"Vaqif İbrahim" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Vəfatı) |
|||
Sətir 86: | Sətir 86: | ||
===Xatirəsi=== | ===Xatirəsi=== | ||
− | Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına | + | Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzi nəzdindəki klublardan biri (keçmiş Ziyalılar evi) və Sumqayıt şəhərindəki 35 saylı məktəb, [[Şəki|Şəki şəhərində]] bir küçə Vaqif İbrahimin adını daşıyır. |
==Ədəbiyyat== | ==Ədəbiyyat== |
15:57, 30 sentyabr 2024 versiyası
Vaqif İbrahim | |
---|---|
İbrahimov Vaqif Əliyar oğlu | |
Vaqif İbrahim. | |
Doğum tarixi | 30 sentyabr 1945 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfatı | 29 oktyabr 1983 (38 yaşında) |
Vəfat yeri | Sumqayıt |
Vəfat səbəbi | avtomobil qəzası |
Dəfn yeri | Saray qəsəbəsi, Abşeron rayonu |
Vətəndaşlığı | SSRİ |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (–1968) |
Mükafatları |
Vaqif İbrahim (1945–1983) — tanınmış şair və jurnalist, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı, Azərbaycan LKGİ MK-nin üzvü, “Göyərçin” jurnalının məsul katibi.
Haqında məlumatlar
30 sentyabr 1945-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1952 – 1962-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində təhsil alıb.
1968-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.
Əmək fəaliyyəti
1968 – 1970-ci illərdə Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor,
1971 – 1975-ci illərdə isə məsul redaktor vəzifəsində çalışıb.
1975 – 1976-cı illərdə “Ulduz” jurnalı redaksiyasında ədəbi işçi,
1976 – 1983-cü illərdə “Göyərçin” jurnalının məsul katibi olub.
İctimai aktivliyi
1970 – 1971-ci illərdə Sumqayıtda Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun sədri,
1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
1980 – 1983-cü illərdə Azərbaycan LKGİ MK nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik edib.
Azərbaycan komsomolunun XXX və XXXI qurultaylarının nümayəndəsi olub (XXXI qurultayda Azərbaycan LKGİ MK-nə üzv seçilib).
SSRİ – Bolqarıstan “Drujba” jurnalı redaksiya heyətinin üzvü idi.
Ədəbi yaradıcılığı
7 şeir kitabı sağlığında, nəşrə təqdim etdiyi “Taleyimə yazılanlar” adlı kitabı isə ölümündən sonra çap olunub.
Kitablarının siyahısı (çap olunduğu illər)
- Bu torpaqda doğulanlar (1970);
- Ömür balladası (1970);
- Dünyanın keşiyində (1974);
- Baykal-Amur magistralında (1975);
- Mehribanlıq işığı (1981);
- Vaxtla üz-üzə (1982);
- Taleyimə yazılanlar (1985).
Təltif və mükafatları
- “Baykal Amur magistralının fəxri inşaatçısı” adı (1975);
- Azərbaycan SSR Lenin komsomolu mükafatı (1976);
- M.Qorki adına Ümumittifaq mükafatı (1978).
Vəfatı
29 oktyabr 1983-cü il tarixdə – 38 yaşında, Bakı-Sumqayıt yolunda baş vermiş avtomobil qəzasında həlak olub. Abşeron rayonunun Saray qəsəbəsində dəfn edilib.
Xatirəsi
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzi nəzdindəki klublardan biri (keçmiş Ziyalılar evi) və Sumqayıt şəhərindəki 35 saylı məktəb, Şəki şəhərində bir küçə Vaqif İbrahimin adını daşıyır.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. İbrahim Vaqif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 546-547. — 1.000 nüsx.
- Əhmədov T. Azərbaycan yazıçıları XX–XXI yüzillikdə. — Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011. — Səhifələrin sayı: 1056. — Səh.: 962. — 1.000 nüsx. — ISBN 978-9952-460-06-3. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 sentyabr 2021.
- Mete Ə. Vaqif İbrahim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 169. — 500 nüsx.
- Abiyeva K. Bizim Vaqif İbrahim : Vaqif İbrahimin şeir akademiyası : [arx. 28.10.2022] // 525.AZ. — 2015. — 6 oktyabr. — Müraciət tarixi: 28.10.2022.
- Orsər R. Vaqif İbrahim // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 480-483. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- V
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1945-ci ildə doğulanlar
- 30 sentyabrda doğulanlar
- Sentyabrda doğulanlar
- 29 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 1983-cü ildə vəfat edənlər
- Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatları
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr