"Azər Rəşidov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya: A]][[Kateqoriya:{{Əvvəlcə familiya| | + | [[Kateqoriya: A]][[Kateqoriya:Familiya sırası ilə şəxslər|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış həkimlər]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]] |
{{Alim | {{Alim | ||
|Piktoqram = tibb | |Piktoqram = tibb |
18:59, 24 iyun 2020 versiyası
Azər Rəşidov | |
---|---|
Rəşidov Azər Məmməd oğlu | |
Azər Rəşidov | |
Azər Rəşidov koronavirus pandemiyası ilə bağlı APA-ya video-müsahibə verərkən (10.04.2020)[1]. | |
Doğum tarixi | 22 oktyabr 1957 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Məkkə şəhərindəki (Səudiyyə Ərəbistanı) Kral Əbdüləziz xəstəxanasının infeksion nəzarət şöbəsi |
Elmi dərəcəsi | tibb elmləri namizədi |
Təhsili |
|
Azər Rəşidov (Rəşidov Azər Məmməd oğlu; d. 22 oktyabr 1957, Nuxa, Azərbaycan SSR, SSRİ) − azərbaycanlı epidemioloq-həkim, tibb elmləri namizədi, Kral Əbdüləziz xəstəxanasında (Məkkə, Səudiyyə Ərəbistanı) infeksion xəstəliklərin profilaktikası və nəzarəti şöbəsinin müdiri (2000-ci ildən).
Haqqında məlumatlar
1957-ci ildə Nuxa şəhərində anadan olub.
1961-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
1975-ci ildə Bakıda orta məktəbi bitirib.
1975 – 1981-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun tibbi-profilaktika fakültəsində təhsil alıb.
1981-ci ilin sentyabrından 1984-cu ilin noyabrınadək Kizlyar şəhər Mərkəzi Xəstəxanasında (Dağıstan MSSR, RSFSR) epidemiologiya şöbəsinin müdiri olub.
1984-cü ilin oktyabrından 1988-ci ilin sentyabrınadək Tropik Təbabət və Tibbi Parazitologiya Elmi-Tədqiqat İnstitutunda (Bakı, Azərbaycan SSR) kiçik elmi işçi vəzifəsində çalışb.
1988 – 1992-ci illərdə epidemiologiya ixtisası üzrə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin epidemiologiya kafedrasının aspiranturasında təhsil alıb.
1992-ci ildə Moskvadakı N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
1992-ci ilin yanvarından 1996-ci ilədək Tibbi Profilaktik Təbabət Milli Tədqiqat İnstitutunda (Bakı, Azərbaycan Respublikası) Bağırsaq infeksiyaları şöbəsinin müdiri vəzifəsində işləyib. Eyni zamanda Bakıdakı Xəzər Universitetinin mikrobiologiya, epidemiologiya və infeksion xəstəliklər kafedrasında (1993 – 1995) dosent vəzifəsini tutub.
1996-cı ilin dekabrından 2000-ci ilədək Azərbaycan Qızıl Aypara Cəmiyyətində (Azərbaycan Respublikası, Bakı) Tibb Şöbəsinin müdiri vəzifəsində işləyib. Eyni zamanda Bakıdakı Müstəqil Azərbaycan Universitetinin mikrobiologiya, epidemiologiya və infeksion xəstəliklər kafedrasında (1998 – 2000) dosent vəzifəsini tutub.
Qrant əsasında 3 ay ABŞ-da (Klivlend şəhəri), Avstriyada və Macarıstanda çalışıb.
2000-ci ildən Kral Əbdüləziz xəstəxanasında (Məkkə, Səudiyyə Ərəbistanı) infeksion xəstəliklərin profilaktikası və nəzarəti şöbəsinin müdiridir.
2003-cü ilin yanvarında Səhiyyə Mütəxəssisləri üzrə Səudiyyə Şurası tərəfindən tibb-mütəxəssis-epidemioloqu kimi təsdiqlənib.
30-dan çox elmi məqaləsi, bağırsaq çöpləri infeksiyası və hepatit virusu mövzusunda həkimlər üçün 3 metodik tövsiyəsi çap olunub. Azərbaycanda və bir çox ölkələrdə elmi simpozium və konfranslarda məruzələrlə çıxış edib.
Azərbaycanca, rusca ingiliscə və ərəbcə sərbəst danışır.
Ailəlidir, iki övladı var.
Rəşidovların nəsil şəcərəsi
Rəşidovların nəsil şəcərəsi
Telli bəyim Cəfər ağa qızı Şəkixanova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mirzə Həmid bəy (polkovnik) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid bəy | Mürsəl bəy | Mələksima (Qönçə) | İsmayıl Rəşidov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid | Mirzə Həmid | Münəvvər Rəşidova (Qaragözova) | Məmməd İsmayıl oğlu Rəşidov | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Məmməd Rəşidov (1916–1988).
Əhməd Rəşidov (1918–1982).
Səyyarə Rəşidova (1923–1996).
Tofiq Kazımov (1947–2009).
Mənbə
- Məmmədov Ə., Xalıqov F. Рашидов Азер Мамед оглы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 464 – 465. — 1.000 nüsx.