"Səadət Zeynalova" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 135: | Sətir 135: | ||
==İstifadə edilmiş mənbələr== | ==İstifadə edilmiş mənbələr== | ||
*[http://www.science.gov.az/forms/doktora-nauk-kafedryi-inostrannyih-yazyikov/2366 Xarici Dillər kafedrasının elmlər doktorları/Zeynalova Səadət Məmməd qızı (www.science.gov.az)]. | *[http://www.science.gov.az/forms/doktora-nauk-kafedryi-inostrannyih-yazyikov/2366 Xarici Dillər kafedrasının elmlər doktorları/Zeynalova Səadət Məmməd qızı (www.science.gov.az)]. | ||
− | *{{ŞAZ|Зейналова ( | + | *{{ŞAZ|Зейналова (Рашидова) Саадат Мамед кызы|560 – 562}} |
{{Yaxşı məqalə}} | {{Yaxşı məqalə}} |
21:43, 11 iyun 2020 versiyası
Səadət Zeynalova | |
---|---|
Zeynalova (Rəşidova) Səadət Məmməd qızı | |
Səadət Zeynalova | |
Səadət Zeynalova | |
Doğum tarixi | 16 iyun 1954 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | german dilləri, türk dilləri |
İş yeri | AMEA, Rəyasət Heyətinin nəzdində Xarici dillər kafedrası |
Elmi dərəcəsi | filologiya üzrə elmlər doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu |
Səadət Zeynalova (Zeynalova (Rəşidova) Səadət Məmməd qızı; d. 16 iyun 1954, Nuxa, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı alim, filologiya üzrə elmlər doktoru, AMEA Rəyasət Heyətinin nəzdində Xarici dillər kafedrasının professoru.
Haqqında məlumatlar
1954-cü ildə Nuxada anadan olub.
1961-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
1973 – 1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun alman dili fakültəsində ali təhsil alıb.
1979 – 1984-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun aspiranturasında german dilləri üzrə aspirant təhsili alıb.
1986-cı ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
1996-cı ildə dosent elmi adını alıb.
2011-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
2014-cü ildə professor elmi adını alıb.
1 doktorant və 1 dissertantın elmi rəhbəridir.
Azərbaycanda və digər ölkələrdə nəşr olunmuş 70-ən çox elmi əsərin, 1 monoqrafiya, 2 dərs vəsaitinin (alman dilində) və 5 dərs proqramın müəllifidir.
Alman dilində çap olunmuş 3 sənədlər toplusunun, 1 kataloqun tərtibcisi, həmmüəllifi və tərcüməçisidir. O cümlədən, Yaqub Mahmudovun «İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi» (alm. DAS KHANAT IREVAN: Russische Invasion und Umsiedlung der Armenier in die nordaserbaidschanischen Gebiete. Baku: Gesellschaftliche Vereinigung der aserbaidschanischen Historiker 2019, 592 S.) və «Real tarix və “Böyük Ermənistan” uydurması» (alm. DIE WAHRE GESCHICHTE und die Fiktion über "Großarmenien". Baku: Turkhan, 2020) kitablarının alman dilinə tərcüməçisi və korrektorudur.
Əvvəlki əsas iş yerləri və elmi-pedaqoji fəaliyyəti
- AEA-nın Rəyasət Heyətinin nəzdindəki Xarici dillər kafedrası, alman dili üzrə müəllim, baş müəllim, dosent (02/1987 – 09/2005);
- AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun German və roman dilləri elm-tədris sektorunun tədris-tədqiqat şöbəsinin dosenti (09/2005 – 12/2008);
- AMEA-nın Rəyasət Heyətinin nəzdindəki Xarici dillər kafedrasının dosenti (01/2009 – 07/2012);
- AMEA-nın Rəyasət Heyətinin nəzdindəki Xarici dillər kafedrasının professoru (07/2012 – 10.02.16);
- AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Tərcümə və nəşriyyat işləri şöbəsinin aparıcı elmi işçisi (0,5 ştat) və AFR-in Xarici İşlər Nazirliyinin Siyasi, Federal və Prussiya Mədəni İrsi Məxfi Dövlət arxivlərində tədqiqat işləri aparan AMEA Tarix İnstitutunun “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi üzrə təşkil olunmuş elmi işçi qrupun rəhbəri (09/2012 – 09/2017);
- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Humanitar və ictimai elmlər şöbəsində baş məsləhətçi (03/2016 – 08/2016);
- AR Prezidenti yanında AAK, Humanitar və ictimai elmlər şöbəsinin müdir müavini, – 1-ci dərəcəli dövlət qulluqçusu ixtisası (08/2016 – 03.07.2017);
- AR Prezidenti yanında AAK, İnformatika və analitik tədqiqatlar şöbəsinin müdir müavini, – 1-ci dərəcəli dövlət qulluqçusu ixtisası (03/2017-01.11.2018).
Əlavə məlumatlar
- Qərb Universiteti, Xarici dillər kafedrası, dosent (əvəzç.) (09/1992 – 07/1993);
- Azərbaycan Dillər Universiteti, Alman dilinin fonetikası, qrammatikası və dil tarixi kafedrasının dosenti (0,5 ştat) (09/1994 – 07/1997);
- AFR, Berlin, Aleksandr fon Humboldt Fondunun laureatı. V. fon Humboldt Universiteti, Alman Dili və Linqvistika İnstitutu; Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzində dəvət olunmuş professor (birgə layihə işlərinin yerinə yetirilməsi, doktorluq dissertasiyasının müasir metodlarla tədqiqi) (07/1997 – 03/1999);
- Azərbaycan Dövlət Neft Akademiyası, AFR-in Siegen Universitetinin maşınqayırma fakültəsinin dosenti (müqavilə) (02/2004 – 06/2006);
- AzərTAC-ın xarici dillərdə informasiya baş redaksiyasının alman dili bölməsinin müdiri (müqavilə) (09/2010-10/2011);
- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya üzrə ekspert şurasının üzvü (03/2011 – 03/2014);
- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya üzrə ekspert şurasının sədr müavini (03/2014 – 03/ 2016).
- Berlin, Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzi; V.fon Humboldt-Universiteti, Alman Dili və Linqvistika İnstitutu (3 ay) DAAD (Alman Akademik Mübadilə Xidmətinin) elmi qrantı, dəvət olunmuş professor (10/1995 – 01/1996);
- Berlin, V. fon Humboldt Universitetinin Alman Dili və Linqvistika İnstitutu; Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzi. AFR, Aleksandr fon Humboldt Fondunun laureatı. Birgə elmi layihələrdə iştirak üçün və doktorluq dissertasiyası ilə bağlı müasir eksperimental-fonetik tədqıqatların aparılması üçün dəvət olunmuş professor (1 il 9 ay) (07/1997 – 03/1999);
- Berlin, V.fon Humboldt-Universitetinin Alman Dili və Linqvistika İnstitutu; Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzi. AFR, AvH-Fondunun fərdi elmi qrantı (3 ay), dəvət olunmuş professor (07/2002 – 09/2002);
- Potsdam Universiteti, Germanistika İnstitutu Münhen Universiteti, Fonetika və Dil Kommunikasiya İnstitutu, Digital səslərin tədqiqatı kafedrası Berlin, Azad Universiteti, German və Niderland Filologiyası İnstitutu DAAD-nin 2-ci fərdi elmi qrantı (3 ay), dəvət olunmuş professor (08/2003 – 10/2003);
- Vyana Universiteti, İndogermanistika İnstitutu (dövlətlərarası müqavilə əsasında; 1 ay, dəvət olunmuş professor (06/2004);
- Berlin, Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzi. AFR-in AvH-Fondunun dəstəyi ilə işgüzar səfər (1 ay) (08/2004)
- Vyana, Avstriya Elmlər Akademiyası, Səslərin Tədqiqatı İnstitutu (dövlətlərarası müqavilə əsasında; 3 ay, dəvət olunmuş professor (06/2006 -08/2006);
- Berlin, V. fon Humboldt Universitetinin Alman Dili və Linqvistika İnstitutu (1 ay ) AvH-Fondunun dəstəyi ilə işgüzar səfər (09/2006);
- Leypsiq Universiteti, Linqvistika İnstitutu. Berlin Azad Universiteti, Türkologiya İnstitutu Berlin, V. fon Humboldt Universiteti, Alman Dili və *Linqvistika İnstitutu. DAAD-nin 3-cü fərdi elmi qrantı (3 ay), dəvət olunmuş professor (08/2008 -10/2008);
- Berlin, V. fon Humboldt-Universitetinin Alman Dili və Linqvistika İnstitutu (1 ay), AFR-in AvH-Fondunun dəstəyi ilə işgüzar səfər (09/2010); *Berlin, Azad Universiteti, Türkologiya İnstitutu, Berlin, V.fon Humboldt Universiteti, Alman Dili və Linqvistika İnstitutu DAAD-nin 4-cü fərdi elmi qrantı (3 ay), dəvət olunmuş professor (06/2011-09/2011);
- Berlin,V.fon Humboldt-Universitetinin Alman Dili və Linqvistika İnstitutu. AFR, AvH-Fondunun dəstəyi ilə işgüzar səfər (1 ay) (09-10/2011);
- Berlin, V.fon Humboldt-Universitetinin Alman Dili və Linqvistika İnstitutu. AFR, AvH-Fondunun dəstəyi ilə işgüzar səfər (1 ay) (10/2012);
- AFR-in Xarici İşlər Nazirliyinin Siyasi, Federal və Prussiya Mədəni İrsi Məxfi Dövlət arxivlərində AMEA Tarix İnstitutunun Dövlət Proqramı çərçivəsində tədqiqat işlərini aparan elmi işçi qrupun rəhbəri (11/2012);
- AFR-in Xarici İşlər Nazirliyinin Siyasi və Federal arxivlərində AMEA Tarix İnstitutunun Dövlət Proqramı çərçivəsində tədqiqat işlərini aparan elmi işçi qrupun rəhbəri (04/2013; 10/2013);
- Berlin V.fon Humboldt-Universitetinin Alman Dili və Linqvistika İnstitutu. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun “3-cü Mobillik qrantı” müsabiqəsinin qalibi (1 ay) (04/2013; 10/2013);
- Berlin, AFR-in Xarici İşlər Nazirliyinin Siyasi, Federal arxivlərində AMEA Tarix İnstitutunun Dövlət Proqramı çərçivəsində tədqiqat işlərini aparan elmi işçi qrupun rəhbəri (02/2015; 07/2015);
- Köln Universiteti. Alman Dili və Ədəbiyyatı İnstitutu. DAAD-nin 5-ci fərdi elmi qrantı (3 ay), dəvət olunmuş professor (07/2015-09/2015);
- Berlin, AFR-in Xarici İşlər Nazirliyinin Siyasi arxivində AMEA Tarix İnstitutunun Dövlət Proqramı çərçivəsində tədqiqat işlərini aparan elmi işçi qrupun rəhbəri(09/2017);
- Berlin, AFR, Freie Universität, German və Niderland Filologiyası İnstitutu AvH-Fondunun dəstəyi ilə işgüzar səfər (1 ay)(08/2018 – 09/2018);
- Berlin, AFR, Azad Universiteti, Türkologiya İnstitutu DAAD-nin 6-ci fərdi elmi qrantı (3 ay), dəvət olunmuş professor (07/2019-09/2019);
- AFR-in Xarici İşlər Nazirliyinin Siyasi arxivində AMEA Tarix İnstitutunun Dövlət Proqramı çərçivəsində tədqiqat işlərini aparan elmi işçi qrupun rəhbəri (12/2019).
- İVG: Ümümdünya Germanistlər Birliyinin üzvü (Varşava) (2007- 2010);
- İVG: Ümümdünya Germanistlər Birliyinin üzvü (Şanxay) (2011-2015) ;
- İVG: Ümümdünya Germanistlər Birliyinin üzvü (Palermo) (2016-2021).
- DAAD - Alman Akademik Mübadilə Xidməti − Bonn, Berlin, Potsdam, Leypsiq, Münhen, Köln (1995, 2003, 2008, 2011, 2015, 2019)
- Aleksandr fon Humboldt Fondunun laureatı − Bonn, Berlin (1997-1999, 2002, 2004, 2006, 2010, 2011, 2012, 2018 )
- Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun “3-cü Mobillik qrantının”qalibi − 2014 (Berlin)
- Avstriya Elmlər Akademiyası. Vyana Universiteti – Vyana (2004, 2006).
Ailəsi
Ailəlidir, iki övladı var.
Rəşidovların nəsil şəcərəsi
Rəşidovların nəsil şəcərəsi
Telli bəyim Cəfər ağa qızı Şəkixanova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mirzə Həmid bəy (polkovnik) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid bəy | Mürsəl bəy | Mələksima (Qönçə) | İsmayıl Rəşidov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid | Mirzə Həmid | Münəvvər Rəşidova (Qaragözova) | Məmməd İsmayıl oğlu Rəşidov | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Məmməd Rəşidov (1916–1988).
Əhməd Rəşidov (1918–1982).
Səyyarə Rəşidova (1923–1996).
Tofiq Kazımov (1947–2009).
İstifadə edilmiş mənbələr
- Xarici Dillər kafedrasının elmlər doktorları/Zeynalova Səadət Məmməd qızı (www.science.gov.az).
- Məmmədov Ə., Xalıqov F. Zeynalova Səadət // Şəki: Alim və ziyalılar. — Bakı. — 2 cilddə. — Səh.: 560 – 562.