"Yunis Məmmədov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 91: | Sətir 91: | ||
==Həmçinin, bax:== | ==Həmçinin, bax:== | ||
[[Nuxa rayon və şəhər sovetlərinin deputatları (1948)]] | [[Nuxa rayon və şəhər sovetlərinin deputatları (1948)]] | ||
− | |||
− | |||
− | |||
== Ədəbiyyat == | == Ədəbiyyat == |
17:32, 12 noyabr 2022 versiyası
Yunis Məmmədov | |
---|---|
Məmmədov Yunis (Yunus) Mirzəməmməd oğlu | |
Yunus Məmmədov. | |
Digər adı | Yunus |
Anadan olub | 3 may 1900 |
Anadan olduğu yer | Qışlaq, Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 6 yanvar 1987 (86 yaşında) |
Mükafatları |
|
Yunis Məmmədov (1900–1987) — sovet dövründə Nuxa rayon sovetinin sədri və bu kimi digər məsul vəzifələrdə çalışmış tanınmış rəhbər kadr, Sosialist Əməyi Qəhrəmanı.
Haqqında məlumatlar
3 may 1900-cü ildə Nuxanın (indiki Şəki) Qışlaq kəndində anadan olub.
Təhsili
1923-cü ilin sentyabr ayında Bakıda hərbi-siyasi məktəbə daxil olub.
Əmək və hərbçi fəaliyyəti
1914-cü ildə atasının vəfat etməsindən sonra 1920-ci ilədədək Nuxa Qışlağındakı ipək fabrikində fəhlə,
1920-ci ilin fevral ayından 1921-ci ilə qədər isə Nuxa Qışlağında muzdur işləyib.
1921-ci ildən 1923-cü ilin fevral ayındadək hərbi xidmətdə olub.
1923-cü ilin fevral ayından sentyabr ayınadək Nuxa şəhərindəki 3 nömrəli ipək fabrikində ipək-əyirici fəhlə vəzifəsində işləyib.
1923-cü ilin sentyabr ayından 1937-ci ilin noyabr ayınadək yenidən hərbi sahədə fəaliyyət göstyərib, hərbi-siyasi təhsilini tamamladıqdan sonra orduda əvvəl siyasi rəhbər, sonra diviziya siyasi şöbəsinin təlimatçısı, daha sonra alay hərbi komissarı vəzifəsində xidmət edib.
1937-ci ilin noyabr ayından SSRİ Dövlət Bankının Azərbaycan konturunda baş müfəttiş, Nuxa pedaqoji məktəbində və Nuxa Dövlət Müəllimlər İnstitutunda hərbi rəhbər vəzifəsində çalışıb.
1941-ci ildə Böyük Vətən Müharibəsinin başlamasından sonra yenidən hərbi xidmətə keçib; o cümlədən,
1941-ci ilin sentyabr ayından 1943-cü ilin yanvar ayınadək əvvəl döyüşən orduda batalyon hərbi komissarı, sonra işaaat-fəhlə dəstəsinin rəisi və başqa bu kimi digər vəzifələrdə xidmət edib.
1943-cü ilin yanvar ayından sonra əvvəl Azərbaycan K(b)P MK-nın kadr şöbəsində təlimatçı, sonra Azərbaycan K(b)P Vartaşen (indiki Oğuz) rayon komitəsinin ikinci katibi vəzifəsində çalışıb.
1946–cı ilin fevral ayında Zəhmətkeş Deputatları Nuxa Rayon Soveti İcraiyyə Komitəsinin sədri seçilib.
1951-ci ildə ildə Nuxa rayon Sənaye kombinatının direktoru, sonralar Nuxa şəhər kommunal təsərrüfat idarəsinin müdiri və s. bu kimi digər vəzifələrdə çalışıb.
1963-cü ildən ittifaq əhəmiyyətli təqaüdçü idi.
Vəfatı
6 yanvar 1987-ci il tarixdə – 86 yaşında, Şəkidə vəfat edib.
Digər
1926-cı ildən ÜİK(b)P-nın üzvü olub.
1947-ci ildə 1947-ci ildə 127 nömrəli Oxud seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
1948-ci ildə həm Nuxa rayon, həm də Nuxa şəhər sovetinin deputatı seçilib. O cümlədən, yenidən rayon soveti icraiyyə komitəsinin sədri seçilib.
1950-ci ildə Nuxa şəhər sovetinin deputatı seçilib.
Təltif və mükafatları
- “Qafqazın müdafiəsinə görə” medalı;
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı;
- “"1941 – 1945-ci illər Böyük Vətən müharibəsində arxada fəadakar əməyinə görə" medalı” medalı;
- “Qırmızı Ulduz” ordeni (06.11.1945);
- “Sosialist Əməyi Qəhrəmanı” adı (29.07.1949);
- Lenin ordeni (29.07.1949).
Ailəsi
Atası: Mirzəməmməd (?–1914), əvvəllər yoxsul kəndli olmuş, sonralar arabaçılıq etmişdir.
Həmçinin, bax:
Nuxa rayon və şəhər sovetlərinin deputatları (1948)
Ədəbiyyat
- Мамедов Юнус Мирза Мамедович : [arx. 09.11.2022] : [rus.] // Память Народа. — Müraciət tarixi: 09.11.2022.
- Мамедов Юнус Мирза-Мамеда : [arx. 09.11.2022] : [rus.] // Память Народа. — Müraciət tarixi: 09.11.2022.
- Мамедов Юнус Мирза Мамед-оглы : [arx. 09.11.2022] : [rus.] // Память Народа. — Müraciət tarixi: 09.11.2022.
- Azərbaycan SSR Ali Soveti deputatlığına namizədlər: fəal sovet işçisi = Азәрбајҹан ССР Али Совети депутатлығына намизәдләр:фҝал совет ишчиси // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1947. — В. 30 yanvar. — № 15 (3923). — Səh. 4.
- Rayon Sovetinə seçilmiş deputatların siyahısı = Рајон Советинә сечилмиш депутатларын сияһысы // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1957. — В. 17 mart. — № 32 (5.488). — Səh. 2.
- Указ Президиума Верховного Совета СССР «О присвоении звания Героя Социалистического Труда передовикам сельского хозяйства Азербайджанской ССР'» от 1 июля 1949 г. // Ведомости Верховного Совета СССР. — 29.07.1949. — № 37 (584). — С. 2.
- Yunis Məmmədov // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1982. — VI cild. — Səhifələrin sayı: 647. — Səh.: 501. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Məmmədov Yunis // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 395. — 1.000 nüsx.
- Mete Ə. Əməyi ilə ucalan insan // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 401-402. — 500 nüsx.
- Y
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış hərbçilər
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəkidən çıxmış pedaqoqlar
- 1900-cü ildə doğulanlar
- 3 mayda doğulanlar
- Mayda doğulanlar
- 6 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 1987-ci ildə vəfat edənlər
- Sosialist əməyi qəhrəmanları
- Lenin ordeninin kavalerləri
- "Qırmızı Ulduz" ordeni laureatları
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr