"Azad Cəfərli" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 58: | Sətir 58: | ||
22 fevral 2021-ci il tarixindən 1 mart 2023-cü il tarixədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb. | 22 fevral 2021-ci il tarixindən 1 mart 2023-cü il tarixədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb. | ||
− | + | 14 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub. | |
===Digər=== | ===Digər=== |
00:59, 5 iyul 2023 versiyası
Azad Cəfərli | |||||||
---|---|---|---|---|---|---|---|
Azad Məhyəddin oğlu Cəfərli | |||||||
Azad Cəfərli. | |||||||
|
|||||||
Sələfi | Zakir Sultanov | ||||||
Doğum tarixi | 1 fevral 1978 | ||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||
Vətəndaşlığı | SSRİ→ Azərbaycan | ||||||
Atası | Cəfərov Məhyəddin Camaləddin oğlu | ||||||
Təhsili | M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti, bakalavriat (1994−1999) və magistratura (1999−2001) | ||||||
Elmi dərəcəsi | L.L.M. | ||||||
facebook səhifəsi |
Azad Cəfərli — humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri.
Haqqında məlumatlar
1 fevral 1978-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1994 − 1999-cu illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə bakalavr,
1994 − 1999-cu illərdə isə beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb;
“İşğal olunmuş ərazilərdə mədəni sərvətlərin qorunması” mövzusunda diplom müdafiəsi edib.
Beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsində bir sıra kurslarda iştirak edib və bir sıra təlimlərə qatılıb.
Əmək fəaliyyəti
1999-cu ildən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb; o cümlədən,
2004 – 2008-ci illərdə Azərbaycanın BMT-nin Cenevrə bölməsi yanındakı Daimi Nümayəndəliyində,
2008 – 2012-ci illərdə Xəzər dənizinin hüquqi statusu, dəniz ətraf mühitinin qorunması, insan hüquqları və digər sahələrdə çalışıb.
2012 – 2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri,
2016 – 2021-ci illərdə Aparatının rəhbəri olub.
22 fevral 2021-ci il tarixindən 1 mart 2023-cü il tarixədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb.
14 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.
Digər
17 noyabr 2022-ci il tarixdə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyin edilib.
Elmi və pedaqoji fəaliyyəti
Cenevrə İnsan hüquqları Akademiyasının Beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi (L.L.M.) dərəcəsini alıb.
Beynəlxalq hüquq və dövlət xidmətlərinin göstərilməsi mövzusunda bir sıra məqalələrin müəllifidir.
“Qərb” Universitetində, ADA Universitetində və “ASAN xidmət”in Təlim mərkəzində beynəlxalq hüquq, danışıqların aparılması, dövlət xidmətlərinin göstərilməsi konsepsiyası üzrə qabaqcıl təcrübə mövzularında yerli və əcnəbi dinləyicilərə mühazirələr oxuyub.
Ailəsi
Əslən (həm ata və həm də ana tərəfdən) Şəkidəndir. Atası Məhyəddin Cəfərov vaxtilə Əmircan qəsəbə sovetinin sədri olmuşdur. Əmisi Nurəddin Cəfərov (1933–2007) isə yeraltı hidroqazodinamika, neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış mütəxəssis, texnika elmləri doktoru, AMEA Geologiya İnstitutunun elmi məsləhətçisi idi.
Ədəbiyyat
- Rəhbərlik : Cəfərli Azad Məhyəddin oğlu // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəsmi saytı. — Müraciət tarixi: 29.08.2021.
- Azad Cəfərli kimdir? : [arx. 04.03.2021] // “İki sahil” qəzetinin saytı. — 2021. — 22 fevral. — Müraciət tarixi: 29.08.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |