"Varid Fərzəlibəyov" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Ailəsi) |
(→Ailəsi) |
||
Sətir 74: | Sətir 74: | ||
===Ailəsi=== | ===Ailəsi=== | ||
− | [[Fayl:Varid Fərzəlibəyov22.jpg|350px|thumb| | + | [[Fayl:Varid Fərzəlibəyov22.jpg|350px|thumb|Varid Fərzəlibəyovun ailəsi; soldan sağa: '''''Rövşən Mustafayev''' (Qızı Aytənin həyat yoldaşı), '''Aytən Mustafayeva''' (qızı), '''Fuad Fərzəlibəyov''' (oğlu), '''Mədinə Fərzəlibəyova''' (Fuadın həyat yoldaşı), '''Hicran Fərzəlibəyova''' (Varid Fərzəlibəyovun həyat qoldaşı), [[Ayşən Mustafazadə|'''Ayşən Mustafazadə''']] (Aytənin qızı), '''Ayan Mustafazadə''' (Aytənin qızı), '''Fərid Fərzəlibəyov''' (Fuadın oğlu)''.]] |
Atası Nəsibbəy Nuxada tanınmış diş həkimi idi. Ailədə beş bacı, iki qardaş olublar. | Atası Nəsibbəy Nuxada tanınmış diş həkimi idi. Ailədə beş bacı, iki qardaş olublar. |
00:34, 23 mart 2023 versiyası
Varid Fərzəlibəyov | |
---|---|
Fərzəlibəyov Varid Nəsib oğlu | |
Varid Fərzəlibəyov. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyul 1933 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 23 mart 1999 (65 yaşında) |
Vəfat yeri | Bakı |
Dəfn yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Hicran |
Uşaqları | Aytən və Fuad |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, energetika fakültəsi |
Varid Fərzəlibəyov (1933–1999) — tanınmış ixtiraçı-mühəndis, həvəskar tarzən, bas tarının (bəm tarın) yaradıcısı. Sənətkarlıq və tətbiqi sənətə xüsusi maraq göstərdiyindən ağac oyma sənəti sahəsində də tanınmışdır. Layihələndirdiyi və ağacdan hazırladığı bir sıra suvenirlər Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən suvenir fabrikində kütləvi şəkildə istehsal olunub.
Haqqında məlumatlar
2 iyul 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
M.F.Axundov adına Nuxa şəhər 2 №-li orta məktəbini bitirib.
M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
30 il “Azərelektroişıq” istehsalat birliyinin laboratoriya müdiri vəzifəsində çalışıb.
Yaradıcılığı
1962-ci ildə yeni bir musiqi alətini – bas tarını (bəm tarı)[1] ixtira edib. Azərbaycan Dövlət Konservatoriyasında İ.Hacıbəyov, Ə.Abbasov, C.Hacıyev, Ə.Bakıxanov, H.Xanməmmədovun iştirakı ilə təşkil olunmuş komissiya bu ixtiraya yüksək qiymət veriblər.
1966-cı ildə bu alətə görə SSRİ miqyasında patent alıb[2]. Bas tarını Sadıqcanın tarından fərqləndirən odur ki, çanağın içindəki arakəsmədə alətin səs tembrini (səs çalarını) dəyişdirən diafraqmalı dəlik var və tarın qoluna birləşən çanaq üstü açıqdır. Bas tarı quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır.
Yaradıcılığından nümunələr
Vəfatı
23 mart 1999-ci il tarixdə – 65 yaşında, Bakıda vəfat edib. Keşlə qəbiristanlığında dəfn olunub.
Ailəsi
Atası Nəsibbəy Nuxada tanınmış diş həkimi idi. Ailədə beş bacı, iki qardaş olublar.
Varid Fərzəlibəyov Nuxada aqronom Qəni Hüseynov və pedaqoq Tahirə Əkbərovanın qızı Hicranla ailə qurmuş, bir qızı və bir oğlu olmuşdur;
- qızı Aytən Tibb Universitetinin məzunudur və Bakı klinikalarının birində həkim işləyir, Bəxtiyar Mustafayevin nəvəsi Rövşənə ərə gedib, Ayşən və Ayan adlı iki qızı var.
- oğlu Fuad Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur, diplomatik işdə çalışır, iki oğlu var.
İstinadlar
Ədəbiyyat
- Əlisoy V. Bas-tarı Varid Fərzəlibəyov icad edib // Min bir mahnı : qəzet. — 25 noyabr 2002. — № 16. — Səh. 8-9.
- Məmmədov Ə., Xalıqov F. Fərzəlibəyov Varid // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 138-142. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Bas tar və ya Bəm tar : [arx. 25 Nov 2018 - 30 Mar 2022] // Muğam Ensiklopediyası. — Müraciət tarixi: 22.03.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- V
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar
- 1933-cü ildə doğulanlar
- 2 iyulda doğulanlar
- İyulda doğulanlar
- 23 martda vəfat edənlər
- Martda vəfat edənlər
- 1999-cu ildə vəfat edənlər
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr