Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Ülkər Hüseynova" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
 
Sətir 4: Sətir 4:
 
  |Adı                  = Ülkər Hüseynova
 
  |Adı                  = Ülkər Hüseynova
 
  |Tam adı              = Hüseynova Ülkər İbrahim qızı
 
  |Tam adı              = Hüseynova Ülkər İbrahim qızı
  |Şəkil                = Ülkər Hüseynova2.jpg
+
  |Şəkil                = Ülkər Hüseynova.png
  |Şəklin ölçüsü        = 220
+
  |Şəklin ölçüsü        =
  |Şəklin izahı          = Ülkər Hüseynova özünün 80 illik yubiley tədbirində, 18 aprel 2017-ci il.  
+
  |Şəklin izahı          = Ülkər Hüseynova.  
 
  |Doğum tarixi          = {{Doğum_tarixi və yaşı|1937|4|24}}
 
  |Doğum tarixi          = {{Doğum_tarixi və yaşı|1937|4|24}}
 
  |Doğum yeri            = [[Nuxa]] (indiki Şəki), {{AzSSR}}, {{SSRİ}}
 
  |Doğum yeri            = [[Nuxa]] (indiki Şəki), {{AzSSR}}, {{SSRİ}}

Səhifəsinin 14:45, 26 oktyabr 2024 tarixinə olan son halı

Ülkər Hüseynova
Hüseynova Ülkər İbrahim qızı
Ülkər Hüseynova
Ülkər Hüseynova.
Doğum tarixi 24 aprel 1937 (1937-04-24) (87 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of the Soviet Union.svg SSRİ
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, jurnalistika şöbəsi (1955–1960)
Həyat yoldaşı Şirməmməd Hüseynov
Evladları Lalə Hüseynova, Fərəh Əliyeva

Ülkər Hüseynova — tanınmış jurnalist və elmi işçi, “Elm və həyat” jurnalının redaktor müavini və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş mütəxəssisi.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

24 aprel 1937-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1955-ci ildə Bakı şəhər 132 saylı məktəbini gümüş medalla bitirib.

1955 – 1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1966-cı ildən “Elm və həyat” jurnalında işləyir; o cümlədən,

1966–1993-cü illərdə şöbə müdiri,

1993 – 1995-ci illərdə baş redaktorun müavini,

1995 – 1997-ci illərdə baş redaktor,

1997-ci ildən sonra isə redaktor müavini olub.

2013-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş mütəxəssis vəzifəsində çalışır.

Digər fəaliyyəti[redaktə | HTML redaktə]

1999-cu ildə çap olunmuş Açıq Cəmiyyət İnstitutu ilə Rusiya Federasiyası Təhsil Nazirliyinin birgə layihəsi əsasında hazırlanmış yeni nəsil üçün tədris ədəbiyyatı olan A.A.Zakin üçcildlik «6, 7, 8, 9 yaşlı uşaqların intellekt qabiliyyətinin inkişaf etdirilməsi» kitabının tərcüməçi və redaktorlarından biri, “Rusca-Azərbaycanca-ingiliscə sənaye-kimya lüğəti”nin redaksiya-nəşriyyat qrupunun üzvü olub.

2004-cü ildə 17 çap vərəqi həcmində “Elm və həyatın işığında” adlı kitabı çap olunub; kitabda 45 il ərzində “Elm və həyat” jurnalında çap olunmuş yüzlərlə müxtəlif janrlı elmi-publisistik məqalələrinin bir qismi, o cümlədən, tanınmış elm adamları, Azərbaycan səhiyyəsinin görkəmli xadimləri ilə müsahibələri və s. mövzularda yazıları yer alıb.

2004-cü ildə çap olunmuş «Heydər Əliyev və Azərbaycanın kimya sənayesi» adlı kitabın,

2006-cı ildə çap olunmuş Lütfi Zadənin həyat yoldaşı Fey Zadənin “Qeyri-səlis məntiqin atası ilə həyatım və səyahətlərim” adlı kitabın ruscadan azərbaycancaya tərcüməçisidir.

2008-ci ildə isə vaxtilə özünün də təhsil aldığı Bakı şəhər 132 saylı orta məktəbinin 300-ə qədər məzununun həyat və fəaliyyətini əks etdirən “Mənim fəxrim – məktəbi”m adlı kitabı çap olunub.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

  • «Vətən» Media Diplomu (1993);
  • Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi Diplomu (2001, 2011);
  • Azərbaycan KİV işçiləri Həmkarlar İttifaqının «Qızıl qələm» mükafatı (1995, 2001);
  • AMEA-nın Fəxri Fərmanı (2010).

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Hüseynova Ülkər // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 175-176. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Xəlilzadə F. Ucalığa qovuşan illər (azərb.) // Azərbaycan : qəzet. — Bakı: Azərbaycan, 2011. — В. 22 iyul. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 5 Mar 2016 - 15 Mar 2018.
  3. Abasov C. Görkəmli jurnalist Ülkər Hüseynovanın 80 illiyi qeyd olundu (azərb.) // Azərbaycan : qəzet. — Bakı: Azərbaycan, 2017. — В. 19 aprel. — Səh. 4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
  4. Orsər R. Ülkər Hüseynova // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 394-396. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.