alıb.
1936-cı ildə Azərbaycan Müəllimlər İnstitutunu (qiyabi) bitirib.
Əmək fəaliyyəti
1931-ci ildən Nuxa şəhər və kənd məktəblərində ana dili və ədəbiyyat müəllimi, dərs hissə müdiri, məktəb direktoru vəzifələrində çalışıb.
1937 – 1941-ci illərdə “Nuxa fəhləsi” qəzetinin redaksiyasında əvvəl ədəbi işçisi, sonra şöbə müdiri və nəhayət, 1941-ci ildə redaktor əvəzi olub.
1945-ci ildən – 10 ildən artıq müddət ərzində, Azərbaycan Radio Komitəsinin Nuxa filialının redaktoru,
1948 – 1949-cu illərdə Sabir adına Nuxa Dövlət Dram Teatrının direktoru,
1958 – 1965-ci illərdə “İpəkçi” qəzetinin redaktoru,
1966 – 1968-ci illərdə “Elm və həyat” jurnalının redaksiyasında əvvəl ədəbi işçi, sonra isə şöbə müdiri vəzifəsində çalışıb.
1968-ci ildən Azərbaycan SSR “Bilik” cəmiyyətində işləyib; uzun müddət cəmiyyətin redaksiya-nəşriyyat şöbəsinin redaktoru, əmək fəaliyyətinin son illərində isə həmin cəmiyyətin Şəki şöbəsinin rəhbəri olub.
Digər
Böyük Vətən müharibəsində (1941–1945) iştirak etmiş, yaralanaraq ordudan tərxis olunmuşdur.
Ədəbi-publisistik fəaliyyəti
1924-cü ildən – 14 yaşından ədəbi, 1932-ci ildən “Nuxa fəhləsi” qəzetində publisistik fəaliyyətə başlayıb.
1936-cı ildən Azərbaycan SSR Yazıçılar İttifaqının,
1958-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olub.
Təltif və mükafatları
- I dərəcəli “Vətən Müharibəsi” ordeni (1987)[1].
Vəfatı
30 mart 1997-ci il tarixdə, 87 yaşında, vəfat edib.
İstinadlar və qeydlər
Ədəbiyyat
- Джаббаров Мамедия Сулейман-оглы : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 19.07.2021.
- Məmmədov S. Cəmiyyət üçün (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1980. —3 sentyabr c. — № 23 – 24 (1373). — Səh. 4.
- Adışirinov K.F. XX əsrin əvvəllərində Şəki Teatrının ədəbi - mədəni mühitin inkişafına təsiri (azərb.) // Sumqayıt Dövlət Universiteti : “Elmi Xəbərlər” jurnalı. — Sumqayıt, 2018. — В. Sosial və humanitar elmlər bölməsi. —14 c. — № 3. — Səh. 21 – 24. — ISSN 1680-1245. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 aprel 2021.
- Orsər R. Məmmədiyyə Cabbarov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 225-228. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəkidən çıxmış şair və yazıçılar
- 1910-cu ildə doğulanlar
- 1 iyunda doğulanlar
- İyunda doğulanlar
- 30 martda vəfat edənlər
- Martda vəfat edənlər
- 1997-ci ildə vəfat edənlər
- I dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr