"Bahar Cəfərova" səhifəsinin versiyaları arasındakı fərqlər
(Eyni redaktor tərəfindən edilmiş bir dəyişiklik göstərilmir) | |||
Sətir 4: | Sətir 4: | ||
|Piktoqram = yazar | |Piktoqram = yazar | ||
|Orijinal adı = ''Cəfərova Bahar Cumay qızı'' | |Orijinal adı = ''Cəfərova Bahar Cumay qızı'' | ||
− | |Şəkil = Bahar | + | |Şəkil = Bahar Cəfərova.png |
− | |Şəklin ölçüsü = | + | |Şəklin ölçüsü = |
|Şəkil məlumat = Bahar Cəfərova. | |Şəkil məlumat = Bahar Cəfərova. | ||
|Doğum tarixi = {{Doğum tarixi və yaşı|1953|5|3}} | |Doğum tarixi = {{Doğum tarixi və yaşı|1953|5|3}} | ||
Sətir 36: | Sətir 36: | ||
|İmzası = | |İmzası = | ||
|Adının digər versiyası= Bahar Ceferova, Bahar Cafarova, Бахар Джафарова, Бахар Джеферова, Бахар Джефарова, Баһар Ҹәфәрова | |Adının digər versiyası= Bahar Ceferova, Bahar Cafarova, Бахар Джафарова, Бахар Джеферова, Бахар Джефарова, Баһар Ҹәфәрова | ||
− | |Saytı = | + | |Saytı = [https://www.facebook.com/profile.php?id=100021999402354 facebook səhifəsi] |
|Vikianbar = | |Vikianbar = | ||
}} | }} |
Səhifəsinin 18:13, 20 oktyabr 2024 tarixinə olan son halı
Bahar Cəfərova | |
---|---|
Cəfərova Bahar Cumay qızı | |
Bahar Cəfərova. | |
Doğum tarixi | 3 may 1953 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri |
• Fövqəladə Hallar Nazirliyi • Azərbaycan Texniki Universiteti |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (1970–1974) |
Mükafatları | |
Adının digər versiyaları | Bahar Ceferova, Bahar Cafarova, Бахар Джафарова, Бахар Джеферова, Бахар Джефарова, Баһар Ҹәфәрова |
facebook səhifəsi |
Bahar Cəfərova — filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Dissertasiya Şurasının üzvü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı.
Haqqında məlumatlar
3 may 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1960 – 1970-ci illərdə Nuxa/Şəki şəhər 11 №-li orta məktəbində,
1970 – 1974-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu) ingilis dili fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1974-cü ildə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda laborant,
1974 – 1989-cu illərdə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda tərcüməçi,
1989 – 2009-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin əcnəbi dillər kafedrasında baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb.
2009 – 2017-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında humanitar fənlər kafedrasının müdiri olub.
2017-ci ildən Fövqəladə Hallar Nazirliyində dövlət qulluqçusu vəzifəsində çalışır.
İkinci iş yerləri
Müxtəlif illərdə Heydər Əliyev adına Hərbi Ali məktəbdə, Gömrük Komitəsinin Tədris Mərkəzində, Özəl Naxçıvan Universitetində, Özəl Dağıstan Universitetində işləyib, o cümlədən, Təfəkkür və Dağıstan universitetlərində kafedra müdiri olub, 2016-ci ildən isə Azərbaycan Texniki Universitetinin professorudur.
Elmi fəaliyyəti
1994-cü ildə “Terminoloji lüğətlərin elmi əsasları və tərtibi prinsipləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1998-ci ildə dosent elmi adını alıb.
2006-cı ildə “İngilis və Azərbaycan dillərində felin zamanlar sistemi” (müqayisəli-tipoloji tədqiqat) mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
2012-ci ilin oktyabr ayında professor elmi adını alıb.
Respublika və beynəlxalq konfranslarda iştirak edib.
Çoxlu sayda dərs vəsaitlərinin və proqramlarının elmi redaktorudur, doktorantlara rəhbərlik edib, doktorluq və namizədlik dissertasiyalarının opponenti olub.
2 monoqrafiyanın, 2 dərsliyin, 2 metodik vəsaitin, 7 biblioqrafiyanın, 3 tədris proqramının və 80-dən çox elmi məqalənin, 1 lüğətin və 1 şeir kitabının müəllifidir.
Digər
2009 – 2010-cu illərdə Azərbaycan Dillər Universiteti nəzdində filologiya elmləri doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının üzvü olub.
2013 – 2015-ci illərdə AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Dissertasiya Şurasının üzvü olub.
2017 – 2019-cu illərdə Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü olub.
2020-ci ildə yenidən AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Dissertasiya Şurasına üzv seçilib.
Mükafatları
- “Avropa nəşr mətbuat evi”nin qızıl medalı və diplomu (2013).
- “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı (2013).
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Cəfərova Bahar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 100. — 1.000 nüsx.
- Cəfərova Bahar Cumay qızı // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 25 000; 592 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. —V c. — Səh. 259-260. — ISBN 978-9952-441-10-9.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- B
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 3 mayda doğulanlar
- Mayda doğulanlar
- 1953-cü ildə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar müəllimləri
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr