"Ənvər Həmidov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 81: | Sətir 81: | ||
=== Kitabları === | === Kitabları === | ||
− | # | + | # Ekologiya və sağlamlıq (Bakı, 1990); |
− | # | + | # Torpağımız, məhsullarımız və sağlamlığımız (Bakı, 1990); |
− | # | + | # Loğmanlar yurdu (Bakı, “İşıq” nəşriyyatı, 1991) – Azərbaycan tibb işçiləri haqqında bioqrafik məlumatlar toplusu; |
− | # | + | # [[O torpağın övladları]] (Bakı, “Nurlan” nəşriyyatı, 2006) – Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumatlar toplusudur; |
− | # | + | # Loğmanlar (Bakı, “Nurlan” nəşriyyatı, 2008) – “Loğmanlar yurdu” (1991) kitabının əlavələrlə yenilənmiş təkrar nəşri (müəllif bu nəşrdə “Ənvər Mete” imzasından istifadə edib); |
− | # | + | # İblis xislətli erməni (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2009); |
− | # | + | # İntellektual ekologiya (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2012). |
=== Vəfatı === | === Vəfatı === |
19:18, 22 yanvar 2023 versiyası
Ənvər Həmidov | |
---|---|
Həmidov Ənvər Mustafa oğlu | |
Ənvər Həmidov. | |
Doğum tarixi | 17 iyul 1937 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 20 mart 2014 (76 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Bakı, Mərdəkan qəsəbəsi, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | tibb elmləri namizədi |
Təhsili |
• N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (–1962) • Mərkəzi Travmatologiya və Ortopediya İnstitutu, aspirantura (Moskva, 1968–1971) |
Həyat yoldaşı | Zöhrə Məmmədova |
Evladları | Gülsüm Hacıyeva, Zərnurə Həmidova, Mustafa Həmidov |
Tanınır | Ənvər Mete |
Mükafatları |
Ənvər Həmidov (1937–2014) — tanınmış həkim-travmataloq, tibb elmləri namizədi. 1987-ci ildən 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında çalışmış, o cümlədən, 1987–2000-ci illərdə həmin xəstəxananın baş həkimi olmuşdur. Elmi və tibbi fəaliyyəti ilə yanaşı, publisistik fəaliyyətlə də məşğul idi; Azərbaycan tibb işçiləri haqqında və Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumat toplularının müəllifidir.
Haqqında məlumatlar
17 iyul 1937-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1954-ci ildə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbini,
1962-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.
1968 –1971-ci illərdə isə Moskvada Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunun aspiranturasında sümük patologiyası ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti
1962 – 1968-ci illərdə Nuxa/Şəki Rayonlararası Mərkəzi Xəstəxanasında cərrah,
1971 – 1976-cı illərdə Bakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə baş elmi işçi,
1976 – 1983-cü illərdə Bakı şəhər 3 saylı klinik xəstəxanasında ortopediya şöbəsinin müdiri,
1984 – 1987-ci illərdə 14 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi,
1987 – 2000-ci illərdə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi,
2000 – 2014-cü illərdə isə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında travmatoloq-ortoped və baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1971-ci ildə Moskvada Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda sümük şişləri mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
70-dən çox elmi işin, 5 monoqrafiyanın müəllifidir. Bir elmi işi ABŞ-da çap olunub.
Digər
1975 – 1980-ci illərdə Azərbaycan Travmatologiya və Orotpediya Elmi Cəmiyyətinin İdarə Heyətinin katibi olub.
1982 – 1987-ci illərdə Buzovna Qəsəbə Xalq Deputatları Sovetinin,
1985 – 1995-ci illərdə Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin,
1990 – 1995-ci illərdə isə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olub.
Təltif və mükafatları
- “Səhiyyə əlaçısı” döş nişanı;
- “Əmək veteranı” medalı.
Kitabları
- Ekologiya və sağlamlıq (Bakı, 1990);
- Torpağımız, məhsullarımız və sağlamlığımız (Bakı, 1990);
- Loğmanlar yurdu (Bakı, “İşıq” nəşriyyatı, 1991) – Azərbaycan tibb işçiləri haqqında bioqrafik məlumatlar toplusu;
- O torpağın övladları (Bakı, “Nurlan” nəşriyyatı, 2006) – Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumatlar toplusudur;
- Loğmanlar (Bakı, “Nurlan” nəşriyyatı, 2008) – “Loğmanlar yurdu” (1991) kitabının əlavələrlə yenilənmiş təkrar nəşri (müəllif bu nəşrdə “Ənvər Mete” imzasından istifadə edib);
- İblis xislətli erməni (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2009);
- İntellektual ekologiya (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2012).
Vəfatı
20 mart 2014-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib. Mərdəkan qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat
- Mete Ə. Ənvər Həmidov (Ənvər Mete) // Loğmanlar. — Nurlan, 2008. — Səhifələrin sayı: 498. — Səh.: 498. — 500 nüsx.
- Məmmədov A. Ənvər Mustafa oğlu Həmidov (Ənvər Mete) vəfat edib : [arx. 21 Jul 2020 - 3 Nov 2020] : [azərb.] // “İpəkçi” qəzetinin saytı. — 2014. — 22 mart. — Müraciət tarixi: 17.07.2021.
- Əhmədov N. Mənalı həyat yolu : [arx. 15 Jun 2019 - 24 Jul 2020] : [azərb.] // “Mədəniyyət” qəzetinin saytı. — 2014. — 23 may. — Müraciət tarixi: 17.07.2021.
- Orsər R. Ənvər Mete // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 363-365. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış şair və yazıçılar
- 1937-ci ildə doğulanlar
- 17 iyulda doğulanlar
- İyulda doğulanlar
- 20 martda vəfat edənlər
- Martda vəfat edənlər
- 2014-cü ildə vəfat edənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə