Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

"Fikrət Əyyubov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 3: Sətir 3:
 
  |Adı                    = Fikrət Əyyubov
 
  |Adı                    = Fikrət Əyyubov
 
  |Tam adı                = Əyyubov Fikrət Cabbar oğlu
 
  |Tam adı                = Əyyubov Fikrət Cabbar oğlu
  |Şəkil                  = Fikrət_Əyyubov.jpg
+
  |Şəkil                  = Fikrət_Əyyubov.png
  |Şəklin ölçüsü          = 140
+
  |Şəklin ölçüsü          =
 
  |Şəklin izahı            = Fikrət Əyyubov.
 
  |Şəklin izahı            = Fikrət Əyyubov.
 
  |Doğum tarixi            = {{Doğum tarixi|1934|3|1}}
 
  |Doğum tarixi            = {{Doğum tarixi|1934|3|1}}

08:26, 29 iyun 2024 versiyası

Fikrət Əyyubov
Əyyubov Fikrət Cabbar oğlu
Fikrət Əyyubov
Fikrət Əyyubov.
Doğum tarixi 1 mart 1934(1934-03-01)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 29 iyun 1991 (57 yaşında)
Elm sahəsi kənd təsərrüfatı
Elmi dərəcəsi kənd təsərrüfatı elmləri namizədi
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, geologiya-coğrafiya fakültəsi (1951–1956)

 • Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin eroziya sektoru, aspirantura, qiyabi (1958–1961)
Elmi rəhbəri professor Kazım Ələkbərov
Adının digər versiyaları Fikret Eyyubov, Fikret Ayyubov, Fikrat Eyyubov, Fikrat Ayyubov, Фикрет Эйюбов, Фикрат Эйюбов, Фикрет Айюбов, Фикрат Айюбов, Фикрәт Әјјубов

Fikrət Əyyubov (1934–1991) — kənd təsərrüfatı elmləri namizədi, Azərbaycan SSR EA Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyinin laboratoriya müdiri.

Haqqında məlumatlar

1 mart 1934-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1941 – 1951-ci illərdə əvvəl Nuxa şəhər 2 №-li orta məktəbində, sonra Nuxa şəhər 10 №-li orta məktəbində,

1951 – 1956-cı illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsində təhsil alıb.

1958 – 1961-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin eroziya sektorunda qiyabi aspirant olub.

Əmək fəaliyyəti

1956 – 1958-ci illərdə təyinatla Şəki rayonunun Baş Küngüt kənd orta məktəbdə coğrafiya müəllimi,

1958 – 1961-ci illərdə Hidrometeorologiya idarəsində (Bakı) hidroqrafik partiyanın rəisi,

1969-cu ildən Azərbaycan EA-nın Coğrafiya İnstitutunda baş elmi işçi,

1976-cı ildən Azərbaycan SSR EA Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyində laboratoriya müdiri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1967-ci ildə professor Kazım Ələkbərovun rəhbərliyi altında “Üçüncü dövr platosunda (Göyçay və Əlciyan çayları arası) torpaqların eroziyası” mövzusunda dissertasiyasını müdafiə edib və kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi alıb.

Müxtəlif vaxtlarda Moskva, Perm, Vladivostok, Daşkənd və digər şəhərlərdə kosmik tədqiqatlar, torpaq eroziyası və başqa problemlərlə əlaqədar çağırılan elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib.

Təltif və mükafatları

Azərbaycan SSR “Bilik” Cəmiyyətinin diplomu – zəhmətkeşlər arasında kosmik tədqiqatlar sahəsində elmi-texniki nailiyyətlərin təbliğində fəal iştirakına görə (24.12.1986 və 5.05.1987).

Vəfatı

29 iyun 1991-ci il tarixdə – 57 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əyyubov Fikrət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 120-122. — 1.000 nüsx.
  2. Mete Ə. Təbiət “həkimi” – Əyyubov qardaşları // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 272-274. — 500 nüsx.

Həmçinin, bax: