"Hacıbala bəy Nağıbəyov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]Nağıbəyov HacıbalaKateqoriya:Şəkidən çıxmış həkimlər {{Şəxs...' ilə yarat) |
(Fərqli deyil)
|
23:00, 28 may 2024 versiyası
Hacıbala bəy Nağıbəyov | |
---|---|
Hacıbala bəy Nağıbəyov Əbdürrəhman ağa oğlu | |
Hacıbala bəy Nağıbəyov. | |
Anadan olub | 1870 |
Vəfat edib | 1922 |
Hacıbala bəy Nağıbəyov (1870–1922) — həkim və tanınmış xeyriyyəçi.
Haqqında məlumatlar
1870-ci ildə anadan olub.
Təhsili
Rus-müsəlman məktəbinin bitirib və tibb sahəsində təhsil alıb.
Əmək fəaliyyəti
Qafqazın müxtəlif şəhərlərində, bir müddət isə İranda işləmişdir.
Xeyriyyəçilik fəaliyyəti
1916-cı ildə Piyatiqorsk şəhərində yaşayarkən rəsmi şəkildə vəsiyyətnamə yazaraq varidatının bir hissəsini xeyriyyə məqsədi ilə xərclənməsinə sərəncam vermişdir. Həmin sənədə əsasən onun “Nicat” Xeyriyyə Cəmiyyətinə vəsiyyət etdiyi vəsait ibtidai, orta və ali məktəblərdə yetim və imkansız müsəlman balalarının təqaüdünə xərclənməli idi. Bununla yanaşı Giləhli məhəllə məscidinə 3 min manat, Giləhli məhəllə qəbiristanlığının abadlaşdırılmasına, yolunun təmiri və mühafizəsinə, babası Hacı Nağı bəyin adına olan bulağın saxlanmasına 6 min manat ayırmışdı.
Vəfatı
1922-ci ildə vəfat edib.
Ədəbiyyat
- YUXARI BAŞ // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə və Sevinc Bəharəddin qızı. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2004. — 2 kitab. — I kitab. — Səhifələrin sayı: 345. — Səh.: 52. — 550 nüsx.
- Hüseynov Ş. Şəkili Hacıbala bəyin vəsiyyəti // Aydınlıq : qəzet. — 1993. — В. 23 oktyabr. — № 44 (112).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- H
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış həkimlər
- 1870-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1922-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidə məhəllə adları, soyadlar və ləqəblər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr