"Rəsul Ələkbərov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 60: | Sətir 60: | ||
1970 – 1975-ci illərdə institutun elmi işlər üzrə direktor müavini, | 1970 – 1975-ci illərdə institutun elmi işlər üzrə direktor müavini, | ||
− | 1971-ci ömrünün sonuna kimi laboratoriya müdiri vəzifəsində çalışıb. | + | 1971-ci ildən ömrünün sonuna kimi laboratoriya müdiri vəzifəsində çalışıb. |
===Elmi fəaliyyəti=== | ===Elmi fəaliyyəti=== |
16:49, 29 oktyabr 2021 versiyası
Rəsul Ələkbərov | |
---|---|
Ələkbərov Rəsul Əli oğlu | |
Rəsul Ələkbərov. | |
Doğum tarixi | 15 aprel 1928 |
Doğum yeri | Nuxa (indiki Şəki), Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 23 avqust 2000 (72 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
İş yeri | AMEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutu (laboratoriya müdiri) |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi; Qorki Dövlət Universiteti, kimya fakültəsi (1947–1952) • Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutu, aspirantura (1955–1958) |
Rəsul Ələkbərov (1928–2000) — tanınmış kimyaçı alim, kimya elmləri doktoru, professor, AMEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun laboratoriya müdiri. Bir müddət Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. Elmi kadrların hazırlanmasında xidməti var.
Haqqında məlumatlar
15 aprel 1928-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1947-ci ildə Nuxada orta məktəbi bitirib.
1947 – 1952-ci illərdə əvvəlcə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin, sonra isə Qorki Dövlət Universitetinin kimya fakültəsində,
1955 – 1958-ci illərdə Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1952 – 1955-ci illərdə təyinat əsasında öz ixtisası üzrə Tomsk şəhərində işləyib.
1955-ci ildən Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda işləyib; o cümlədən,
1961 – 1962-ci illərdə kiçik elmi işçi,
1962 – 1970-ci illərdə böyük elmi işçi,
1970 – 1975-ci illərdə institutun elmi işlər üzrə direktor müavini,
1971-ci ildən ömrünün sonuna kimi laboratoriya müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1961-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
1969-cu ildə kimya elmləri doktoru elmi dərəcəsi,
1972-ci ildə professor elmi adını alıb.
Elmi məqalələri Azərbaycanda və xaricdə çap edilib; ümumiyyətlə, 250-dən çox elmi məqalənin və 60-dan çox müəlliflik şəhadətnaməsinin, 2 patentin müəllifidir.
Vəfatı
23 avqust 2000-ci il tarixdə – 72 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Ələkbərov Rəsul // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 122-123. — 1.000 nüsx.
- Ələkbərov Rəsul Əli oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. 317. — ISBN 978-9952-441-13-0.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- R
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- 1928-ci ildə doğulanlar
- 15 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 23 avqustda vəfat edənlər
- Avqustda vəfat edənlər
- 2000-ci ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə