Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının akademik məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Şəki xan sarayı" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 349: Sətir 349:
  
 
{{Yoxlanılmış məqalə}}
 
{{Yoxlanılmış məqalə}}
 +
 +
{{Akademik məqalə}}
  
 
[[en:Palace of Shaki Khans]][[fr:Palais des Khans de Chaki]][[de:Khanspalast von Şəki]][[ru:Дворец шекинских ханов]][[es:Palacio de los Kanes de Şəki]][[ar:قصر الملوك في شاكي]][[tr:Şeki Hanları Sarayı]] [[fa:کاخ خانان شکی]] [[az:Şəki xan sarayı]][[ka:შაქის ხანების სასახლე]][[hy:Շաքիի խաների պալատ]]
 
[[en:Palace of Shaki Khans]][[fr:Palais des Khans de Chaki]][[de:Khanspalast von Şəki]][[ru:Дворец шекинских ханов]][[es:Palacio de los Kanes de Şəki]][[ar:قصر الملوك في شاكي]][[tr:Şeki Hanları Sarayı]] [[fa:کاخ خانان شکی]] [[az:Şəki xan sarayı]][[ka:შაქის ხანების სასახლე]][[hy:Շաքիի խաների պալատ]]

17:41, 29 aprel 2024 versiyası

Tarixi abidə
Şəki xan sarayı
Məhəmmədhəsən xan divanxanası
Şəki xan sarayı.jpg
Ölkə Azərbaycan
Şəhər Şəki
Arxitektura üslubu İran memarlığı
Memar şirazlı Hacı Zeynalabdul (Xadali Zeynalabdin)
Banisi Məhəmmədhəsən xan
İlk xatırlanma 1789/1790
Təməlinin qoyulması
tarixi
1789/1790
Xronologiya:
1789/1790 — Saray tikilir
1848 – 1851 — restavrasiya
aprel/may 1825 — sarayda yanğın
1848 – 1851 — restavrasiya
1955 – 1965 — restavrasiya
24 oktyabr 2001 — UNESCO Ümumdünya irsinə namizədlər
siyahısına salınıb

2002 — restavrasiya
7 iyul 2019 — UNESKO-nun Ümumdünya İrs
Siyahısına daxil edilib

19 iyul 2019 — Sarayın qarşısındakı
200-ə yaxın yaşı olan ağacın budağının
qəflətən qırılaraq yerə düşməsi
nəticəsində 19 nəfər müxtəlif dərəcəli xəsarət alıb
xəsarət alanlardan biri 3 gün sonra xəstəxanada vəfat edib.

Status muzey
Hündürlük 10 m
Sarayın birinci və ikinci mərtəbələrinin planı[1].
Sarayın birinci və ikinci mərtəbələrinin planı[1].
Şəki xan sarayı (Yuxarı Baş)
Red pog.png
Koordinatlar 41°12′16″N 47°11′54″E / 41.204444°N 47.198333°E / 41.204444; 47.198333 Map marker.svg41°12′16″N 47°11′54″E / 41.204444°N 47.198333°E / 41.204444; 47.198333

Şəki xan sarayı (Məhəmmədhəsən xan divanxanası) — Şəkidə“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində beynəlxalq əhəmiyyətli tarixi mədəniyyət abidəsi, Şəki xanlığının keçmiş divanxanası, hal-hazırda muzey kimi fəaliyyət göstərir.

Tikintisinin başlanması tarıxi 1789/1790-cı ildir, İran memarlığı üslubunda[2][3] inşa edilib, şəhərin şimal-şərq tərəfində – şəhərin tarixi ərazisində yerləşir və qala divarları ilə əhatə olunur.

İki mərtəbəli, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarət olmaqla 300 m2 sahəyə malikdir. Ön – cənub, tərəfdən fasadı həndəsi və nəbati oyma naxışlarla bəzədilib. Bütün pəncərələri rəngli şüşələrdən yığılmış şəbəkə şəklindədir. Xalq yaşayış binalarının xüsusiyyətlərini də özündə əks etdirir.

Binanın birinci və ikinci mərtəbələrinin divarlarının hörgüsündə fərqli tikinti materiallarından və fərqli hörgü metodlarından istifadə edilməsinə, mərtəbələrarası əlaqənin olmamasına əsasən hesab edilir ki, sifarişçi sarayın əvvəlcə birmərtəbəli olmasını istəmiş, yaxud sarayı birmərtəbəli olaraq inşa etdirmiş, lakin sonradan fikrini dəyişərək ikinci mərtəbənin də tikilməsinə göstəriş vermişdir[4].

Qafqazın ən yaxşı XVIII əsr saray arxitekturası nümunələrindən[5] və İslam şərqinin incilərindən biri hesab olunur[6]. 7 iyul 2019-cu il tarixdə UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Şəkinin tarixi mərkəzi ilə birlikdə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib[7].

Məhəmmədhəsən xan divanxanasının ilk təsviri

1819-cu ildə Şəki xanlığının ləğv olunmasının ardınca Rusiya İmperiyasının Gürcüstandakı baş komandanı Aleksey Yermolovun göstərişinə əsasən general-mayor Fyodr Axverdov və dövlət müşaviri (rus.: статским советник) Moqilyovski “Şəki əyalətinin təsviri”ni hazırlamışdılar. Təsvirə IX Yeger polkunun mayoru Lisaneviçin tərtib etdiyi və dövlət müşaviri Moqilyovski tərəfindən təsdiq olunmuş “Nuxa şəhərində və onun kənarında xana aid tikililər və digər müəssisələr haqqında” raport da daxil idi. Raport indiki Xan sarayının Məhəmmədhəsən xan tərəfindən tikilməsi, xan üsuli-idarəsi dövründə “Divanxana”, sonra isə “Şəhər məhkəməsi” adlanması barədə məlumatlarla başlayır, sonra sarayın və ətrafındakı tikililərin vəziyyəti raportda geniş təsvir olunur[8].

Tikildiyi il

Məhəmmədhəsən xan divanxanasının tikilməyə başlanması tarixi yalnız maddeyi-tarixlərdə qeyd olunub; AMEA Əlyazmalar İnstitutunda Fr-1318/7464 şifrəsi altında saxlanılmaqda olan farsca maddeyi-tarixlər siyahısından ibarət üç ayrı-ayrı anonim əlyazmadan ikisində “Məhəmmədhəsən xanının şahnişin olmuş divanxanasının tikilməyə başlanması tarixi – 1207”-ci hicri ili (1789/1790) olaraq göstərilir[9][qeyd 1].

1846-cı ilin “Kafkaz” qəzetində (№24) dərc olunmuş “Nuxa” adlı məqalənin əvvəlində sarayın tikintisinin 1790-cu ildə, məqalənin sonunda isə 1797-ci ildə başa çatdığı göstərilir[10]. Britannik Ensiklopediyasının 1911-ci il nəşrində 1790-cı il Şəki xan sarayının tikintisinin başa çatması tarixi kimi təqdim olunur[11]. Rus etnoqrafı İosif Seqalın 1902-ci ildə çap olunmuş kitabında isə Şəki xan sarayının tikintisinin başa çatma tarixini 1797-ci il olaraq göstərilib[12]. İosif Seqalın göstərdiyi 1797-ci il tarixini azərbaycanlı tədqiqatçılarından Mikayıl Useynov və Kamil Məmmədzadə, müvafiq olaraq 1963 və 1983-cü ildə çap olunmuş kitablarında “daha doğru” tarix hesab ediblər[13][14].

Memarı

1846-cı ilin “Kafkaz” qəzetində sarayın memarının adı “Şiraz sakini Xadali Zeynalabdin”, İosif Seqalın kitabında isə “Şiraz sakini Hacı Zeynalabdul” kimi göstərilir[qeyd 2]. Lakin XX əsrin ortalarından etbarən, azərbaycanlı tədqiqatçılar Məhəmmədhəsən xan divanxanası ilə “Hüseyn xan imarəti”ni qarışdırmağa başladılar[qeyd 3].

XIX əsrdə və XX əsrin əvvəllərində bərpaçı usta və nəqqaşları

Müxtəlif illərdə Şəki xan sarayında təmir və bərpa işlərini həyata keçirmiş nəqqaş və ustalar sarayın divarlarında öz adlarını da həkk etməyi unutmurdular; sarayın divarlarında 1841 – 1851-ci illərdə bərpa işlərində iştirak etmiş 5 nəfərin (Əyyub Hacı İbrahim oğlu, Usta Baqi Əli oğlu, Kərbəlayi Hacı Hüseyn Yusif oğlu, Zəkəriyyə Misriyev, Mirzə Gül Əzizov) və XIX əsrin üçüncü rübü – XX əsrin əvvəllərində bərpa işlərində iştirak etmiş 3 nəfərin (Usta Qəmbər Qarabağlı, Qurbanəli, şamaxılı nəqqaş Mirzə Cəfər) adları aşkar olunmuşdur[15]. Adları aşkar olunan şəxslərdən yalnız biri – Usta Qənbər Qarabağlının öz dövrünün digər tikintilərində də nəqqaşlıq etməsi məlumdur; o, Şuşada Mehmandarovların evində oğlu Şükrü və qardaşı Səfərlə birlikdə fəaliyyət göstərmişdi[16]. Leonid Bretaniski və Boris Veymar XIX əsrdə birinci mərtəbədəki otaqların naxışlarının işlənməsində avropalı rəssamların da cəlb olunduğunu yazırlar[17][qeyd 4].

Həmçinin, bax:

Şəki xan sarayının tikilmə tarixi və memarı haqqında A R A Y I Ş

Qeydlər

  1. Üçüncü siyahı 1826-cı ildə verilmiş şəhadətnamənin boş qalmış dördüncü səhifəsinə yerləşdirilib. Həmin əlyazmalarla yaxından tanış olmuş Ədalət Tahirzadə hesab edir ki, üçüncü siyahı Hacı Çələbi əfəndinin yaxın adamı tərəfindən yazılıb və nə vaxtsa hamısı birlikdə, eyni adam tərəfindən Əlyazmalar Fonduna təhvil verilib (Tahirzadə Ə.Ş., 2005, s. 84).
  2. Leonid Bretaniski və Boris Veymar adın yalnız birinci versiyasını – “Şiraz sakini Xadali Zeynalabdin”i göstərirlər (Бретаницкий Л.С., Веймарн Б.В. , 1976).
  3. “Hüseyn xan imarəti”nin tikilmə tarixi barədə Çələbi əfəndi Zari tərəfindən qələmə alınmış bir maddeyi-tarix var; imarətin hicri 1183 (1765/1766)-cü ildə tikildiyi göstərilir. Salman Mümtaz 1925-ci ildə çap olunmuş bir məqaləsində həmin maddeyi-tarixi də vermiş və “Hüseyn xan imarəti”nin Şəkixanovların evi olduğunu, yalnız bir otağının ilkin görkəmində qaldığını göstərmişdir (Salman Mümtaz, 1925). 1958-ci ildə Niyazi Rzayevin “Nuxa fəhləsi” qəzetində dərc olunmuş kiçik məqaləsindən isə aydın olur ki, o, “Hüseyn xan imarəti”ni Şəki xan sarayı hesab edir, Şəki xan sarayının ikinci mərtəbəsindəki salonun tavanında “Ustad Abbasqulu” adını və hicri 1175 (1761/1762) tarixini oxuyub, Ustad Abbasqulunu sarayın memarı kimi görür (Rzayev N., 06.06.1958).
  4. AMEA Əlyazmalar İnstitutunda B-589/10505 şifrəsi altında saxlanılmaqda olan bir əlyazmanın 47-49-cu səhifələrindəki 60 maddeyi-tarixlərdən 38-ci maddeyi-tarixlərdə «Məhəmmədhəsən xan divanxanasının yanma tarixi – ramazan 1240» (Tahirzadə Ə.Ş., 2005, s. 219) göstərilir ki, buna əsasən aydınlaşır ki, 1825-ci ilin aprel – may aylarında Məhəmmədhəsən xan divanxanasında yanğın baş vermişdir. 5 aprel 1852-ci ci il tarixli “Qafqaz” qəzetində dərc olunmuş Divan bəy adlı bil şəxsin məqaləsində, göstərilir ki, 1844—1854-cü illərdə Qafqaz canişini olmuş Mixail Voronsov Şəki xan sarayının birinci mərtəbəsində bərpa işlərinin aparılmasına göstəriş vermişdir (Диван бек, 1852). Çox güman ki, avropalı bərpaçılar məhz Mixail Voronsovun dövründə sarayda bərpa işləri ilə məşğul olublar. Bəzi məlumatlara görə bu dövrdə sarayın bərpasına Məhəmmədhəsən xanın qardaşı oğlu Kərim ağa Şəkixanov rəhbərlik edib (Неймат М.С., 2001, с. 221). Lakin Kərim ağa Şəkixanovun oğlu Mustafa ağa Şəkixanov atasının yalnız Cümə məscidində təmir işləri apardığını yazır, Xan sarayı ilə bağlı isə heç nə yazmayıb. Amma atasının Qafqaz canişini Mixail Voronsovla isti münasibətlərinin olduğunu da qeyd edib (Tahirzadə Ə.Ş, 2005, s. 93). Mümkündür ki Kərim ağa Şəkixanov Şəki xan sarayında bərpa işlərinin aparılmasını Qafqaz canişini Mixail Voronsovdan xahiş etmişdir.

İstinadlar

  1. Аскарова Н. С., 1979.
  2. Palace ot the Khan Hussein, erected in the Persian style in 1760, and subsequently restored (Nukha, 1911).
  3. Sándor Radó, 1928, p. 756.
  4. Дадашев С. А., Усейнов М. А., 1948.
  5. Народы Кавказа: этнографические очерки, 1960.
  6. (George St. George, 1973, s. 276)

    The Sheki Palace is one of the Jewels of the Islamic East, and the only palace which was fully and painstakingly restored to its original state in this part of the world.

  7. UNESCO World Heritage Centre.
  8. Описание Шекинской провинции, 1866.
  9. Tahirzadə Ə.Ş., 2005, s. 217.
  10. (Нуха, 1846, сс. 95-96)
  11. Nukha, 1911.
  12. (Сегаль И. Л., 1902, с. 15)
  13. (Усейнов М. А., 1963, с. 314-316)

    Надписи о времени сооружения дворца не сохранились и в настоящее время наиболее вероятной датой его постройки принято считать 1797 г., который приходится на период правления нухинского хана Мухаммеда Гасан-хана. Во всяком случае дата сооружения дворца ограничивается временем с 1762 по 1797 г.

  14. Мамед-заде К.М., 1983.
  15. Нейматова М.С., 2001.
  16. Аскарова Н. С., 1979.
  17. Бретаницкий Л.С., Веймарн Б.В., 1976.

Ədəbiyyat

  1. Опись: строениям и прочим заведениям ханским в городе Нухе и вне оного: В крепости // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 94.
  2. Нуха // Кавказ. — Тифлис, 1846. — № 24.
  3. Дадашев С. А., Усейнов М. А. Архитектура Азербайджана. — М.: Академии архитектуры СССР, 1948. — С. 20.</ref>.
  4. Nukha / Eddited by Hugh Chisholm. — 1911 Encyclopædia Britannica. — The Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information: The Encyclopædia britannica company, 1911. — 19  cild. — 846 p.
  5. Sándor Radó Guide-book to the Soviet Union. — Neuer deutscher verlag, 1928. — P. 756. — 855 p.
  6. Народы Кавказа: этнографические очерки / Под ред. М. О. Косвена. — Институт этнографии имени Н.Н. Миклухо-Маклая: Издательство Академии наук СССР, 1960. — С. 178.
  7. George St. George Russia. — Лондон: Batsford, 1973. — P. 190. — 276 p.
  8. Six cultural sites added to UNESCO’s World Heritage List (ing.). UNESCO World Heritage Centre (2019). Müraciət tarixi: 7 iyul 2019. Arxivləşdirilib (15 may 2012).
  9. Сегаль И. Л. Елисаветпольская губернии. Впечатления и воспоминания. — Тифлис, 1902. — С. 15.
  10. Усейнов М. А. История архитектуры Азербайджана. — М.: Государственное издательство литературы по строительству, архитектуре и строительным материалам, 1963. — С. 314-316. — 395 с.
  11. Мамед-заде К. М. Строительное искусство Азербайджана. — Баку: Элм, 1983.
  12. Бретаницкий Л.С., Веймарн Б.В. Искусство Азербайджана IV-XVIII веков. — М.: «Искусство», 1976. — 272 с.
  13. Məhəmmədhüseyn xan Müştaq / Salaman Mümtazın redaktəsi ilə. — Azərbaycanı tədqiq və təəbbö cəmiyyəti. — Bakı, 1925.
  14. Rzayev N. Nuxa imarətinin yazıları // Nuxa fəhləsi. — Şəki, 06.06.1958.
  15. Неймат М.С. Корпус эпиграфических памятников Азербайджана / ред. З. М. Буниятов. — Баку: XXI-YNE, 2001. — Т. II : Арабо-персо-тюркоязычные надписи Шеки-Закатальской зоны : ХIV век. — 1.000 экз.
  16. Аскарова Н. С. Дворец шекинских ханов. — М.: Стройиздат, 1979.
  17. Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
  18. Диван бек Вести из Нухи (rus.) // Кавказ. — Тифлис, 05.04.1852. — № 22.

Xarici keçidlər