"Bəhram Çələbi" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya: | + | [[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|Mustafabəyli Bəhram]][[Kateqoriya:Şəkidən çıxmış jurnalistlər]][[Kateqoriya:Şəkidən çıxmış şair və yazıçılar]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]] |
{{Yazıçı | {{Yazıçı | ||
|Adı = Bəhram Çələbi | |Adı = Bəhram Çələbi | ||
Sətir 87: | Sətir 87: | ||
== Həmçinin, bax: == | == Həmçinin, bax: == | ||
* [[Hüseyn Mustafabəyli]] | * [[Hüseyn Mustafabəyli]] | ||
+ | |||
+ | {{Yoxlanılmış məqalə}} | ||
[[az:Bəhram Çələbi]] | [[az:Bəhram Çələbi]] |
18:19, 8 oktyabr 2021 versiyası
Bəhram Çələbi | |
---|---|
Mustafabəyli Bəhram Nütvəli oğlu | |
Bəhram Çələbi. | |
Təxəllüsü | Bəhram Çələbi |
Doğum tarixi | 26 oktyabr 1946 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, energetika fakültəsi (–1969) |
Bəhram Çələbi — Azərbaycan yazıçısı, daha çox kriminal avtoritetlər haqqında qələmə aldığı romanları ilə tanınır və bu mövzuda 10-dan çox kitabı çap olunmuşdur.
Haqqında məlumatlar
26 oktyabr 1946-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1964-cü ildə Nuxa şəhər 2 №-li orta məktəbini,
1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirib.
Əmək fəaliyyəti
1969 – 1972-ci illərdə Sumqayıt Elmi-Tədqiqat İnstitutunda layihələşdirici mühəndis,
1972 – 1975-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika kafedrasında laborant,
1975 – 1978-ci illərdə yenidən Sumqayıt Elmi-Tədqiqat İnstitutunda layihələşdirici mühəndis,
1978– 1980-cı illərdə Şəki Texniki Peşə məktəbində müəllim,
1980 – 1996-cı illərdə Şəki Şahmat Məktəbinin direktoru vəzifəsində işləyib.
1996-cı ildən əvvəl Bakıda “Kaspian Oyl” informasiya agentliyində, daha sonralar isə “Avtoritet”, “Kriminal”, “İnterpolis” qəzetlərində çalışıb.
Yaradıcılığı
İlk olaraq idman mövzusunda məqalələr, şeirlər, hekayələri, daha sonra “Avtoritet”, “Kriminal”, “İnterpolis” qəzetlərində kriminal mövzuda məqalələri dərc olunub.
2003-cü ildən oğru dünyası mövzusunda kitabları çap olunmağa başlayıb. İlk kitabı “Diktator Ağakərim” romanı olub; bunun rus dilində tərcüməsi isə “Boq Urala” adı ilə oxuculara təqdim edilmişdir.
Kitabları
- “Diktator Ağakərim” (2003);
- “Mamlyuk Cəbrayıl” (2004);
- “Lotu Bəxtiyar” (2003);
- “Lotu Bəxtiyar” (I, II, III kitablar 2006, 2007, 2008);
- “Dağlı Cavanşir” (2007);
- “Sabirabadlı Hikmət” (2007);
- “Lotular, cayıllar və...” (2010);
- “TT Nəriman” (2010);
- “Zina Passajskaya” (2013);
- “Lotu Bəxtiyar” (2013);
- “Hakimiyyətə doğru yürüş” (2014);
- “Rusiya mafiyasının liderləri” (2014);
- “Yoqa hamı üçün” (2015);
- “Rövşən Lənkəranski” (2016);
- “Böyük qardaş Rövşən Lənkəranski” (2017);
- “Oğru müharibələri” (2019).
Ədəbiyyat
- Orsər R. Bəhram Çələbi // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 492. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- ""Moskvada Lotu Bəxtiyarın sümüklərini sındırmışdılar" MÜSAHİBƏ". https://kulis.az/ (azərb.). Kulis.Az. 1 may 2013 - 14 iyul 2018-ci il tarixində arxivləşdirilib.
Həmçinin, bax:
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- B
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- 26 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 1946-cı ildə doğulanlar
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə