Töhrab Hüseynov: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
|||
Sətir 42: | Sətir 42: | ||
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
10 aprel 1954-cü il tarixdə Nuxada anadan olub. | 10 aprel 1954-cü il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olub. | ||
[[Fayl: T.Hüseynov, 1987b.jpg|200px|thumb|left|T.Hüseynov Fuad Əbdürəhmanov adına Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru işlədiyi zaman, 1987-ci il.]] | [[Fayl: T.Hüseynov, 1987b.jpg|200px|thumb|left|T.Hüseynov Fuad Əbdürəhmanov adına Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru işlədiyi zaman, 1987-ci il.]] | ||
18:44, 10 aprel 2022 versiyası
Töhrab Hüseynov | |
---|---|
Hüseynov Töhrab Fərrux oğlu | |
Töhrab Hüseynov, 2002-ci il. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 aprel 1954 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili |
Şəki Musiqi Texnikumu (1969–1973) Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1974–1979) |
Töhrab Hüseynov — musiqiçi-pedaqoq, Şəki Musiqi Texnikumunun sabiq direktoru.
Haqqında məlumatlar
10 aprel 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1961 – 1971-ci ildə 10 №-li Nuxa/Şəki şəhər orta məktəbində,
1963 – 1968-ci illərdə Nuxa şəhər yeddiillik musiqi məktəbinin tar sinfində,
1969 – 1973-cü illərdə Şəki Musiqi Texnikumunda,
1974 – 1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (tar ixtisası üzrə) təhsil alıb.
Əmək fəaliyyəti
1969-cu ildən uşaq bağçalarında, sonralar yeddiillik uşaq musiqi məktəblərində (Şəkidə və Bakıda) müəllim işləyib.
1979 – 1987-ci illərdə Şəki Musiqi Texnikumunda şöbə müdiri,
1987 – 1989-cu illərdə Fuad Əbdürəhmanov adına Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru olub.
1989 – 2010-cu illərdə əvvəlcə qısa müddət (1989-cu ilin 5 iyul – 1 avqust tarixləri arası) Şəki Musiqi Texnikumunda tədris işləri üzrə direktor müavini, sonra isə (1 avqust 1989-cu il – 7 iyun 2010-cu il tarixləri arası) direktor vəzifəsində çalışıb.
İctimai aktivliyi
1990-cu ildə Şəki Şəhər Sovetinin deputatı seçilib.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Yeni Azərbaycan Partiyasının I – III və Azərbaycan müəllimlərinin XI – XIII qurultaylarının nümayəndəsi olub.
Şəki Musiqi Texnikumunun direktoru olduğu illərdə (1989 – 2010) Şimal – Qərb regionunda keçirilən mədəni-kütləvi tədbirlərdə yaxıbdan iştirak edib.
-
2002-ci ildə Heydər Əliyev Şəkidə Olimpiya İdman Kompleksinin açılışında iştirak edərkən Şəki Musiqi Texnikumunun xor, orkestr və rəqs qrupu çıxışı.
-
Ü.Hacıbəylinin anadan olmasının 120 illiyi ilə əlaqədar olaraq Musiqi Texnikumunun xor, orkestr, kamera ansanblı Şəki şəhər ictimaiyyəti qarşısında çıxış edərkən, 2005-ci il.
-
Şəki Musiqi Texnikumunun folklor qrupu, 2001-ci il.
-
T.Hüseynov Megəçevirdə uşaq musiqi məktəblərinin kollektivləri qarşısında çıxış edərkən, 2001-ci il.
-
Bəstəkar S.Ələsgərov Şəki Musiqi Texnikumunda keçirilən dövlət imtahanlarında iştirak etdikdən sonra, 1998-ci il.
-
O.Quliyev, T.Hüseynov və S.Ələsgərov, 1979-cu il.
-
T.Hüseynov direktoryanı müşavirə zamanı, 2004
Mükafatları
- Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Şəki şəhər İH başçısının, Şəki şəhər Xalq Marifi Şöbəsinin fəxri fərmanları.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Hüseynov Töhrab // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 172-173. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |