"Rəsul Rəsullu" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 110: Sətir 110:
 
|group=qeyd
 
|group=qeyd
 
|refs=
 
|refs=
<ref name=Q1>Hal-hazırda yalnız “İpəkçi” qəzeti redaksiyasının arxivində saxlanılan “İpəkçi” qəzetinin 1933 – 1934-cü illərdə çap olunmuş nüsxələri, vaxtilə, Rəsul Rəsullunun şəxsi arxivində olmuşdur, lakin onun vəfatından sonra – 1960-cı illərdə, ailəsi tərəfindən qəzetin o vaxtkı redaktoru [[Salis Məmmədov|Salis Məmmədova]] təhvil verilmişdir.</ref>
+
<ref name=Q1>Rəsul Rəsullu “İpəkçi” qəzetin birinci redaktorudur. Hal-hazırda yalnız “İpəkçi” qəzeti redaksiyasının arxivində saxlanılan “İpəkçi” qəzetinin 1933 – 1934-cü illərdə çap olunmuş nüsxələri, vaxtilə Rəsul Rəsullunun şəxsi arxivində olmuşdur, lakin onun vəfatından sonra – 1960-cı illərdə, ailəsi tərəfindən qəzetin o vaxtkı redaktoru [[Salis Məmmədov|Salis Məmmədova]] təhvil verilmişdir.</ref>
 
<ref name=Q2>'''Syasi rəhbər''' ({{dil-ru|Полити́ческий руководи́тель (сокр. политрук)}}) hərbi rütbəsi SSRİ Silahlı Qüvvələrində yalnız 1943-cü ilədək mövcud olub.</ref>
 
<ref name=Q2>'''Syasi rəhbər''' ({{dil-ru|Полити́ческий руководи́тель (сокр. политрук)}}) hərbi rütbəsi SSRİ Silahlı Qüvvələrində yalnız 1943-cü ilədək mövcud olub.</ref>
 
<ref name=Q3>Böyük Vətən müharibəsinin 40 illiyi münasibəti ilə Azərbaycan KP MK Şəki Şəhər Komitəsi, “Şəki fəhləsi” qəzetinin redaksiyası və "Bilik" cəmiyyəti tərəfindən buraxılmış vərəqədə göstərilir ki,
 
<ref name=Q3>Böyük Vətən müharibəsinin 40 illiyi münasibəti ilə Azərbaycan KP MK Şəki Şəhər Komitəsi, “Şəki fəhləsi” qəzetinin redaksiyası və "Bilik" cəmiyyəti tərəfindən buraxılmış vərəqədə göstərilir ki,

22:47, 29 sentyabr 2022 versiyası

Rəsul Rəsullu
Rəsullu Rəsul Yusif oğlu
Rəsul Rəsullu
Rəsul Rəsullu, 1947-ci il.
Doğum tarixi 10 sentyabr 1908(1908-09-10)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 30 aprel 1962 (53 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
İş yeri Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (dosenti)
Elmi dərəcəsi filologiya elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • Bakı müəllimlər seminariyası (1924–1927)

 • Azərbaycan Pedaqoji İnstitutu, dil-ədəbiyyat fakültəsi (1936–1940)

 • aspirantura, qiyabi (+1940–)
Evladları Xəyyam[qeyd 1], Mayıs, Yaşar
Mükafatları "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 1942
"Əməkdə fərqlənməyə görə" medalı — 1945"Qafqazın müdafiəsinə görə" medalı — 1946"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946

Rəsul Rəsullu (1908–1962) — tanınmış pedqoq və jurnalist, filologiya elmləri namizədi, Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dosenti, Azərbaycan SSR əməkdar müəllimi.

Haqqında məlumatlar

10 sentyabr 1908-ci il tarixdə Nuxada (indiki Şəki) ipək əyirici fəhlə ailəsində anadan olub.

Təhsili

1921 – 1924-cü illərdə Nuxada orta məktəbdə,

1924 – 1927-ci illərdə Bakı müəllimlər seminariyasında,

1936 – 1940-cı ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində,

1940-cı ildən sonra isə aspiranturada (qiyabi) təhsil alıb.

Əmək fəaliyyəti

Kiçik yaşlarından Nuxadakı ipək fabriklərində fəhlə işləyib.

Jurnalistlik fəaliyyəti

Rəsul Rəsullunun hərbi sənədlərindəki gənclik şəkli

1921-ci ildən başlamaqla “Şəki fəhləsi”/“Nuxa fəhləsi”/“Nuxa fəhləsi” qəzetinin müxbiri idi. Sonralar uzun müddət bu qəzetin redaksiyasında çalışmış, 1940-cı illərdə isə bir müddət qəzet onun imzası ilə çap edilmişdir.

1933 – 1934-cü illərdə “İpəkçi” qəzetinin də redaktoru olmuşdur[qeyd 2].

Pedaqoji fəaliyyəti

1927 – 1936-cı illərdə, müxtəlif vaxtlarda indiki Qax, Zaqatala və Nuxa rayonlarında pedaqoji sahədə əmək fəaliyyəti ilə məşğul olub; o cümlədən,

  • 1927 – 1929-cu illərdə Zaqatala qəzasının İlisu kənd məktəbində müəllim,
  • 1931 – 1936-cı illərdə Nuxadakı bir çox məktəb və texnikumlarda müəllim vəzifəsində çalışıb.

1940 – 1953-cü illərdə Nuxa Dövlət Müəllimlər İnstitutunun direktoru,

1953 – 1958-cu illərdə Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun Nuxa filialının direktoru olub.

1958-ci ildən V.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti idi.

Elmi fəaliyyəti

“Süleyman Sani Axundovun dramaturji yaradıcılığı” mövzusunda elmi dissertasiya üzərində işləyib.

1951-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuş “Ölməz sənətkar” adlı monoqrafiyanın, S.S.Axundovun dramaturgiyasına həsr edilmiş 4 elmi məqalənin, həmçinin Azərbaycan dilinin və ədəbiyyatının araşdırılması mövzusunda 25 elmi məqalənin, rus yazıçılarından N.V.Qoqolun, F.N.Radişşevin, L.N.Tolstoyun, A.P.Çexovun, M.Mayakovskinin və M.Qorkinin həyat və yaradıcılıqlarını əks etdirən 20-dən çox elmi məqalənin müəllifidir.

Digər

1925 – 1926-cı illərdə “R.R.” ədəbi imzası ilə “Şəki fəhləsi” qəzetində məqalələri dərc olunub[1].

SSRİ Silahlı Qüvvlərinin əvvəl siyasi rəhbər (rus.: Полити́ческий руководи́тель (сокр. политрук))[2][qeyd 3], sonra isə kapitan[3] hərbi rütbəsinə malik olub.

Nuxa Dövlət Müəllimlər İnstitutunun direktoru vəzifəsində işləyərkən – 1943-cü ilin yanvar ayında, aylıq maaşının 10 faizini müharibə qurtaranadək döyüş maşınlarının düzəldilməsi nəfinə vermək niyyətində olduğunu bəyan etmiş, digər ali məktəb rektorlarını da bu cür hərəkət etməyə çağırmışdır[qeyd 4].

İctimai-siyasi fəaliyyəti

28 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından ilk günlərindən komsomol sıralarına qatılıb.

1938-ci ildə ÜİK(b)P partiyasının üzvü olub.

1947-ci ildə 123 nömrəli Nuxa şəhər üçüncü seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

1948-ci ildə Nuxa şəhər Sovetinin deputatı, şəhər sovetinin icraiyyə komitəsinin heyətinin üzvü və maarif üzrə daimi komissiyasının sədri seçilib.

1951-ci ildə yenidən Nuxa şəhər Sovetinin deputatı seçilib.

Təltif və mükafatları

Vəfatı

30 aprel 1962-ci il tarixdə – 53 yaşında, uzun sürən xəstəlikdən sonra Nuxada (indiki Şəki) vəfat edib.

Qeydlər

  1. Xəyyam orta məktəb yaşında olarkən – 1955-ci ildə, fəciəvi şəkildə həlak olmuşdur, Qara dənizdə boğulmuşdur.
  2. Rəsul Rəsullu “İpəkçi” qəzetin birinci redaktorudur. Hal-hazırda yalnız “İpəkçi” qəzeti redaksiyasının arxivində saxlanılan “İpəkçi” qəzetinin 1933 – 1934-cü illərdə çap olunmuş nüsxələri, vaxtilə Rəsul Rəsullunun şəxsi arxivində olmuşdur, lakin onun vəfatından sonra – 1960-cı illərdə, ailəsi tərəfindən qəzetin o vaxtkı redaktoru Salis Məmmədova təhvil verilmişdir.
  3. Syasi rəhbər (rus.: Полити́ческий руководи́тель (сокр. политрук)) hərbi rütbəsi SSRİ Silahlı Qüvvələrində yalnız 1943-cü ilədək mövcud olub.
  4. Böyük Vətən müharibəsinin 40 illiyi münasibəti ilə Azərbaycan KP MK Şəki Şəhər Komitəsi, “Şəki fəhləsi” qəzetinin redaksiyası və "Bilik" cəmiyyəti tərəfindən buraxılmış vərəqədə göstərilir ki,
    " 1943-cü ilin yanvar ayından etibarən Şəkidəki müəllimlər institutunun direktoru Rəsul Rəsullu yoldaş aylıq maaşının 10 faizini müharibə qurtaranadək faşizmə qarşı döyüş maşınları düzəldilməsi nəfinə vermək üçün təşəbbüs qaldırmış və bütün ali məktəb rektorlarını bu cür yardım etməyə çağırmışdı "

İstinadlar

Ədəbiyyat

  1. Расуллы Расул Юсуф-оглы : [arx. 18.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
  2. Расуллы Расул Юсиф-оглы : [arx. 18.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
  3. Rəşidov Ə. Azərbaycan SSR Ali Soveti deputatlığına namizədlər:Əməkdar müəllim // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1947. — В. 25 yanvar. — № 14 (3922). — Səh. 2.
  4. Nuxa şəhər Sovetinə seçilmiş deputatlar = Нуха шәһәр Советинә сечилмиш депутатлар // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1948. — В. 18 yanvar. — № 8 (4.067). — Səh. 1.
  5. Nuxa şəhər sovetinin birinci sessiyası = Нуха шәһәр Советинин биринҹи сессиясы // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1948. — В. 24 yanvar. — № 10 (4.069). — Səh. 1.
  6. Rəsul Yusif oğlu Rəsullu (nekroloq) = Рәсул Јусиф оғлу Рәсуллу // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1962. — В. 5 may. — № 52 (6.276). — Səh. 1.
  7. Məmmədli Q. İmzalar. — təkrar (2010). — Azərbaycan Dövlət Nəşriyyatı, 1977. — Səh.: 98. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 iyun 2020.
  8. Şükürov R., Orsər R. Rəsullu Rəsul Yusif oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 114-116. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.

Şablon:Yaxşı məqalə