Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Rəşid bəy Əfəndiyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni 'Kateqoriya:R{{Yazıçı |Adı = Rəşid bəy Əfəndiyev |Orijinal adı = Rəşid bəy İsmayıl oglu Əfəndiyev<ref>[http://azhistorymuseum.az/index...' ilə yarat)
 
 
(58 intermediate revisions by 3 users not shown)
Sətir 1: Sətir 1:
[[Kateqoriya:R]]{{Yazıçı
+
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|Əfəndiyev Rəşid]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış şair və yazıçılar]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkinin tarixi haqqında məlumat verən müəlliflər]]
 +
{{Yazıçı
 
|Adı              = Rəşid bəy Əfəndiyev
 
|Adı              = Rəşid bəy Əfəndiyev
|Orijinal adı    = Rəşid bəy İsmayıl oglu Əfəndiyev<ref>[http://azhistorymuseum.az/index.php?mod=5&id=793]</ref>
+
|Orijinal adı    = ''Əfəndiyev Rəşid bəy İsmayıl bəy oglu''
|Şəkil            = Rashid bey Efendiyav.jpg
+
|Piktoqram        = yazar
 +
|Şəkil            = Rəşid bəy Əfəndiyev, 1937.png
 
|Şəkil miqyası    =  
 
|Şəkil miqyası    =  
|Şəkil məlumat    =  
+
|Şəkil məlumat    = Rəşid bəy Əfəndiyev, 1937-ci il.
 
|İlk adı          =  
 
|İlk adı          =  
 
|Təxəllüsü        =  
 
|Təxəllüsü        =  
 
|Doğum tarixi    = {{doğum tarixi|1863|5|24}}  
 
|Doğum tarixi    = {{doğum tarixi|1863|5|24}}  
|Doğum yeri      = [[Nuxa]] ([[Şəki]]), [[Şəki xanlığı]]
+
|Doğum yeri      = [[Nuxa]] (indiki Şəki), [[Nuxa qəzası]], Bakı quberniyası, {{RUSEMP}} 
|Vəfatı          = {{vəfat tarixi|1942|8|31}}  
+
|Vəfatı          = {{vəfat tarixi və yaşı|1942|8|31|1863|5|24}}  
|Vəfat yeri      = [[Şəki]]
+
|Vəfat yeri      = [[Nuxa]], {{AzSSR}}, {{SSRİ}}
|Vəfat səbəbi    =  
+
|Dəfn yeri        = Xoçik qəbiristanlığı, [[Nuxa]] (indiki Şəki)
 
|Atası            =  
 
|Atası            =  
 
|Anası            =  
 
|Anası            =  
 
|Həyat yoldaşı    =  
 
|Həyat yoldaşı    =  
 
|Uşaqları        =  
 
|Uşaqları        =  
|Peşəsi          = müəllimi, maarifçisi və yazıçısı.
+
|Peşəsi          = müəllim, maarifçi,  yazıçısı, etnoqraf
 
|Vətəndaşlıq      =  
 
|Vətəndaşlıq      =  
|Milliyət        = [[Azərbaycanlılar|azərbaycanlı]]
+
|Milliyət        = [[azərbaycanlı]]
 
|İxtisası        =  
 
|İxtisası        =  
|Təhsili          = [[Nuxa qəza məktəbi]], [[Zaqafqaziya Müəllimlər Seminariyası]]
+
|Təhsili          = {{*}}Qori seminariyası (1878–1882)
 +
 
 +
{{*}}Tiflis Aleksandrov Müəllimlər İnstitutu (1892–1895)
 
|Fəaliyyəti      =  
 
|Fəaliyyəti      =  
|Fəaliyyət illəri = [[XIX əsr]]
+
|Fəaliyyət illəri =  
|Əsərlərinin dili = [[Azərbaycanca]]
+
|Əsərlərinin dili = [[azərbaycan dili]]
 
|İstiqamət        =  
 
|İstiqamət        =  
|Janr            = [[Lirika|lirik]], [[Dramaturgiya|dramatik]]
+
|Janr            = şeir, hekayə, pyes
|İlk əsəri        = "Qan ocağı" pyesi
+
|İlk əsəri        = “Qan ocağı” pyesi
 
|Mükafatları      =  
 
|Mükafatları      =  
 
|imdb_id          =  
 
|imdb_id          =  
Sətir 32: Sətir 36:
 
|Sayt            =  
 
|Sayt            =  
 
}}
 
}}
 +
'''Rəşid bəy Əfəndiyev''' (1863–1942) — məşhur Azərbaycan pedaqoqu və etnoqraf alimi. Azərbaycan məktəbləri üçün “Uşaq bağçası” adlı əlifba dərsliyinin (1889, İstanbul) və “Bəsirətül-Ətfal” adlı qiraət dərsliyinin (1901, Bakı) müəllifidir. Şeirlər, təmsillər, hekayələr və pyeslər də qələmə almış, həmçinin, rusca bədii ədəbiyyat nümunələrini azərbaycan dilinə tərcümə etmişdir. 
 +
 +
==Haqqında məlumatlar==
 +
24 may 1863-cü il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəki), ruhani məmur ailəsində anadan olub.
 +
 +
===Təhsili===
 +
1870 – 1873-cü illərdə molla məktəbində,
 +
 +
1873 – 1878-ci illərdə Nuxa qəza məktəbində (rus dilində),
 +
 +
1878 – 1882-ci illərdə Qori seminariyasında,
 +
 +
1892 – 1895-ci  illərdə isə Tiflis Aleksandrov Müəllimlər İnstitutunda təhsil alıb.
 +
 +
===İş yerləri===
 +
1882 – 1888-cı illərdə Nuxa qəzasının Qutqaşen kənd məktəbində,
  
'''Rəşid bəy İsmayıl oğlu Əfəndiyev''' və ya '''Rəşid bəy Əfəndizadə'''<ref>"Rəşid bəy Əfəndizadə". Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. - səh. 317-327.</ref> (d.[[1863]], [[Şəki]] ö.[[1942]], [[Şəki]]) — XIX-XX əsrlər [[Azərbaycan]] müəllimi, maarifçisi və yazıçısı.
+
1890 1892-cı illərdə Nuxa qəzasının Xaçmaz kənd məktəbində müdir və müəllim,  
  
==Həyat və fəaliyyəti==
+
1892-ci ildə Qafqaz Müsəlmanları Ruhani idarəsində katib müavini və müftinin himayəsi altında fəaliyyət göstərən “Ömər məktəbi”ndə müəllim işləyib.
Rəşid bəy İsmayıl oğlu Əfəndizadə 1863-ildə Şəki şəhərində ruhani ailəsində anadan olmuşdular.
 
O, ibtidai təhsilini Cümə məscidində yerləşən mollaxanada, Əbdürrəzzaq Tahirzadə adlı bir müəllimdən almışdır. 1873-cü ildə məscid məktəbini bitirib, təhsilini rus dilində əvvəl qəza məktəbində, sonra şəhər məktəbində davam etdirmişdir. Rəşid bəy 1879-cu ildə Şəkidə M.F.Axundzadənin “Hacı Qara” komediyasını, sonralar Qori seminariyasında dramaturqun digər komediyalarını tamaşaya qoymuş, eyni zamanda baş rolları ifa etmişdir.
 
R. Əfəndiyev hələ [[XIX əsr]]in 80-ci illərində [[Qori müəllimlər seminariyası]]nda oxuyarkən dram ilə maraqlanmış, ilk "Qan ocağı" pyesini yazıb məktəb səhnəsində tamaşaya qoymuşdur.
 
  
O, [[Mirzə Fətəli Axundov]]dan sonra ilk dramaturqlardan hesab edilir. Bu əsərinin müvəffəqiyyətindən ruhlanan müəllif sonralar da ardıcıl olaraq bədii yaradıcılıqla məşğul olmuşdur. On il [[Qutqaşen]]də müəllimlik etdiyi, 8 il [[Tiflis]] dini işlər idarəsində katib müavini vəzifəsində çalışdığı və nəhayət, 16 il Qori seminariyasında müəllim olduğu zamanlarda heç vaxt yazıçılıqdan uzaqlaşmamış, xüsusilə təlim-tərbiyəyə aid səhnə əsərləri yazmağa səy etmişdir. Rəşid bəy Azərbaycanın məşhur və çalışqan müəllimlərindən idi. Ömrünü məktəb, tərbiyə işinə, dərs kitablarının, uşaqların marağını oxşayan pyeslərin yaranmasına sərf etmişdir. Onun "Uşaq bağçası" adlı əlifba kitabı və "Bəsirətül-ətfal" adlı qiraət kitabı Azərbaycanda şöhrət qazanmış ilk dərs kitablarındandır. O, dəfələrlə İstanbula gedir, düzəltdiyi dərs kitablarını min zəhmət ilə çap etdirirdi.
+
1900 – 1916-cı illərdə Qori seminariyasında müəllim işləyib.
  
Bununla yanaşı, səhnə əsərləri yazır, bunların birinci növbədə məktəb səhnələrində qoyulmasını təşkil edir, hətta şəxsən artist kimi iştirak edirdi. Rəşid bəyin "Qan ocağı"ndan başqa, "Saqqalın kəraməti", "Qonşu-qonşu olsa, kor qız ərə gedər"1, "Pul dəlisi", "Bir saç telin qiyməti", "Tiflis səfirləri", "Diş ağrısı", "Təbiətdə əhvali-məişət" adlı dramları vardır.
+
1916-cı ildə İrəvan Quberniyası xalq məktəblərinin inspektoru vəzifəsinə təyin edilib.  
  
Rəşid bəy elmi, maarifi, məktəbi təbliğ edən bir sıra mənzumələr yazmış, rus klassiklərindən ([[Puşkin]], [[Lermontov]], [[Krılov]]) dərs kitablarına münasib parçalar seçib tərcümə etmişdir. Eləcə də farscadan "Rüstəm və Söhrab" əhvalatını ([[Firdovsi]]dən), "Cam" adlı mənzuməsini (Şillerdən) tərcümə etmişdir. Rəşid bəy istər şeir tərcümələrində və istərsə müasir mövzularda yazdığı şeirlərində klassik şeir üslubu və yolu ilə genişdir. Hətta Şilleri də Firdovsinin işlətdiyi vəzndə, mütəqarib ilə tərcümə etmişdir. Rəşid bəy Əfəndiyevin ədəbi və bədii əhəmiyyəti olan əsərləri, demək olar ki, ən çox pyesləridir, xüsusilə əsrimizin əvvəllərində yazılan komediyalarıdır.
+
1918 – 1920-ci illərdə Bakı kişi seminariyasının direktoru olub.  
  
Bu məzhəkələr nəinki üslub etibarilə, həm də mövzu etibarilə bir silsilə və bir vəhdət təşkil edən əsərlərdir. Bunların hamısında köhnə dünya, köhnə məişət, köhnə zehniyyət təsvir olunur. Əgər "Qan ocağı"nda bir ailə içərisindəki nifaq, fəsad, ədavət, köhnə ailənin çürük bünövrəsi, məktəbə olan cahil və vəhşi əlaqələr göstərilir və ailəyə dəhşətli bir ad: "Qan ocağı" adı verilirsə, "Qonşu-qonşu olsa, kor qız ərə gedər" adlı komediyasında qadın alqı-satqısı, qadınların hüquqsuzluğu və gülünc evlənmək qaydaları təsvir olunur.
+
1920-ci ildən sonra pedaqoji fəaliyyətini Nuxada davam etdirib, Nuxa pedaqoji məktəbində müəllim işləmiş, eyni zamanda SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının elmi işçisi olmuşdur.
  
Geniş yaradıcılıq diapazonuna malik pedaqoq olan Rəşid bəy Əfəndizadə  iki hissədən ibarət “Müxtəsər şəriət” dərsliyinin də müəllifidir. O, etnoqrafiya (“Nuxada evlənmək adətləri”, “Qəbələ mahalı”, “Qutqaşen kəndi haqqında bir neçə məlumat” və s.), ədəbiyyatşünaslıq (“Azərbaycan türklərinə məxsus ədəbiyyat”, “Azərbaycan ədəbiyyatı nümunələri”, “Lev Nikolayeviç Tolstoy”, həmçinin “Seyid Əzim Şirvani” s.) sahəsində də fəaliyyət göstərmişdir. R.Əfəndizadə Azərbaycan xalq əfsanə və rəvayətləri , adət və ənənələri, eləcə də  barədə, xalq sənətkarlığı, coğrafiya və təbabətə aid məlumatlar toplayıb , “Сборник материалов для описания местностей и племён Кавказа” məcmuəsində çap etdirmişdir. Əfəndizadə 1924-cü ildə Azərbaycanın Birinci Ölkəşünaslıq Qurultayının nümayəndəsi və Etnoqrafiya Cəmiyyəti Şəki şöbəsinin elmi katibi seçilmişdir. 1942-ci avqustun 31- də Rəşid bəy Əfəndizadə Şəkidə vəfat etmişdir.<ref>Əsədova Nüşabə. "Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu". IV Respublika elmi konfransının materialları. Milli Azərbaycan Tarixi Muzeyində qorunan eksponatlar Rəşid bəy İsmayıl oğlu Əfəndizadə və Məmməd bəy Əfəndiyevin həyat və yaradıcılığının öyrənilməsində mənbə kimi.  Bakı, 2014. səh 46-48.</ref>
+
===Elmi, pedaqoji ədəbi yaradıcılığı===
  
Hal-hazırda Şəki şəhərində ev muzeyi fəaliyyət göstərir.<ref>{{cite web |url=https://www.youtube.com/watch?v=N2-DfPeeVuM |title="Günə doğru". Rəşid bəy Əfəndiyevin ev muzeyi |author=youtube.com |date= 24.05.2016|work= |publisher=[http://youtube.com Youtube.com] |accessdate=2016-05-24 |language=az }}</ref>
+
1871-ci ildə – Qori seminariyasının üçüncü kursunda oxuyarkən, müsəlman şöbəsinin müfəttişi A.O.Çernyayevskinin rəhbərliyi ilə dərs proqramlarının tərtibində və azərbaycan dili dərsliklərinin hazırlanmasında fəal iştirak edib.
  
==Bəzi əsərlərinin məzmunu==
+
Qori seminariyasında təhsil alarkən klassik Azərbaycan rus ədəbiyyatını mütaliə etməsi, seminariyanın dram dərnəyində fəal iştirakı onda bədii yaradıcılığa güclü meyl oyadıb.
===Qonşu-qonşu olsa, kor qız ərə gedər===
 
Bu əsərdə müəllif maraqlı, həm də təbii əhvalat qurmuşdur. Sövdəgər Qaçay bəy şəhərə çox gəlib gedir. Karvansaralarda, qonaq yerində rahatlıq görmür, evlənmək, burada da bir arvad saxlamaq istəyir. El içində məşhur olan dəllal qadın Cici xanım işə düşür. Zərbəli bəyin qocalmış, çirkin, heç kəsin tamah salmadığı qızı Sonanı ona ərə vermək fikrinə düşür. Qonşu qız Dilbəri göstərib Sonanı ərə vernmək fikrinə düşür. Qonşu qız Dilbəri göstərib Sonanı verirlər. Qaçay bəy aldanır və xərci hədər gedir. Bu əsərdə Sonadan da, Qaçay bəydən də canlı verilmiş surət Mələk arvaddır. Belə qadınlar hamının, varlının da, yoxsulun da, böyüyün də, kiçiyin də evinə məhrəm olan, hər yerə yol tapan, zirək, hiyləgər, lotu, macəraçı qadınlar keçmişdə Azərbaycanın şəhər kəndlərində məclis, mərəkə axtarırdılar. Təzə xəbəri, ya toy, ya vay xəbərini bu qadınlar bilərdilər.
 
  
Xüsusilə kənardan gəlmələr, qız almağa, ya oğlan evləndirməyə gələnlər belə qadınlar üçün yağlı bir şikar kimi mənfəətli müştəri olardılar. Mələk də belə tiplərdəndir. Qaçay bəyə tor quran da, ondan xələt peşkəş alan da Mələk olur. Qaçay bəy puluna, malına güvənən, heç bir ehtiyacı olmayan, qoçusifət bir mülkədardır. Onu aldatmaq hər adamın hünəri deyil, Mələk də buna cəsarət etməzdi. Ancaq Zərbəli bəyin qızı Sona üçün olan xeyir işdə heç bir qorxu ola bilməz. Çünki qızın qardaşı hər barədə Qaçay bəydən artıq adamdır.
+
Qutqaşen məktəbində işlədiyi dövrdə səkkiz il ərzində əhalinin yaşayış tərzi, adət-ənənəsi, mənəvi-psixoloji durumu, folkloru və maddi-mənəvi abidələri ilə ciddi maraqlanmış, məktəblərdə dərs vəsaiti olmadığından öz araşdırmalarını tapıntılarını şagirdlərə öyrətmiş, onlarda vətən sevgisi, xalqa məhəbbət, milli təəssübkeşlik hissi, elmi biliklərə sönməz həvəs oyatmağa çalışırdı. O, azərbaycanlıların təhsil aldığı məktəblərdə tədrisin dövrün tələblərinə uyğun olmasına çalışmış, bunun üçün ana dilində dərs kitabları yaradılmasına əsas şərt kimi baxmışdır.
  
Əsərin ən qüvvətli cəhəti məişət, etnoqrafık səhnə əlamətlərin zənginliyidir. Burada verilən bayatılar, atalar sözü məsəllərin çoxu ehtimal ki, birinci dəfədir ədəbiyyata, kitaba düşür. Bu parçalarda milli kolorit, adət, ənənə, qədim qaydalar bütün əlvanlığı ilə görünməkdədir. Bu əlvanlığı tiplərin dilinə də aid etmək olar.
+
1890 – 1892-ci illərdə Nuxa qəzasının Xaçmaz kəndində yeni “üsuli-cədid” məktəbi yaradıb orada azərbaycan dilini rus dilini tədris edib.  
  
Rəşid bəy, xüsusilə mükalimələrdə həddən artıq çılpaqlığa, biədəb ifadələrdən geniş istifadəyə imkan verir. Mələk arvadın danışıqları tamam ədəb nəzakət dairəsindən kənardır. Müəllif bunlarla guya etnoqrafıya, məişət əlaqələrini yazıya köçürmək istəyir. Halbuki, bunlar əsərin naturalist meyllərini daha da qəlizləşdirir, qüvvətləndirir.
+
Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutunda təhsil aldıqdan sonra məktəblərdə dərs vəsaitlərinə olan ehtiyacı aradan qaldırmaq üçün azərbaycan dili dərs kitablarını yazıb nəşr etdirmək arzusunu həyata keçirmək istəyib. Artıq onun on il müəllimlik təcrübəsi xeyli material toplanması buna imkan verirdi. Öz tərcümeyi-halında göstərirdi ki, {{sitat2|Kənddə on il müəllimlik etdiyim zaman rus klassiklərindən Puşkinin, Jukovskinin, Krılovun, Lermontovun, Tolstoyun əsərlərindən müdam tərcümə edib, albomuma çox şey toplamışdım və el ədəbiyyatından bəzi yararlı şeyləri də intixab eləmişdim, həmçinin təcrübədən çıxartmışdım.}}
  
===Saqqalın kəraməti===
+
Rus pedaqoqu K.D.Uşinskinin pedaqoji görüşləri, A.O.Çernyayevskinin “Vətən dili” dərsliyi, xüsusilə rus yazıçısı Lev Tolstoyun “Əlifba”, “Yeni əlifba”, “Riyaziyyat” və “Oxu kitabı” ilə yaxından tanışlıq Rəşid bəy Əfəndiyevin azərbaycanca məktəblər üçün ana dilində dərslik yazmaq həvəsini artırmışdı. O, “uşaqların oxu və yazı prosesində qrammatik qaydalarla tanış olması prinsipi” əsasında “Uşaq bağçası” adlı yeni əlifba kitabı yaratmış, Lev Tolstoyun hekayə və məqalələrindən də doğma dilə çevirib “Uşaq bağçası” dərsliyinə daxil etmişdir.
"Saqqalın kəraməti"ndə ruhanilərin fırıldaqlarından bəhs olunur. Göyçay çölündə yağışa düşən bir dəstə sövdəgər daldalanmağa yer axtarırlar. Heç kəsin bu yaxınlarda qonaq yeri yoxdur. Çünki, bu yerlərin əhalisi tərəkəmə, köçəri camaatıdır, deməli oturub məskən salmırlar.
 
  
Çarvadarların deməyinə görə bu yerin əhalisi ancaq molla, seyid və mərsiyəxanlara hörmət edib qonaq saxlarlar. Qərara gəlirlər ki, sövdəgər Hacı Söhrabı uzun saqqalına, qiyafəsinə görə molla qələmə versinlər və onun sayəsində bir qonaq yeri tapsınlar. Bu "vəzifə" Hacı Söhrab üçün çətin olsa da, razılıq verir. Gəldikləri kəndli evində isə sanki "molla"nı çoxdan gözləyirmişlər. Kənd mollası ilə deyişmə təklif edirlər. Kənd mollası Qulaməli ilə sövdəgər Hacı Söhrab üz-üzə gəlib deyişməli olur.
+
“Uşaq bağçası” əlifba kitabını çapa hazırlayıb 1889-cu ildə İstanbulda kütləvi tirajla nəşr etdirdikdən sonra ikinci dərsliyin – “Bəsirətül-Ətfal” ədəbiyyat dərsliyinin, üzərində böyük həvəslə çalışmağa başlayıb.
  
Bu əsərdə də müəllif gülünc vəziyyət yarada bilmişdir. Adamlar bu vəziyyətdən çıxmaq üçün təlaş edib çarə aradıqda isə daha gülünc olurlar. Bu mənada ancaq iki surət Hacı Söhrab və Molla Qulaməli seçilir, komediyanın mərkəzində durarlar. Ancaq əvvəlki pyeslər haqqındakı fıkri burada da təkrar etməyə məcburuq. Çünki hər gülməli əhvalat və hətta gülməli vəziyyət mühüm ictimai hadisəyə toxunmur, həyatda çox rast gəlinən maraqlı gülməli bir əhvalatı göstərməklə kifayətlənən müəllif komediyanın ictimai məna tərəfinə lazımi diqqət yetirməmişdir.
+
“Bəsirətül-Ətfal” müəllimlər üçün metodik vəsait olsa da, bütövlükdə əhatə etdiyi həyat, məişət, dil, bədii ədəbiyyat, kənd təsərrüfatı, təbiət, coğrafiya s. mövzular bu dərsliyi məktəb uşaqlarının ensiklopedik məlumat kitabına çevirirdi.
  
Bu pyeslər oxucu və tamaşaçıya ağızlarda gəzən yüzlərlə maraqlı lətifələrin buraxdığı təsirdən artıq heç nə vermir və verə bilməz. Çünki bu hadisə yalnız sövdəgərlərin deyil, məmurların da başına gələ bilər, yalnız Göyçayda deyil, Xaçmazda da baş verə bilər. Burada canlı insanlar, tamamlanmış xarakterlər olmadığından əhvalat Bədii əsər səviyyəsinə qalxmır. Bu əhvalat bir dərəcəyə qədər Haqverdiyevin "Acından təbib" hekayəsini xatırladır. Orada müəllif iki yarpaqlıq bir yumor ilə kifayətləndiyi halda, Rəşid bəy Əfəndiyev burada bunu bir komediya mövzusu və materialı etmişdir.
+
1901-ci ildə “Bəsirətül-Ətfal” Bakıda iki min nüsxə tirajla  çap olunmuş, azərbaycan dili tədris olunan bütün Qafqaz məktəblərində mükəmməl dərslik kimi tədris vəsaiti kimi istifadə edilmişdir.
  
===== '''Bəsirət-ül- ətfal''' =====
+
1900 – 1916-cı illərdə Qori seminariyasında müəllim işləyərkən dərsdənkənar ədəbiyyat dərnəkləri və teatr truppası təşkil edib. Ədəbiyyat dərnəyində klassik yazıçıların xatirə gecəsi keçirilmiş, tələbələrin ilk qələm təcrübələri vaxtaşırı müzakirə olunmuş, teatr truppası isə azərbaycan və rus dillərində teatr tamaşaları göstərmişdir.
  
Kitab üç babdan, yəni üç hissədən ibarətdir. Birinci hissə hər bir dərsdən ibarət olan kiçik hekayələrdir ki, bunların da bəzisi nəzm, bəzisi isə nəsr ilə verilmişdir. Kitabın  “Azərbaycan ədəbiyyatı nümunələri” adlanan ikinci hissəsi iki yarımbaşlıqdan ibarətdir. Birinci yarımbaşlıq  “Ədəbiyyat” xüsusunda bir para məlumat adlanır. Kitabın ən yaxşı cəhətlərindən biri də budur ki, uşaqlara yazı nümunələri yazının nəsr nəzm növlərinə-məktub, təbriknamə, dəvətnamə, təziyənamə (başsağlığı) yazmaq qaydasına aid nümunələr, izahlar, şərhlər verilmişdir. Dərsliyin üçüncü hissəsi müsəlman uşaqları üçün təlim və tərbiyə vəzifələrinin ən vacib hesab etdiyi dini qaydalara aiddir. “Hər bir şəxsə xaliqini bilmək fərzdir”,-deyən müəllif yazır ki, “Xalq özü hər yerdə iştirak edir və müşahidə edir”, insanın hər bir əməlini görür. Odur ki, gərək insan uşaqlıq dövründə “dini-İslam” kəmalınca bilsin. Kitabda həmçinin Azərbaycan ədəbiyyatının klassiklərinin bəzilərinin əsərlərindən nümunələr vermişdir. Azərbaycanın klassik şairlərindən  M.Füzuli və S.Ə.Şirvanidən bir sıra parçalar verməklə yanaşı, böyük rus şairlərindən İ.A.Krılovun “Ayna və meymun”, “Kəndli və ilan”, “Qurd və pişik”, A.S.Puşkinin “Kaftar”, “Torçu və balıq”, “Hal anası”, “Bağçasaray fontanı”və.s. hekayə və şeirlərinin tərcüməsi də kitabda yer almışdır. Bu şeir, hekayə və rəvayətlərdə vətənin təbiətini sevmək, xalqın məişətini bilmək, məktəbə getmək, elm öyrənmək və s. ön planda qoyulmuşdur. Kitabda kənd təsərüfatı, təbiət coğrafiyaya aid bir sıra məlumatlar da verilmişdir.
+
Bakı Tiflis dövri mətbuatında vaxtaşırı çap etdirdiyi məqalələrində məktəblərdə təlim-tərbiyənin vəziyyəti, qız məktəblərinə biganəlik, dil məktəb məsələləri barədə tənqidi münasibətini bildirmişdir.
  
===== '''Uşaq bağçası''' =====
+
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918 − 1920) Bakı kişi seminariyasının direktoru vəzifəsində işləyərkən xalq maarifi sahəsində tədbirlərin həyata keçirilməsi işlərində, o cümlədən, Maarif Nazirliyi yanında təşkil olunmuş əlifba komissiyasının tərkibində latın qrafikasına keçmək üçün təqdim olunmuş layihələrin müzakirəsində fəal iştirak edib.
[[Şəkil:Kitab. Uşaq Bağçası.jpg|thumb|left]]
 
Kitabın üz qabığında kitabın adı- “Uşaq bağçası”. Müəllifi: Zaqafqas  Darül-müəlliminin müsəlman şöbəsinin  elmi-ilahi və lisan (dil) müəllimi Rəşid bəy Əfəndizadə. Rus dilində kitabın dərc olunan mətbəənin adı- Тифлись. Типография “Култура”. 1912. 112 səhfədirdir. Kitabın arxasında  rus dilində- Ушагь Бахчаси. (Татарская азбучная книга.) Одобрена Кавкаскимиь Учебными Округами для употребления во всьхь правительственных и частных учебныхь заведениях, вь которых преподается татарский языкь. (Решид беку Эфендиеву-Вероучитель Закавказской учительской Семинарии )  Məktəblərdə oxunmalı türk-qiraət kitabıdır”.Kitab bismilləhir-rəhmanir-rəhim ilə başlayır.  Müəllif bu kitabda savad təlimi, oxu texnikasını inkişaf etdirmək məsələləri ilə yanaşı, həm də uşaqların  tərbiyə edilməsinə, əxlaqına təsir etməyə xüsusi fikir vermişdir: “Müsəlman millətinin tərbiyeyi-əxlaqına və məlumati-nafiəsinə xidmət edici tazə bir kitabdır.
 
  
'''Arvad məsələsi'''
+
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Nuxa şəhərinə qayıtmış, Nuxa şəhərində oğlan qız seminariyasını təşkil etmiş, bir müddət Nuxa pedaqoji məktəbində müəllim işləmişdir. Eyni zamanda SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının elmi işçisi kimi elmi, pedaqoji, ədəbi sahədə axtarışlarını davam etdirmiş, Azərbaycan el ədəbiyyatı nümunələrini toplamışdır.
“Arvad məsələsi”. Müəllifi: Zaqafqas  Darül-müəlliminin müsəlman şöbəsinin  elmi-ilahi və lisan (dil) müəllimi Rəşid bəy Əfəndizadə. Qafqaz canişinliyinin mətbəəsində nəşr olunur. 48 səhifədir,  Tiflis, 1914-cü il. Ərəb dilində müəllifin çap olunan əsərləri: (“Uşaq-baxçası”, “Bəsirətül-ətfal”, “Rüstəm Zöhrab”, “Müxtəsər şəriət I cild”, “Müxtəsər şəriət IIcild”, “Müxtəsər şəriət II cild rus dilində”, “Qan ocağı”, “Saqqalın kəraməti”) yazılmışdır. Qiyməti 40 qəpikdir. Kitabın arxasında: rus dilində adı- “Женский  вопрось”.  Общественное и семейное положение. Мусульманок по шариату. müəllifin rus dilində ünvanı-(Гори, Tифлис губ. Рашид беку Эфендиеву- вероучитель Закавказской Учительской семинарии). Həmçinin rus dilində çap olunan əsərləri: 1. «Ушагъ-бахчаси», 2. «Басиратуль-атфалъ», 3. «Рустамъ и Зорабъ», 4. «Мухтасаръ шариатъ I ч.» , 5. «Мухтасаръ шариатъ II ч.», 6. «Мухтасаръ шариат. II ч. На рус.яз. », 7. «Канъ Оджаги», 8. «Сахкалинъ карамати» , 9. «Добрый соседъ и слепую деву замужъ». Sonda kitabın nəşr olunan mətbəənin adı- Типография Канцелярии Наместника К.И.В. на Кавказъ 1914. Kitabda qadınlara aid dini, tərbiyəvi  mövzular və  bəzi  şeir nümunələri və kitabın sonunda  rus şairi A. Puşkinin “Qafqaz” və “Suya qərq olan” şeirləri çap olunmuşdur.
 
  
==Əsərləri==
+
1924-cü ildə Azərbaycanın I Ölkəşünaslıq Qurultayına nümayəndə və Etnoqrafiya Cəmiyyətinin Şəki şöbəsinin elmi katibi seçilib.
* [[Bəsirətül-ətfal]]
 
* "Uşaq bağçası"  (1898).
 
* "Qan ocağı",
 
* "Tiflis səfərləri",
 
* "Saqqalın kəraməti",
 
* "Pul dəlisi",
 
* "Qonşu qonşu olsa kor qız ərə gedər" (komediya),
 
* "Bir saç telinin qiyməti" (dramla),
 
* "Qan ağacı" (pyes),
 
* "Qızıl gül" (mənzum) operettası.
 
  
== İstinadlar ==
+
===Vəfatı===
<references/>
+
[[Fayl:Rəşəd_bəy_Əfəndiyev,_qəbir.JPG|200px|thumb|Rəşid bəy Əfəndiyevin qəbri]]
 +
31 avqust 1942-ci il tarixdə – 79 yaşında, [[Nuxa|Nuxada]] (indiki Şəki) vəfat edib. Nuxadakı Xoçik qəbirstanlığında, həyat yoldaşı ilə eyni qəbirdə dəfn olunub.
 +
 
 +
===Xatirəsi===
 +
Şəkidə ölkəşünaslıq muzeyi, məktəb, kitabxana və küçə onun adını daşıyır.
 +
 
 +
60, 70, 100 illik yubileyləri keçirilmiş, əsərləri kütləvi tirajla nəşr olunmuşdur.
 +
 
 +
===Ailəsi===
 +
[[Fayl:Rəşid bəy Əfəndiyevin ailəsi.jpg|350px|thumb|left|Rəşid bəy Əfəndiyevin ailə üzvləri; soldan: 1) Mahtaban xanım, 2) Cəmilə xanım, 3) [[Məmməd Əfəndiyev (riyaziyyatçı)|Məmməd Əfəndiyev]], 4) Naimə xanım, 5) Maral xanım. Arxada: İzzət Nəbiyev.]]
 +
2 oğlu və 4 qızı olub;
 +
 
 +
''Oğllanları:''
 +
* [[Məmməd Əfəndiyev (riyaziyyatçı)|Məmməd Əfəndiyev]] (1887 – 1977) – Azərbaycan Dövlət Universitetinin riyazi analiz kafedrasının müdiri (1935-1965) və professor olub.
 +
* Nadir Əfəndiyev – həkim-cərrah olub.
 +
 
 +
''Qızları:''
 +
*Maral Əfəndiyeva-Nəbiyeva  (1889 – 1967) – atası kimi bütün ömrünü xalq maarifi işinə həsr etmiş, Tərtərdə, Qarğabazarda (indiki Füzuli rayonu), Nuxada ilk Azərbaycan qız məktəblərinin yaradılmasında və pedaqoji fəaliyyəti ilə gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynamışdır.
 +
*Mahtaban Əfəndiyeva-Rüstəmova (1900 – 1972) – 1915-ci ildə Nuxada açılmış “Müqəddəs Nina” qız gimnaziyasında müəllim işləmiş, 1920-ci ildə Nuxada açılmış Darülmüəllimatın (müəllimələr institutu) ilk müdiri olmuşdur, sonralar Vartaşendə rus və fransız dillərindən dərs deyib.
 +
*Cəmilə Əfəndiyeva-İbrahimbəyli (1902-1978) – Nuxada və  Bakıda pedaqoji fəaliyyətlə məşğul olub.
 +
*Nəymə (Naimə) Əfəndiyeva (1906 – 1980), Şəkidə, atasının qəbri yanında dəfn olunub.
 +
 
 +
===Əsərləri===
 +
[http://anl.az/el/alf7/er_se.pdf ''Rəşid bəy Əfəndiyev''. Seçilmiş əsərləri. Bakı-2016] ([https://web.archive.org/web/20200114041215/http://anl.az/el/alf7/er_se.pdf Arxivləşdirilib]).
 +
 
 +
==Ədəbiyyat==
 +
# {{ASE|4|245-246}}
 +
# {{kitab3
 +
| müəllif        = Mərdanov M, [[Ədalət Tahirzadə|Tahirzadə Ə.]]
 +
| hissə          = '''ƏFƏNDİZADƏ (Əbdür)rəşid bəy İsmayıl əfəndi oğlu'''
 +
| hissənin linki  = https://tahirzade.shaki.info/arxiv/r%C9%99%C5%9Fid-b%C9%99y-%C9%99f%C9%99ndizad%C9%99
 +
| başlıq          = 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı).
 +
| orijinal        =
 +
| link            =
 +
| vikimənbə      =
 +
| cavabdeh        =
 +
| nəşr            =
 +
| yer            =  Bakı
 +
| nəşriyyat      =  Təhsil
 +
| il              =  2019
 +
| cild            = II
 +
| səhifə          = 245–252
 +
| sütunlar        =
 +
| səhifələr      =
 +
| seriya          =
 +
| isbn            =
 +
| doi            =
 +
| tiraj          =  
 +
| archiveurl      = https://web.archive.org/web/20210423090338/https://tahirzade.shaki.info/arxiv/r%C9%99%C5%9Fid-b%C9%99y-%C9%99f%C9%99ndizad%C9%99
 +
| archivedate    = 23 Apr 2021
 +
| ref            =
 +
}}
 +
# {{cite web |url=http://www.muallim.edu.az/www.old/arxiv/2015/37/31.htm |title=Rəşid bəy Əfəndiyev/Maarif fədailərimiz |author=Samirə Kərimova |date=10 Oktyabr 2015 |website=www.muallim.edu.az |publisher= Azərbaycan müəllimi |language=az |accessdate= |archiveurl = https://web.archive.org/web/20180615025303/https://www.muallim.edu.az/www.old/arxiv/2015/37/31.htm|archivedate =1 May 2017 - 27 Sep 2019 }}
 +
# {{AME|8|218|ƏFƏNDİYEV (Əfәndizadә) Rәşid bәy İsmayıl bәy oğlu}}
 +
# {{ŞAZ|2|82-83|Əfəndizadə (Əfəndiyev) Rəşid bəy İsmayıl oğlu}}
  
{{Vikianbar kateqoriyası|Rashid bey Efendiyev}}
+
{{Yoxlanılmış məqalə}}  
  
[[Kateqoriya:Əfəndizadələr]]
+
[[az:Rəşid bəy Əfəndiyev]][[ru:Эфендиев, Рашид-бек]]
[[Kateqoriya:Azərbaycan yazıçıları]]
 
[[Kateqoriya:Azərbaycanlı yazıçılar]]
 
[[Kateqoriya:Zaqafqaziya Müəllimlər Seminariyasının məzunları]]
 
[[Kateqoriya:Şəkidə doğulanlar]]
 
[[Kateqoriya:Şəkidə vəfat edənlər]]
 

Səhifəsinin 19:13, 15 avqust 2024 tarixinə olan son halı

Rəşid bəy Əfəndiyev
Əfəndiyev Rəşid bəy İsmayıl bəy oglu
Rəşid bəy Əfəndiyev
Rəşid bəy Əfəndiyev, 1937-ci il.
Doğum tarixi 24 may 1863(1863-05-24)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Bakı quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfatı 31 avqust 1942 (79 yaşında)
Vəfat yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Xoçik qəbiristanlığı, Nuxa (indiki Şəki)
Milliyyəti azərbaycanlı
Təhsili

 • Qori seminariyası (1878–1882)

 • Tiflis Aleksandrov Müəllimlər İnstitutu (1892–1895)
Əsərlərinin dili azərbaycan dili
Janr şeir, hekayə, pyes
İlk əsəri “Qan ocağı” pyesi

Rəşid bəy Əfəndiyev (1863–1942) — məşhur Azərbaycan pedaqoqu və etnoqraf alimi. Azərbaycan məktəbləri üçün “Uşaq bağçası” adlı əlifba dərsliyinin (1889, İstanbul) və “Bəsirətül-Ətfal” adlı qiraət dərsliyinin (1901, Bakı) müəllifidir. Şeirlər, təmsillər, hekayələr və pyeslər də qələmə almış, həmçinin, rusca bədii ədəbiyyat nümunələrini azərbaycan dilinə tərcümə etmişdir.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

24 may 1863-cü il tarixdə Nuxada (indiki Şəki), ruhani məmur ailəsində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1870 – 1873-cü illərdə molla məktəbində,

1873 – 1878-ci illərdə Nuxa qəza məktəbində (rus dilində),

1878 – 1882-ci illərdə Qori seminariyasında,

1892 – 1895-ci illərdə isə Tiflis Aleksandrov Müəllimlər İnstitutunda təhsil alıb.

İş yerləri[redaktə | HTML redaktə]

1882 – 1888-cı illərdə Nuxa qəzasının Qutqaşen kənd məktəbində,

1890 – 1892-cı illərdə Nuxa qəzasının Xaçmaz kənd məktəbində müdir və müəllim,

1892-ci ildə Qafqaz Müsəlmanları Ruhani idarəsində katib müavini və müftinin himayəsi altında fəaliyyət göstərən “Ömər məktəbi”ndə müəllim işləyib.

1900 – 1916-cı illərdə Qori seminariyasında müəllim işləyib.

1916-cı ildə İrəvan Quberniyası xalq məktəblərinin inspektoru vəzifəsinə təyin edilib.

1918 – 1920-ci illərdə Bakı kişi seminariyasının direktoru olub.

1920-ci ildən sonra pedaqoji fəaliyyətini Nuxada davam etdirib, Nuxa pedaqoji məktəbində müəllim işləmiş, eyni zamanda SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının elmi işçisi olmuşdur.

Elmi, pedaqoji və ədəbi yaradıcılığı[redaktə | HTML redaktə]

1871-ci ildə – Qori seminariyasının üçüncü kursunda oxuyarkən, müsəlman şöbəsinin müfəttişi A.O.Çernyayevskinin rəhbərliyi ilə dərs proqramlarının tərtibində və azərbaycan dili dərsliklərinin hazırlanmasında fəal iştirak edib.

Qori seminariyasında təhsil alarkən klassik Azərbaycan və rus ədəbiyyatını mütaliə etməsi, seminariyanın dram dərnəyində fəal iştirakı onda bədii yaradıcılığa güclü meyl oyadıb.

Qutqaşen məktəbində işlədiyi dövrdə səkkiz il ərzində əhalinin yaşayış tərzi, adət-ənənəsi, mənəvi-psixoloji durumu, folkloru və maddi-mənəvi abidələri ilə ciddi maraqlanmış, məktəblərdə dərs vəsaiti olmadığından öz araşdırmalarını və tapıntılarını şagirdlərə öyrətmiş, onlarda vətən sevgisi, xalqa məhəbbət, milli təəssübkeşlik hissi, elmi biliklərə sönməz həvəs oyatmağa çalışırdı. O, azərbaycanlıların təhsil aldığı məktəblərdə tədrisin dövrün tələblərinə uyğun olmasına çalışmış, bunun üçün ana dilində dərs kitabları yaradılmasına əsas şərt kimi baxmışdır.

1890 – 1892-ci illərdə Nuxa qəzasının Xaçmaz kəndində yeni “üsuli-cədid” məktəbi yaradıb və orada azərbaycan dilini və rus dilini tədris edib.

Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutunda təhsil aldıqdan sonra məktəblərdə dərs vəsaitlərinə olan ehtiyacı aradan qaldırmaq üçün azərbaycan dili dərs kitablarını yazıb nəşr etdirmək arzusunu həyata keçirmək istəyib. Artıq onun on il müəllimlik təcrübəsi və xeyli material toplanması buna imkan verirdi. Öz tərcümeyi-halında göstərirdi ki,

" Kənddə on il müəllimlik etdiyim zaman rus klassiklərindən Puşkinin, Jukovskinin, Krılovun, Lermontovun, Tolstoyun əsərlərindən müdam tərcümə edib, albomuma çox şey toplamışdım və el ədəbiyyatından bəzi yararlı şeyləri də intixab eləmişdim, həmçinin təcrübədən çıxartmışdım. "

Rus pedaqoqu K.D.Uşinskinin pedaqoji görüşləri, A.O.Çernyayevskinin “Vətən dili” dərsliyi, xüsusilə rus yazıçısı Lev Tolstoyun “Əlifba”, “Yeni əlifba”, “Riyaziyyat” və “Oxu kitabı” ilə yaxından tanışlıq Rəşid bəy Əfəndiyevin azərbaycanca məktəblər üçün ana dilində dərslik yazmaq həvəsini artırmışdı. O, “uşaqların oxu və yazı prosesində qrammatik qaydalarla tanış olması prinsipi” əsasında “Uşaq bağçası” adlı yeni əlifba kitabı yaratmış, Lev Tolstoyun hekayə və məqalələrindən də doğma dilə çevirib “Uşaq bağçası” dərsliyinə daxil etmişdir.

“Uşaq bağçası” əlifba kitabını çapa hazırlayıb 1889-cu ildə İstanbulda kütləvi tirajla nəşr etdirdikdən sonra ikinci dərsliyin – “Bəsirətül-Ətfal” ədəbiyyat dərsliyinin, üzərində böyük həvəslə çalışmağa başlayıb.

“Bəsirətül-Ətfal” müəllimlər üçün metodik vəsait olsa da, bütövlükdə əhatə etdiyi həyat, məişət, dil, bədii ədəbiyyat, kənd təsərrüfatı, təbiət, coğrafiya və s. mövzular bu dərsliyi məktəb uşaqlarının ensiklopedik məlumat kitabına çevirirdi.

1901-ci ildə “Bəsirətül-Ətfal” Bakıda iki min nüsxə tirajla çap olunmuş, azərbaycan dili tədris olunan bütün Qafqaz məktəblərində mükəmməl dərslik kimi tədris vəsaiti kimi istifadə edilmişdir.

1900 – 1916-cı illərdə Qori seminariyasında müəllim işləyərkən dərsdənkənar ədəbiyyat dərnəkləri və teatr truppası təşkil edib. Ədəbiyyat dərnəyində klassik yazıçıların xatirə gecəsi keçirilmiş, tələbələrin ilk qələm təcrübələri vaxtaşırı müzakirə olunmuş, teatr truppası isə azərbaycan və rus dillərində teatr tamaşaları göstərmişdir.

Bakı və Tiflis dövri mətbuatında vaxtaşırı çap etdirdiyi məqalələrində məktəblərdə təlim-tərbiyənin vəziyyəti, qız məktəblərinə biganəlik, dil və məktəb məsələləri barədə tənqidi münasibətini bildirmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918 − 1920) Bakı kişi seminariyasının direktoru vəzifəsində işləyərkən xalq maarifi sahəsində tədbirlərin həyata keçirilməsi işlərində, o cümlədən, Maarif Nazirliyi yanında təşkil olunmuş əlifba komissiyasının tərkibində latın qrafikasına keçmək üçün təqdim olunmuş layihələrin müzakirəsində fəal iştirak edib.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Nuxa şəhərinə qayıtmış, Nuxa şəhərində oğlan və qız seminariyasını təşkil etmiş, bir müddət Nuxa pedaqoji məktəbində müəllim işləmişdir. Eyni zamanda SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının elmi işçisi kimi elmi, pedaqoji, ədəbi sahədə axtarışlarını davam etdirmiş, Azərbaycan el ədəbiyyatı nümunələrini toplamışdır.

1924-cü ildə Azərbaycanın I Ölkəşünaslıq Qurultayına nümayəndə və Etnoqrafiya Cəmiyyətinin Şəki şöbəsinin elmi katibi seçilib.

Vəfatı[redaktə | HTML redaktə]

Rəşid bəy Əfəndiyevin qəbri

31 avqust 1942-ci il tarixdə – 79 yaşında, Nuxada (indiki Şəki) vəfat edib. Nuxadakı Xoçik qəbirstanlığında, həyat yoldaşı ilə eyni qəbirdə dəfn olunub.

Xatirəsi[redaktə | HTML redaktə]

Şəkidə ölkəşünaslıq muzeyi, məktəb, kitabxana və küçə onun adını daşıyır.

60, 70, 100 illik yubileyləri keçirilmiş, əsərləri kütləvi tirajla nəşr olunmuşdur.

Ailəsi[redaktə | HTML redaktə]

Rəşid bəy Əfəndiyevin ailə üzvləri; soldan: 1) Mahtaban xanım, 2) Cəmilə xanım, 3) Məmməd Əfəndiyev, 4) Naimə xanım, 5) Maral xanım. Arxada: İzzət Nəbiyev.

2 oğlu və 4 qızı olub;

Oğllanları:

  • Məmməd Əfəndiyev (1887 – 1977) – Azərbaycan Dövlət Universitetinin riyazi analiz kafedrasının müdiri (1935-1965) və professor olub.
  • Nadir Əfəndiyev – həkim-cərrah olub.

Qızları:

  • Maral Əfəndiyeva-Nəbiyeva (1889 – 1967) – atası kimi bütün ömrünü xalq maarifi işinə həsr etmiş, Tərtərdə, Qarğabazarda (indiki Füzuli rayonu), Nuxada ilk Azərbaycan qız məktəblərinin yaradılmasında və pedaqoji fəaliyyəti ilə gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynamışdır.
  • Mahtaban Əfəndiyeva-Rüstəmova (1900 – 1972) – 1915-ci ildə Nuxada açılmış “Müqəddəs Nina” qız gimnaziyasında müəllim işləmiş, 1920-ci ildə Nuxada açılmış Darülmüəllimatın (müəllimələr institutu) ilk müdiri olmuşdur, sonralar Vartaşendə rus və fransız dillərindən dərs deyib.
  • Cəmilə Əfəndiyeva-İbrahimbəyli (1902-1978) – Nuxada və Bakıda pedaqoji fəaliyyətlə məşğul olub.
  • Nəymə (Naimə) Əfəndiyeva (1906 – 1980), Şəkidə, atasının qəbri yanında dəfn olunub.

Əsərləri[redaktə | HTML redaktə]

Rəşid bəy Əfəndiyev. Seçilmiş əsərləri. Bakı-2016 (Arxivləşdirilib).

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Rəşid bəy Əfəndiyev // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1980. — IV  cild. — Səhifələrin sayı:  616. — Səh.: 245-246. — 80.000 nüsx.
  2. Mərdanov M, Tahirzadə Ə. ƏFƏNDİZADƏ (Əbdür)rəşid bəy İsmayıl əfəndi oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı).. — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 245–252. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
  3. Samirə Kərimova (10 Oktyabr 2015). "Rəşid bəy Əfəndiyev/Maarif fədailərimiz". www.muallim.edu.az (azərb.). Azərbaycan müəllimi. 1 May 2017 - 27 Sep 2019 tarixində arxivləşdirilib.
  4. ƏFƏNDİYEV (Əfәndizadә) Rәşid bәy İsmayıl bәy oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 218. — ISBN 978-9952-441-13-0.
  5. Məmmədov Ə., Xalıqov F. Əfəndizadə (Əfəndiyev) Rəşid bəy İsmayıl oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 82-83. — 600 nüsx. — ISBN 5-8066-1708-4.