"Mahmud İsmayılov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Eyni redaktor tərəfindən edilmiş 6 dəyişiklik göstərilmir) | |||
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları]][[Kateqoriya:Şəkidən çıxmış şair və yazıçılar]] | + | [[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları]][[Kateqoriya:Şəkidən çıxmış şair və yazıçılar]][[Kateqoriya:Şəkinin tarixi haqqında məlumat verən müəlliflər]] |
{{Alim | {{Alim | ||
− | |Adı | + | |Piktoqram = tarix |
− | | | + | |Adı = Mahmud İsmayılov <br>(Mahmud İsmayıl) |
− | + | |Tam adı = İsmayılov Mahmud Əliabbas oğlu | |
− | |Şəkil | + | |Şəkil = Mahmud İsmayıl.png |
− | | | + | |Şəklin ölçüsü = |
− | |Doğum tarixi | + | |Şəklin izahı = Mahmud İsmayılov. |
− | |Doğum yeri | + | |Doğum tarixi = {{Doğum tarixi|1920|9|1}} |
− | | | + | |Doğum yeri = [[Nuxa]] (indiki Şəki), [[Nuxa qəzası]], {{AzSSR}} |
− | |Vəfat yeri | + | |Vəfat tarixi = {{vəfat tarixi və yaşı|2001|8|16|1920|9|1}} |
− | | | + | |Vəfat yeri = Bakı, {{AZE}} |
− | |Elm sahəsi | + | |Vəfat səbəbi = |
− | |İş yeri | + | |Dəfn yeri = |
− | |Təhsili | + | |Vətəndaşlığı = {{SSRİ}}→{{AZE}} |
− | |Elmi | + | |Milliyyəti = |
− | | | + | |Həyat yoldaşı = |
− | | | + | |Uşağı = |
− | | | + | |Atası = |
− | | | + | |Anası = |
− | |Mükafatları | + | |Elm sahəsi = tarix |
− | |İmzası | + | |Elmi dərəcəsi = tarix elmləri doktoru |
− | | | + | |Elmi adı = proffessor |
− | | | + | |İş yeri = |
+ | |Alma-mater = <!--Qədim təhsil ocaqları--> | ||
+ | |Təhsili = S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (–1941) | ||
+ | |Elmi rəhbəri = | ||
+ | |Tanınmış yetirmələri = | ||
+ | |Tanınır = Mahmud İsmayıl | ||
+ | |Mühüm layihələri = | ||
+ | |Üzvlüyü = | ||
+ | |Mükafatları = {{II dərəcəli "Vətən Müharibəsi" ordeni}}{{"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı}}{{"Qafqazın müdafiəsinə görə" medalı}} | ||
+ | |İmzası = | ||
+ | |Sayt = | ||
+ | |Commons = | ||
}} | }} | ||
− | '''Mahmud İsmayılov''' (1920–2001) — tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Tarix İnstitutunun direktor müavini. Elmi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğul | + | '''Mahmud İsmayılov''' (1920–2001) — tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Tarix İnstitutunun direktor müavini. Elmi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğul olub, bir neçə tarixi və bir xronoloji romanı çap edilib. |
== Haqqında məlumatlar == | == Haqqında məlumatlar == | ||
Sətir 33: | Sətir 44: | ||
===Hərbi xidmətdə=== | ===Hərbi xidmətdə=== | ||
− | Böyük Vətən müharibəsi ( | + | Böyük Vətən müharibəsi (1941–1945) iştirakçısıdır. |
=== Əmək fəaliyyəti === | === Əmək fəaliyyəti === |
Səhifəsinin 16:36, 1 sentyabr 2024 tarixinə olan son halı
Mahmud İsmayılov (Mahmud İsmayıl) | |
---|---|
İsmayılov Mahmud Əliabbas oğlu | |
Mahmud İsmayılov. | |
Doğum tarixi | 1 sentyabr 1920 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR |
Vəfat tarixi | 16 avqust 2001 (80 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | proffessor |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (–1941) |
Tanınır | Mahmud İsmayıl |
Mükafatları |
Mahmud İsmayılov (1920–2001) — tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Tarix İnstitutunun direktor müavini. Elmi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğul olub, bir neçə tarixi və bir xronoloji romanı çap edilib.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
1 sentyabr 1920-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1941-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Hərbi xidmətdə[redaktə | HTML redaktə]
Böyük Vətən müharibəsi (1941–1945) iştirakçısıdır.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1946-cı ildə Azərbaycan SSR EA-nın Tarix İnstitutunda laborant kimi başayıb; o cümlədən, daha sonra həmin institutda aspirant, kiçik elmi işçi, baş elmi işçi,
1952-ci ildən Azərbaycanın yeni tarixi şöbəsinin rəhbəri,
1954 – 1968-ci illərdə institutun direktor müavini,
1968 – 1983-cü illərdə şöbə müdiri,
1983-cü ildən yenidən direktor institutun müavini olub və ömrünün sonunadək həmin vəzifədə çalışıb.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1949-cu ildə elmlər namizədi elmi dərəcəsini,
1962-ci ildə elmlər doktoru elmi dərəcəsini,
1963-cü ildə isə professor elmi adını alıb.
1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Elmi yaradıcılığının əsas istiqaməti XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı, kənd təsərrüfatının tarixi problemlərinin tədqiqi olmuşdur. Onun “Azərbaycan dövlət kəndliləri XIX əsrin sonunda” (1957), “XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatı” (1960), “XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatında kapitalizm” (1964), “İmperializm dövründə Azərbaycanın sosial-iqtisadi strukturu” (1982) və b. əsərlərində Şimali Azərbaycanın kənd təsərrüfatı və iqtisadiyyatının bir sıra elmi problemləri öz əksini tapmışdır.
Mahmud İsmayılov üç cildlik “Azərbaycan tarixi”nin əsas müəlliflərindən biri, yeddi cildlik “Azərbaycan tarixi”nin IV və V cildlərinin məsul redaktoru olmuşdur. Onun 1992-ci ildə çapdan çıxmış “Azərbaycan tarixi” əsəri dəfələrlə nəşr olunmuşdur.
Mahmud İsmayılov Moskvada nəşr olunmuş “SSRİ-də tarix elminin tarixi” (1955), “Qafqaz xalqları” (1962) və b. əsərlərin yazılmasında yaxından iştirak etmişdir. O, Ankara, Kayseri, Paris, Roma, Moskva və başqa şəhərlərdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmişdir.
Mahmud İsmayılovun rəhbərliyi ilə 25-dək namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur.
Bədii yaradıcılığı[redaktə | HTML redaktə]
“Ağ yapıncı”, “Xaqani”, “El üçün yan”, “İki od arasında” adlı tarixi, “Sənin ulu baban” adlı xronoloji romanların müəllifidir.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- II dərəcəli “Vətən Müharibəsi ordeni”;
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı;
- “Qafqazın müdafiəsinə görə” medalı.
Vəfatı[redaktə | HTML redaktə]
16 avqust 2001-ci il tarixdə – 80 yaşında, Bakıda vəfat edib.
Vəfatı münasibəti ilə Azərbaycan Respublikasının rəsmi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin, Azərbaycan Respublikasının Milli Məclisin sədri Murtuz Ələsgərovun, Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin və başqa görkəmli şəxslərin imzası ilə nekroloq yayılıb.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- İsmayılov Mahmud Əliabbas oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 597. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. İsmayılov Mahmud // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 284-286. — 1.000 nüsx.
- "Vəfat etmiş müxbir üzvlər/İsmayilov Mahmud Əliabbas oğlu". science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 19 Sep 2018 – 22 Jul 2019 tarixində arxivləşdirilib.
- "MAHMUD ƏLİABBAS OĞLU İSMAYILOV (nekroloq)". azertag.az (azərb.). AZƏRTAC. 17.08.2001. 9 Apr 2015 tarixində arxivləşdirilib.
- "Bu gün alim Mahmud İsmayılovun anadan olduğu gündür". cls.az (azərb.). Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. 1 Sentyabr, 2015. 17 Aug 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkinin tarixi haqqında məlumat verən müəlliflər
- 1920-ci ildə doğulanlar
- 1 sentyabrda doğulanlar
- Sentyabrda doğulanlar
- 16 avqustda vəfat edənlər
- Avqustda vəfat edənlər
- 2001-ci ildə vəfat edənlər
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə