"Pyotr Babayev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 53: Sətir 53:
  
 
=== Əmək fəaliyyəti ===
 
=== Əmək fəaliyyəti ===
1901 – 1904-cü illərdə ixtisasına uyğun iş axtarmaq üçün əvvəl Volqaboyunu, sonra isə Şimali Qafqazı gəzmiş, müxtəlif yerlərdə ixtisassız fəhlə kimi qara işlərdə çalışmışdır. Bir müddət isə bir paroxodun əvvəl qazanxanasında ocaqçı, sonra isə həmin paroxodun maşinistinin köməkçisi olmuşdur.  
+
1901 – 1904-cü illərdə ixtisasına uyğun iş axtarmaq üçün əvvəl Volqaboyunu, sonra isə Şimali Qafqazı gəzmiş, müxtəlif yerlərdə ixtisassız fəhlə kimi qara işlərdə çalışmışdır. Bir müddət isə bir paroxodun əvvəl qazanxanasında ocaqçı, sonra isə həmin paroxodun maşinistinin köməkçisi olub.  
  
 
1912-ci ildə hərbi xidmətdən tərxis edildikdən sonra həyat yoldaşı ilə birlikdə Moskvaya gedib və 1914-cü ilədək – yenidən hərbi xidmətə çağırılanadək, Sokolniki tramvay təmiri parkında çilingər işləyib.
 
1912-ci ildə hərbi xidmətdən tərxis edildikdən sonra həyat yoldaşı ilə birlikdə Moskvaya gedib və 1914-cü ilədək – yenidən hərbi xidmətə çağırılanadək, Sokolniki tramvay təmiri parkında çilingər işləyib.

22:21, 25 aprel 2021 versiyası

Pyotr Babayev
Babayev Pyotr Akimoviç rus.: Пётр Акимович Бабаев
Pyotr Babayev
Pyotr Babayev.
Anadan olub 6 oktyabr 1883(1883-10-06) (29 may)
Anadan olduğu yer Kasimov, Ryazan quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 25 aprel 1920 (36 yaşında)
Vəfat etdiyi yer Moskva, Flag of the Russian Soviet Federative Socialist Republic (1954–1991).svg RSFSR
Vəfat səbəbi vərəm
Uşağı Valentina Petrovna Bagina
Atası Həkim Babayev
Anası Lyubov Qriqoriyeva
Vətəndaşlıq Flag of Russia.svg Rusiya İmperiyasıFlag of the Russian Soviet Federative Socialist Republic (1954–1991).svg RSFSR
Mükafatları RUS Imperial Order of Saint George ribbon.svg

Pyotr Babayev (1883–1920) — azərbaycan əsilli Rusiya inqilabçısı və ictimai-siyasi xadimi, Moskva şəhər Sokolniki rayon sovetinin sədri.

Haqında məlumatlar

10 iyun (29 may) 1883-cü il tarixdə Rusiya İmperiyasının Ryazan quberniyasındakı Kasimov şəhərində anadan olub.

Təhsili

1891 – 1896-cı illərdə Kasimovda dördillik ibtidai təhsil alıb.

1896 – 1901-ci illərdə kiçik bir mexaniki zavodda şagird olub.

Hərbi xidmətdə

1904-cü ildə hərbi xidmətə çağırılıb. Baltik donanmasında xidmət etməyə başlayıb. Sonra səhhəti ilə əlaqədar donanmadan çıxarılaraq piyada qoşunlarında xidmət etməyə göndərilib. Rus-yapon müharibəsində (1904–1905) iştirak edib. Daha sonra iki il Yekaterinoslavdakı ehtiyatda olan Perekop alayının emalatxanasında yaxşı bir çilingər kimi xidmət edib. 1912-ci ildə hərbi xidmətdən tərxis olunub.

1914 – 1916-cı illərdə yenidən hərbi xidmətdə olub, Almaniya cəbhəsində vuruşub və Georgiyev xaçı ilə təltif olunub.

Siyasi aktivliyi

1905-ci ildə – Baltik donanmasında hərbi xidmətdə olarkən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasına üzv olub. Bundan sonra matroslar arasında aktiv siyasi təbliğatla məşğul olmağa başlayıb. Dəfələrlə həbs edilərək cəza kamerasında salınıb.

1917-ci il Fevral inqilabında aktiv fəaliyyət göstərib. 10 iyun 1917-ci il tarixdə Patron zavodunun əmək kollektivinin əksəriyyətinin səsi ilə (2848 nəfərdən 2357) Patron zavodunun Zavod komitəsinin üzvü seçilib. Bir neçə gündən sonra isə Petroqrad Fəhlə və Əsgər Deputatları Sovetinin üzvü seçilib.

Əmək fəaliyyəti

1901 – 1904-cü illərdə ixtisasına uyğun iş axtarmaq üçün əvvəl Volqaboyunu, sonra isə Şimali Qafqazı gəzmiş, müxtəlif yerlərdə ixtisassız fəhlə kimi qara işlərdə çalışmışdır. Bir müddət isə bir paroxodun əvvəl qazanxanasında ocaqçı, sonra isə həmin paroxodun maşinistinin köməkçisi olub.

1912-ci ildə hərbi xidmətdən tərxis edildikdən sonra həyat yoldaşı ilə birlikdə Moskvaya gedib və 1914-cü ilədək – yenidən hərbi xidmətə çağırılanadək, Sokolniki tramvay təmiri parkında çilingər işləyib.

1916-cı ilin əvvəllərində həm səhhətinə görə və həm də yüksək ixtisaslı mütəxəssis olduğuna görə cəbhədən geri çağırılaraq Petroqrad hərbi zavoduna işləməyə göndərilib.

1918-ci ildə bir müddət RK(b)P-nın əvəl Tambov şəhər partiya komitəsinin, sonra isə Moskva şəhər Sokolniki rayon partiya komitəsinin katibi olub.

1919-cu ildə Moskva şəhər Sokolniki rayon sovetinin sədri seçilib və vəfatına qədər həmin vəzifədə çalışıb.

Vəfatı

25 aprel 1920-ci il tarixdə – 36 yaşına, Moskvada vərəmdən vəfat edib.

Ailəsi

Atası 1878-ci il Nuxa (indiki Şəki) fəhlə tətillərinin təşkilatçısı kimi Nuxadan Kasimova sürgün olunmuş Həkim Babayev, anası isə Kasimov sakinini olan Lyubov Qriqoriyeva adlı bir rus qadın idi. 1907-ci ildə hərbi xidməti başa çatdıqdan sonra Natalya Petrovna Kuznetsova adlı rus qadınla ailə qurub. Bu nikahdan Valentina adlı qızları doğulub.

Xatirəsi

1922-ci ildə Moskvadakı məşhur Abrikosova şirniyyat fabrikinə Pyotr Babayevin adı verilib.

1984-cü ildə Azərbaycan KP MK Pyotr Babayevin anadan olmasının 100 illik yubileyini keçirmək barədə qərar qəbul etmişdir. Bu münasibətlə V.İ.Lenin adına Şəki İpək İstehsal Birliyinin 3 №-li filialına və Şəki rayonundakı üzümçülük sovxozuna Pyotr Babayevin adı verilmiş, Şəkidə onun adını daşıyan mədəniyyət və istirahət parkı salınmış və həmin parkda onun büstü qoyulmuşdur. Pyotr Babayevin Şəkidə keçirilmiş 100 illik yubiley tədbirində onun Moskvada yaşayan qızı Valentina Petrovna Bagina da iştirak etmişdir.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Babayev Pyotr // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 59 – 60. — 1.000 nüsx.;
  2. Salam A. (2014). "Pyotr Babayev kim və haralı olub?". http://www.anl.az/ (azərb.). 525-ci qəzet. 24 Apr 2021 tarixində arxivləşdirilib..

Şablon:Yaxşı məqalə