"İpəkçi (qəzet)" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 14: | Sətir 14: | ||
| qiymət = pulsuz | | qiymət = pulsuz | ||
| ünvan = | | ünvan = | ||
− | | internet ünvanı = | + | | internet ünvanı = [https://web.archive.org/web/20221207173707/https://ipekchi.info/ ipekchi.info (arxiv versiyası)] <br/> |
− | + | [https://web.archive.org/web/20221207173707/https://www.facebook.com/ipekchi.info/ facebook səhifəsi] | |
− | |||
}} | }} | ||
'''“İpəkçi” qəzeti''' — 1933 – 1941 və 1958 – 1918-ci illərdə çap olunmuş qəzet. 2022-ci ilin sonunadək isə internet-media kimi fəaliyyət göstəmişdir. İpəkçilik və ipək sənayesi xəbərləri üzrə ixtisaslaşmışdı. | '''“İpəkçi” qəzeti''' — 1933 – 1941 və 1958 – 1918-ci illərdə çap olunmuş qəzet. 2022-ci ilin sonunadək isə internet-media kimi fəaliyyət göstəmişdir. İpəkçilik və ipək sənayesi xəbərləri üzrə ixtisaslaşmışdı. |
23:52, 12 mart 2023 versiyası
İpəkçi | |
---|---|
Format | A2 |
Təsisçilər | Şəki “İpək” şirkəti və M.Salis |
Baş redaktor | Aydın Məmmədov |
Yaranma tarixi | 1933 |
Dil | Azərbaycan dili |
Qiymət | pulsuz |
Səhifə | 4 |
Tiraj | 1250 (15.06.2013) |
ipekchi.info (arxiv versiyası) facebook səhifəsi |
“İpəkçi” qəzeti — 1933 – 1941 və 1958 – 1918-ci illərdə çap olunmuş qəzet. 2022-ci ilin sonunadək isə internet-media kimi fəaliyyət göstəmişdir. İpəkçilik və ipək sənayesi xəbərləri üzrə ixtisaslaşmışdı.
Tarixi
“İpəkçi” qəzetinin birinci sayı 13 mart 1933-cu il tarixdə çap olunub. Həmin vaxt “İpəkçi” qəzeti “Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı” və çoxtirajlı qəzet[1] idi. “İpəkçi” qəzetinin ilk redaktoru Rəsul Rəsullu olmuşdur; daha sonra qəzet Əlisgəndər Hacıyevin (1935 – 8 yanvar 1939-cu il tarixləri arasında), Ə.Yusifovun (2 fevral – 10 mart, 1939-cu il tarixləri arasında), G.Əlimovun (mart 1939 – 13 may 1940), Ə.Yusifovun (21 may, 1940-cu il tarixdə), Möhsün Kərimovun (28 may – 18 sentyabr, 1940-cı il tarixləri arasında), Paşa İsmayılovun (24 sentyabr 1940-cı il tarixdən) redaktorluğu ilə çap edilib. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar qəzetin nəşri dayandırılsa da, müharibədən sonra – 1958-ci ildə, yenidən bərpa edilmişdir. 1958 – 1965-ci illərdə qəzetin redaktoru Məmmədiyyə Cabbarov (Məmmədiyyə Süleymanlı), 1965 – 2009-cu illərdə isə Salis Məmmədov olmuşdur. 2009-cu ildən etibarən isə redaktor Aydın Məmmədov idi.
İnternetdə
2007 – 2022-ci illərdə qəzetin internet saytı da fəaliyyət göstərmiş, o cümlədən, 2018-ci ilin əvvəlindən bu saytın rusca versiyası da fəaliyyətə başlamışdı.
Mükafatları
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı – “İpəkçi” qəzetinin 50 ilik yubileyi münasibəti ilə (1983).
- Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin təbrik məktubu – “İpəkçi” qəzetinin 60 ilik yubileyi münasibəti ilə (1993).
Maraqlı
“İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli (№ 33 – 34 (1967 – 1968)) buraxılışında sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarından imtina edilmiş, həmin vaxta qədər “Azərbaycan Kommunist partiyası V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olmuş qəzet, “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdir. Bu, o dövr üçün Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə nadir hallarda təsadüf edilən bir hadisə idi.
İstinadlar
- ↑ Sovet mətbuatında müəssisə qəzetləri “çoxtirajlı qəzet” adlanırdı.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |