"Nurməmməd Quliyev" səhifəsinin versiyaları arasındakı fərqlər
(50278 dəyişikliyi Aydinsalis (Müzakirə) tərəfindən geri qaytarıldı.) Teq: Undo |
|||
Sətir 7: | Sətir 7: | ||
|şəklin izahı = Nurməmməd Quliyev. | |şəklin izahı = Nurməmməd Quliyev. | ||
|titul_2 = Azərbaycan SSR Daxili İşlər Nazirliyi baş idarəsinin rəisi və daxili işlər nazirinin müavini | |titul_2 = Azərbaycan SSR Daxili İşlər Nazirliyi baş idarəsinin rəisi və daxili işlər nazirinin müavini | ||
− | | | + | | bayraq_2 = COA Azerbaijan SSR.png |
− | | | + | | bayraq2_2 = Flag of Azerbaijan SSR.svg |
|dövr əvvəl_2 = 1954 | |dövr əvvəl_2 = 1954 | ||
|dövr son_2 = | |dövr son_2 = | ||
|titul = Azərbaycan SSR DTK sədrinin müavini | |titul = Azərbaycan SSR DTK sədrinin müavini | ||
− | | | + | | bayraq = COA Azerbaijan SSR.png |
− | | | + | | bayraq2 = Flag of Azerbaijan SSR.svg |
|dövr əvvəl = 1946 | |dövr əvvəl = 1946 | ||
|dövr son = 1954 | |dövr son = 1954 |
13:59, 22 aprel 2023 versiyası
Nurməmməd Quliyev | |||||||
---|---|---|---|---|---|---|---|
Quliyev Nurməmməd Həsən oğlu | |||||||
Nurməmməd Quliyev. | |||||||
|
|||||||
|
|||||||
Doğum tarixi | 1905 | ||||||
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası | ||||||
Vəfat tarixi | 1979 | ||||||
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||
Dəfn yeri | Fəxri Xiyaban, Bakı | ||||||
Təltifləri |
Nurməmməd Quliyev (1905–1979) — Ümumittifaq Səhmdarlar Cəmiyyəti Xarici Turizm İdarəsinin başçısı. Daha əvvəllər Azərbaycan SSR daxili işlər nazirinin müavini, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini və digər məsul vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar
1905-ci ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1930-cu ilin sentyabr ayında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Zaqatala-Şəki mahalı komitəsinin qərarı ilə Bakıya – Kənd Təsərrüfatı İnstitutuna oxumağa göndərilsə də, az sonra Baş Siyasi İdarəyə daimi işə götürülməsi ilə əlaqədar olaraq təhsilini davam etdirməmişdir.
Əmək və xidməti fəaliyyəti
1920 – 1924-cü illərdə bir sıra idarələrdə işləyib.
1924 – 1930-cu illərdə əvvəlcə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Nuxa/Şəki qəza komitəsində, sonra Nuxa şəhər komitəsində, daha sonra isə Zaqatala-Şəki mahalı komitəsində kargüzar, şöbə katibi, ümumi şöbə müdiri, daxili işlər müdiri və məxfi hissə müdiri vəzifələrində çalışıb.
1941-ci ildə İrana xidməti ezamiyyətə göndərilib.
1943 – 1945-cı illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Təbrizdəki nümayəndəsi, Pəhləvi şəhərində SSRİ Ticarət Nümayəndəliyi rəhbərinin müavini, Qəzvin şəhərində “İransovneft” İran-SSRİ Assosiasiyasında şöbə müdiri, SSRİ-nin Təbrizdəki Baş Konsulluğunda vitse-konsul vəzifələrini tutub.
1945 – 1947-ci illərdə SSRİ-nin Təbrizdəki Baş Konsulluğunda vitse-konsul vəzifəsində çalışıb[1]. Bu illərdə Seyid Cəfər Pişəvəri və Qulam Yəhya ilə birlikdə İran ərazisində yaranmış Azərbaycan Demokratik Respublikasının rəhbərlərindən biri olub. İranda xidmətlərinə görə polkovnik rütbəsi alıb, İranın bir çox görkəmli şəxslərinin həyatını xilas edib Bakıya köçürülməsində yaxından iştirak edib.
1946 – 1954-cü illərdə Azərbaycan SSR DTK sədrinin müavini,
1954-cü ilin yanvr ayından Azərbaycan SSR Daxili İşlər Nazirliyi baş idarəsinin rəisi və eyni zamanda daxili işlər nazirinin müavini[qeyd 1],
1963 – 1979-cu illərdə Ümumittifaq Səhmdarlar Cəmiyyəti Xarici Turizm İdarəsinin başçısı vəzifəsində çalışıb.
Mükafatları
- “Şərəf nişanı” ordeni (06.02.1942);
- “Qırmızı ulduz” ordeni;
- medallar,
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı.
Vəfatı
1979-cu ildə vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.
Qeydlər
- ↑ 1955-ci ilin may ayında bu vəzifəyə general-mayor Teymur Bünyadov təyin olunub.
İstinadlar
Ədəbiyyat
- НКВД – МВД Азербайджанской ССР : Заместители начальника УНКВД – министра: : [arx. 7 Mar 2011 - 16 Jul 2020] : [rus.] // История отечественных спецслужб и правоохранительных органов. — Müraciət tarixi: 11.10.2021.
- КГБ Азербайджанской ССР : Заместители председателя: : [arx. 24 Oct 2010 - 14 Jan 2021] : [rus.] // История отечественных спецслужб и правоохранительных органов. — Müraciət tarixi: 11.10.2021.
- Кулиев Нур-Мамед Гасан-оглы : Орден «Знак Почета» : [arx. 23.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 23.07.2021.# Кулиев Нурмамед : [arx. 6 Aug 2016 - 6 Jul 2020] : [rus.] // [ttp://www.knowbysight.info Справочник по истории Коммунистической партии и Советского Союза 1898 - 1991]. — Müraciət tarixi: 23.01.2022.
- Məmmədov Ə., Xalıqov F. Quliyev Nurməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 341-342. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Məmmədov Ə., Xalıqov F. Quliyev Nurməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 242-243. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- N
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış hərbçilər
- Şəkidən çıxmış diplomatlar
- 1905-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1979-cu ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- "Şərəf Nişanı" ordeni laureatları
- "Qırmızı Ulduz" ordeni laureatları
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə