"Elvin Nuri" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 63: | Sətir 63: | ||
28 sentyabr 2021-ci il tarixdə Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq Teatrında Vətən müharibəsinin başlanmasının ildönümünə həsr etdiyi “Yollar qaytarar səni” adlı birpərdəli dramatik pyesi tamaşaya qoyulub. | 28 sentyabr 2021-ci il tarixdə Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq Teatrında Vətən müharibəsinin başlanmasının ildönümünə həsr etdiyi “Yollar qaytarar səni” adlı birpərdəli dramatik pyesi tamaşaya qoyulub. | ||
− | |||
===Təltif və mükafatları=== | ===Təltif və mükafatları=== |
15:47, 29 sentyabr 2021 versiyası
Elvin Nuri | |
---|---|
Nuri Elvin Elşən oğlu | |
Elvin Nuri. | |
Doğum tarixi | 15 iyul 1999 |
Doğum yeri | Şəki, Azərbaycan |
Təhsili |
• Bakı Xoreoqrafiya Akademiyası, xalq bölməsi (2012–2017) • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, aktyor sənəti fakültəsi (2017–2021) • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, rejissor sənəti fakültəsi (2021–) |
Teatr | Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı |
facebook səhifəsi |
Elvin Nuri — gənc şair və yazıçı, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baletmeyster-xoreoqrafı.
Haqqında məlumatlar
15 iyul 1999-cu il tarixdə Şəkidə anadan olub.
Təhsili
2005 – 2012-ci illərdə Şəki şəhər 11 saylı tam orta məktəbində,
2012–2017-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasının xalq bölməsində,
2017–2021-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti fakültəsində təhsil alıb.
2021-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor sənəti fakültəsində təhsil alır.
Əmək fəaliyyəti
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında baletmeyster-xoreoqraf vəzifəsində işləyir.
Ədəbi-bədii yaradıcılığı
2011-ci ildən ədəbi-bədii yaradıcılığa başlayıb.
2016-cı ilin yanvar ayından Azərbaycan Yazıçılar Birliyi Gənc Ədiblər Məktəbinin üzvüdür.
Bir sıra mətbuat vasitələrində, “Bölgədən səslər-5” toplusunda və Ramiz Orsərin “Şəkidən gələn səslər” toplusunda şeirləri çap olunub.
20-dən çox əsəri türk azərbaycan dilinə tərcümə edib. 3000-ə yaxın şerin, esselərin, mənsur şeirlərin bir neçə pyesin, bir kitabın müəllifidir.
28 sentyabr 2021-ci il tarixdə Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq Teatrında Vətən müharibəsinin başlanmasının ildönümünə həsr etdiyi “Yollar qaytarar səni” adlı birpərdəli dramatik pyesi tamaşaya qoyulub.
Təltif və mükafatları
Gənclər və İdman Nazirliyinin fəxri fərmanı.
Ədəbiyyat
- Orsər R. Elvin Nuri // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 840-844. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Dadaşov M. Şəki Şəhər Mədəniyyət Mərkəzində yeni tamaşaya ictimai baxış olub : [arx. 28.09.2021] // AZƏRTAC. — 2021. — 28 sentyabr. — Müraciət tarixi: 28.09.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- E
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış aktyorlar
- 15 iyulda doğulanlar
- İyulda doğulanlar
- 1999-cu ildə doğulanlar
- Teatr xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə