"İskəndər xan Xoyski" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:İ{{Şəxs |Adı = İskəndər xan Xoyski |Orijinal adı = |Tam adı = İskəndər xan Kəlbəli xan oğlu Xoyski |Digər adları =...' ilə yarat) |
(Fərqli deyil)
|
13:13, 17 iyul 2020 versiyası
İskəndər xan Xoyski | |
---|---|
Anadan olub | 25 may 1820 |
Anadan olduğu yer | Gəncə |
Vəfat edib | 16 iyul 1894 |
Vəfat etdiyi yer | Gəncə |
Dəfn yeri | Səbiskar qəbiristanlığı |
Həyat yoldaşı | Səadət xanım |
Uşaqları | Fətəli xan Xoyski, Rüstəm xan Xoyski |
Atası | Kəlbəli xan Xoyski |
Anası | Sara bəyim |
Mükafatları | Georgi xaçı |
İskəndər xan Kəlbəli xan oğlu Xoyski (25 may 1820-16 iyul 1894) — Çar ordusunun general-leytenantı, Fətəli xan Xoyskiın atası.[1]
Həyatı
İskəndər xan Kəlbəli xan oğlu 1820-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İlk təhsilini ailədə almışdır. 19 noyabr 1841-ci ildə Zaqafqaziya atlı-müsəlman alayında naib kimi xidmətə başlamışdı. 22 oktyabr 1847-ci ildə Leyb-Qvardiyaya kornet rütbəsində dəyişilmişdi. 6 dekabr 1852-ci ildə ştabs-rotmisr, 15 aprel 1854-cü ildə totmistr rütbələri almışdı.
İskəndər xan Xoyski 15 may 1883-cü ildə general-mayor, 16 dekabr 1889-cu ildə general-leytenant rütbələri almışdı.
İskəndər xan Xoyski 16 iyul 1894-cü ildə vəfat edib.
Ailəsi
İskəndər xan birinci nikahda Səadət bəyim İsmayıl xan qızı Dünbili ilə, ikinci nikahda Şəhribanu xanım Molla Hacı Zeynal qızı Şəkili ilə ailə qurmuşdu. Birinci nikahdan Cahangir xan adlı oğlu, Səltənət bəyim adlı qızı, ikinci nikahdan Hüseynqulu xan, Fətəli xan, Abbasqulu xan, Rüstəm xan adlı oğlanları, Tubu bəyim adlı qızı vardı.
Mükafatları
İskəndər xan Xoyski 3-cü dərəcəli “Müqəddəs Anna” (23.02.1849), 2-cü dərəcəli “Müqəddəs Stanislav”,(4.07. 1859), 4-ci dərəcəli “Müqəddəs Vladimir” (27.09.1871), 2-cü dərəcəli “Müqəddəs Anna” (16.11.1871) ordenləri, qılınc, Georgi xaçı (11.10.1914) və başqa təltiflərə layiq görülmüşdü.
Maraqlı faktlar
İskəndər xan öz böyük nəsli üçün Gəncənin Səbskar məzarlığında iri bir məqbərə tikdirmişdi. Orada uyumaq yalnız iki övladına qismət olub: oğlu Cahangir xan Xoyskiyə və qızı Tutubəyimə. Digər övladları isə bolşevik işğalından sonra ya ölkədən getməli olmuş, getməyənlər isə ya güllələnmiş və ya sürgünə göndərilmişdir.
Həmçinin bax
İstinadlar
- ↑ "Milli dövlətçilik tariximizin parlaq siması". bsu.edu.az. (#archive_url)
- İ
- 1820-ci ildə doğulanlar
- 25 mayda doğulanlar
- Mayda doğulanlar
- 1894-cü ildə vəfat edənlər
- 16 iyulda vəfat edənlər
- İyulda vəfat edənlər
- III dərəcəli Müqəddəs Anna ordeninin kavalerləri
- II dərəcəli Müqəddəs Stanislav ordeninin kavalerləri
- IV dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- II dərəcəli Müqəddəs Anna ordeninin kavalerləri
- Şəxslər (ad sırası ilə)
- Xoyskilər
- Azərbaycan hərbçiləri
- Gəncədə doğulanlar
- Azərbaycanlı generallar
- Gəncədə vəfat edənlər