"Hikmət Ziya" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 3: | Sətir 3: | ||
|Adı = Hikmət Ziya | |Adı = Hikmət Ziya | ||
|Orijinal adı = Əfəndiyev Hikmət Ziya oğlu | |Orijinal adı = Əfəndiyev Hikmət Ziya oğlu | ||
− | |Şəkil = | + | |Şəkil = Hikmət Ziya.png |
− | |Şəkil miqyası = | + | |Şəkil miqyası = |
|Şəkil məlumat = Hikmət Ziya. | |Şəkil məlumat = Hikmət Ziya. | ||
|İlk adı = | |İlk adı = |
Səhifəsinin 12:52, 13 may 2024 tarixinə olan son halı
Hikmət Ziya | |
---|---|
Əfəndiyev Hikmət Ziya oğlu | |
Hikmət Ziya. | |
Doğum tarixi | 13 may 1929 |
Doğum yeri | Nuxa (indiki Şəki), Zaqatala-Şəki mahalı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfatı | 2 avqust 1995 (66 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, jurnalistika şöbəsi (1947–1952) |
Mükafatları |
Hikmət Ziya (1929–1995) — tanınmış şair, tərcüməçi və jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
13 may 1929-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
Ağdam şəhərində 1 saylı orta məktəbi bitirib.
1947 – 1952-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1952 – 1969-cu illərdə “Azərbaycan pioneri” qəzetinin redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri,
1969 – 1984-cı illərdə “Göyərçin” jurnalının redaksiyasında poeziya şöbəsinin müdiri,
1984-cü ildə “Göyərçin” jurnalının redaksiyasında məsul katib vəzifəsində işləyib.
Ədəbi yaradıcılığı[redaktə | HTML redaktə]
1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qeqola” adlı ilk şeiri ilə ədəbi yaradıcılığa başlayıb.
Sonra dövri-mətbuatda vaxtaşırı çıxış edib.
İlk satirik şeirləri, eyni zamanda “Atamın hədiyyəsi” (1957), “Bahar gözəldir, ya qış?” (1959), “Milçək ürəyi” (1960) kitabları “Hikmət Əfəndiyev” adı ilə ilə çap olunub.
“Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulmuş, librettolarına (“Nənəmin nağılı”, “İkilərin sərgüzəştləri”, “Solğun çiçəklər”) və şeirlərinə musiqi bəstələnib.
Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. O, özü də bədii tərcümə ilə məşğul olub, başqa dillərdəki bədii ədəbiyyatı azərbaycan dilinə tərcümə edib. “Mozalan” satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının, “Azərbaycan pioneri” və “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin üzvü olub.
Kitabları[redaktə | HTML redaktə]
- Atamın hədiyyəsi. Bakı: Uşaqgəncnəşr, 1956, 20 səh.
- Bahar gözəldir, ya qış? Bakı: Uşaqgəncnəşr, 1959, 27 səh.
- Milçək ürəyi. Bakı: Azərnəşr, 1960, 46 səh.
- Şeirlər və təmsillər. Bakı: Azərnəşr, 1963,64 səh.
- Ulduzların söhbəti. Bakı: Azərnəşr, 1964, 51 səh.
- Qısa təmsillər. Bakı: Azərnəşr, 1965, 55 səh.
- Xatirə. Bakı: Azərnəşr, 1966, 101 səh.
- Tülkü arayışında. Bakı: Gənclik, 1967, 67 səh.
- Buludlar. Bakı: Gənclik, 1968, 57 səh.
- Mənim dovşanım. Bakı: İşıq, 1970, 26 səh.
- Qısqanc qarışqa. Bakı: Gənclik, 1971, 87 səh.
- Günəş və ləkələr. Bakı: Azərnəşr, 1972, 67 səh.
- Leylək yuvası. Bakı: Gənclik, 1973, 121 səh.
- Mənim misralarım. Bakı: Gənclik, 1975, 139 səh.
- Qardaşlar ovda. Bakı: Gənclik, 1978, 143 səh.
- Qərib cinlər diyarında. Bakı: Gənclik, 1980, 134 səh.
- Təmsillər. Bakı: Yazıçı, 1982, 237 səh.
- İlin balaları. Bakı: Gənclik, 1983, 126 səh.
- Qardaşlığın qüdrəti (Bəstəkar M.Mirzəyevlə şərikli). Bakı: İşıq, 1983, 65 səh.
- Təmsillər. Bakı: Gənclik, 1985, 120 səh.
- Ömrümün payı. Bakı: Yazıçı, 1986, 235 səh.
- Vətənim mənim. Bakı: Gənclik, 1988, 120 səh.
- Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1992, 295 səh.
Tərcümələri[redaktə | HTML redaktə]
- İ.A.Krılov. Təmsillər. Bakı: Gənclik, 1982, 80 səh. (ruscadan)
Filmoqrafiya[redaktə | HTML redaktə]
- Əli Bayramlı (film, 1971)(I)
- Azərbaycan qadını (film, 1974)
- Qərib cinlər diyarında (film, 1977)
- Dəcəl dovşan (film, 1981)
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Qabaqcıl maarif xadimi” nişanı (1978).
- Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (1988).
- Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi fəxri adı (1986).
Ailəsi[redaktə | HTML redaktə]
Babası Abdulla bəy Əfəndizadə pedaqoq idi və Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü olmuşdur (görkəmli Azərbaycan maarifçisi Rəşid bəy Əfəndiyevin qardaşıdır).
Atası Ziya Əfəndiyev də pedaqoq olmuş, Nuxa, Zaqatala və Ağdamda müəllim işləmişdir.
Nəvəsi Ceyhun Əfəndi iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir.
Vəfatı[redaktə | HTML redaktə]
2 avqust 1995-ci il tarixdə – 66 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Hikmət Ziya oğlu (Hikmət Ziya) // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 163-166. — 1.000 nüsx.
- Abdullayeva S. Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri və rolu // 525-ci qəzet. — Bakı, 2015. — В. 16 aprel. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 mart 2018.
- Hikmət Ziya . http://portal.azertag.az/. Uşaq Bilik Portalı (AZƏRTAC) (22.02.2019). Arxivləşdirilib (8 avqust 2019).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- H
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış şair və yazıçılar
- 1929-cu ildə doğulanlar
- 13 mayda doğulanlar
- Mayda doğulanlar
- 2 avqustda vəfat edənlər
- Avqustda vəfat edənlər
- 1995-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə