"Əbdüləzəl Dəmirçizadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış | + | [[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]] |
{{Alim | {{Alim | ||
− | |Adı | + | |Piktoqram = <!--yalnız riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi variantlarından birini seçin--> |
− | | | + | |Adı = Əbdüləzəl Dəmirçizadə |
− | |Şəkil | + | |Tam adı = Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu |
− | | | + | |Şəkil = Əbdüləzəl_Dəmirçizadə.jpg |
− | |Doğum tarixi | + | |Şəklin ölçüsü = |
− | |Doğum yeri | + | |Şəklin izahı = |
− | | | + | |Doğum tarixi = {{Doğum tarixi|1909|7|8}} |
− | |Vəfat yeri | + | |Doğum yeri = [[Nuxa]], [[Nuxa qəzası]], Yelizavetpol quberniyası, {{Rusİmp}} |
− | | | + | |Vəfat tarixi = {{Vəfat tarixi və yaşı|1979|4|10|1909|7|7}} |
− | | | + | |Vəfat yeri = |
− | | | + | |Vəfat səbəbi = |
− | | | + | |Dəfn yeri = |
− | | | + | |Vətəndaşlığı = |
− | |Elmi dərəcəsi | + | |Milliyyəti = |
− | |Elmi | + | |Həyat yoldaşı = |
− | |Elmi rəhbəri | + | |Uşağı = |
− | |Tanınmış yetirmələri = | + | |Atası = |
− | |Tanınır | + | |Anası = |
− | |Mükafatları | + | |Elm sahəsi = |
− | |İmzası | + | |Elmi dərəcəsi = filologiya elmləri doktoru |
− | | | + | |Elmi adı = professor |
− | | | + | |İş yeri = |
+ | |Alma-mater = <!--Qədim təhsil ocaqları--> | ||
+ | |Təhsili = <!--Müasir təhsil ocaqları--> | ||
+ | |Elmi rəhbəri = | ||
+ | |Tanınmış yetirmələri = | ||
+ | |Tanınır = <!--Alimə fəaliyyətinə görə verilən ləqəb--> | ||
+ | |Mühüm layihələri = | ||
+ | |Üzvlüyü = | ||
+ | |Mükafatları = {{Azərbaycan SSR əməkdar elm xadimi}}{{Azərbaycan SSR dövlət mükafatı}} | ||
+ | |İmzası = | ||
+ | |Sayt = | ||
+ | |Commons = | ||
}} | }} | ||
− | |||
'''Əbdüləzəl Dəmirçizadə''' (1909–1979) — Azərbaycan EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı. | '''Əbdüləzəl Dəmirçizadə''' (1909–1979) — Azərbaycan EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı. | ||
23:55, 9 aprel 2021 versiyası
Əbdüləzəl Dəmirçizadə | |
---|---|
Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu | |
Doğum tarixi | 8 iyul 1909 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 10 aprel 1979 (69 yaşında) |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Mükafatları |
Əbdüləzəl Dəmirçizadə (1909–1979) — Azərbaycan EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı.
Həyatı
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə 1909-cu ildə Şəkidə anadan olmuşdur. O, ibtidai və orta təhsilini Şəkidə almışdır. Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra 1925-ci ildə 2 saylı şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Onun ilk məqaləsi də həmin ildə «Yeni Məktəb» məcmuəsində dərc edilmişdir. Ə.Dəmirçizadə gəncliyində bədii yaradıcılığa böyük həvəs göstərmiş, bir sıra şeirlər, hekayələr və oçerklər yazmışdır. Lakin onu elmi iş daha çox maraqlandırmış və buna görə də bütün fəaliyyətini elmi tədqiqat sahəsinə istiqamətləndirmişdir. Ə.Dəmirçizadə 1929-cu ildə Bakı şəhərinə gəlmiş və ADU-nun Pedaqoji fakültəsinə daxil olmuşdur. O, 1933-cü ildə APİ-nin Dillər kafedrasına aspirant qəbul olunmuşdur. 1936-cı ildə «Türk dili» adlı ilk kitabı, aspiranturanı qurtardıqdan sonra isə, yəni 1938-ci ildə «Azərbaycan ədəbi dili tarixinin xülasələri» adlı ikinci kitabı işıq üzü görmüşdür. 1940-cı ildə Ə.Dəmirçizadəyə filologiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
Dil tarixi sahəsində elmi tədqiqatlarını davam etdirən alim 1944-cü ildə «Azərbaycan dilinin tarixi (qədim dövr)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1945-ci ildə isə professor elmi adına layiq görülmüşdür. O, 1940-cı ildən 1943-cü ilə qədər Azərbaycan Dövlət Universitetində (indiki BDU), 1943-cü ildən ömrünün sonuna qədər isə Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi kafedralarına rəhbərlik etmişdir.
Ə.Dəmirçizadə 1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi-metodik məqaləsi çap olunmuşdur. Bu əsərlərdə yenilikçi alim kimi daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələri (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırılmışdır. Alimin «Azərbaycan dili tarixi xülasələri», «M.F.Axundov dil haqqında və Axundovun dili», «Azərbaycan dilinin tarixi», «Azərbaycan ədəbi dilinin inkişaf yolları», «Kitabi-Dədə Qorqud» dastanının dili», «Azəri ədəbi dilinin tarixi», «Azərbaycan dilinin tarixi qrammatikası» və ölümündən sonra çap olunmuş «Azərbaycan ədəbi dilinin tarixi (II hissə)», «Azərbaycan dili orfoepiyasının əsasları» kitabları yalnız Azərbaycan dilçiliyini deyil, ümumilikdə türkologiya elmini zənginləşdirmişdir. Görkəmli alim etimoloji tədqiqatlar sahəsində də xeyli iş görmüş, araşdırmalarını ümumiləşdirərək 1962-ci ildə «50 söz» adlı orijinal kitab nəşr etdirmişdir.
AMEA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir.
Xatirəsi
Именем Абдулазала Демирчизаде названа улица в городе Баку.
На стене дома в Баку, в котором проживал Демирчизаде, установлена мемориальная доска.
Aidiyyəti məqalələr
Ədəbiyyat
- Dəmirçizadə Əbdüləzəl // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1979. — III cild. — Səhifələrin sayı: 628. — Səh.: 406. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Dəmirçizadə Əbdüləzəl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 103 – 106. — 1.000 nüsx.
- Mete Ə. Ana dili başqa dillərin açarıdır, azərbaycan dilinin qüdrətli alimi // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 182 – 185. — 500 nüsx.
- Dəmirçizadə Əbdüləzəl // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. —VI c. — Səh. 557. — ISBN 978-9952-441-11-6.
- "Vəfat etmiş müxbir üzvlər/Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyas. 18 Sep 2018 – 17 Jan 2021 tarixində arxivləşdirilib.
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1909-cu ildə doğulanlar
- 8 iyulda doğulanlar
- İyulda doğulanlar
- 10 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 1979-cu ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Azərbaycan SSR dövlət mükafatı laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr