"Əşrəf Həsənov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 48: | Sətir 48: | ||
===Əmək fəaliyyəti=== | ===Əmək fəaliyyəti=== | ||
− | 1932 – 1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru olub. | + | 1932 – 1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru olub. |
1949 – 1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının opera hazırlığı sinfinə rəhbərlik edib. | 1949 – 1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının opera hazırlığı sinfinə rəhbərlik edib. |
14:46, 23 yanvar 2022 versiyası
Əşrəf Həsənov | |
---|---|
Həsənov Əşrəf Həsən oğlu | |
Oturan: Üzeyir Hacıbəyov; Soldan sağa: Qara Qarayev, Səid Rüstəmov, Niyazi və Əşrəf Həsənov — 1941-ci il. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 yanvar 1909 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 9 avqust 1983 (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Peşəsi | dirijor |
|
|
Təhsili |
Azərbaycan Dövlət Konservatoriyası, orkestr sinfi (–1932); Moskva Dövlət Konservatoriyası, dirijorluq sinfi (–1938) |
Mükafatları |
Əşrəf Həsənov (1909–1983) — peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri, Azərbaycan SSR xalq artisti.
Haqqında məlumatlar
24 yanvar 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfini,
1938-ci ildə isə Moskva Dövlət Konservatoriyasının dirijorluq sinfini bitirib.
Əmək fəaliyyəti
1932 – 1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru olub.
1949 – 1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının opera hazırlığı sinfinə rəhbərlik edib.
Yaradıcı fəaliyyəti
Hələ Moskva Konservatoriyasının son kursunda oxuyarkən – Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə, Üzeyir Hacıbəyovun “Koroğlu” operası onun dirijorluğu ilə Böyük Teatrın səhnəsində tamaşaya qoyulmuşdu. Bu hadisəni sonralar özü belə xatırlayırdı:
...Ongünlüyə hazırlıqla əlaqədar, Üzeyir Hacıbəyov, incəsənət işləri idarəsinin rəisi Ruhulla Axundov və operanın direktoru Müseyib Şahbazov Moskvaya gəlmişdilər. Mən Moskva Konservatoriyasının son kursunda oxuyurdum. Moskvada Üzeyir bəylə görüşdük. Görüş zamanı Üzeyir bəy mənə dedi ki, – “Əşrəf, ongünlüklə əlaqədar yaxşı olar ki, Bakıya gələsən və “Koroğlu” operasını yenidən hazırlayasan. Operanın ongünlükdə dirijorluğunu sənə tapşırıram”. Mən Bakıya gəldim və böyük həvəslə məşqlərə başladım. Nəhayət, opera Moskvada, Böyük Teatrın səhnəsində çox böyük müvəffəqiyyətlə üç dəfə tamaşaya qoyuldu. |
Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir bəy Hacıbəyovun “Koroğlu”, “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Şah İsmayıl”, Reynqold Qilierin “Şahsənəm”, Mixail Qlinkanın “İvan Susanin”, Cüzeppe Verdinin “Traviata”, “Aida”, “Riqoletto”, Nikolay Rimski-Korsakovun “Çar gəlini” və “Qar qız”, Jorj Bizenin “Karmen”, Rucero Leonkovallonun “Məzhəkəçilər”, Sergey Raxmaninovun “Aleko”, Aleksandr Darqomıjskinin “Su pərisi”, Pyotr Çaykovskinin “Yevgeni Onegin”, “İolanta” , “Motsart və Salyeri” operalarına, Nikolay Rimski-Korsakovun “Şəhrizad”, İqor Morozovun “Doktor Aybolit” baletlərinə də dirijorluq edib.
Mükafatları
- “Azərbaycan SSR-in əməkdar incəsənət xadimi” fəxri adı — 23 fevral 1940;
- “Azərbaycan SSR-in xalq artisti” fəxri adı — 10 iyun 1959;
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 23 yanvar 1979.
Vəfatı
9 avqust 1983-cü il tarixdə – 74 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- "Əşrəf Həsənov". http://azteatr.musigi-dunya.az/ (azərb.). Musiqi Dünyası. (#archive_url)
- "Fərman və sərəncamlar" (PDF). http://www.anl.az/ (azərb.). Azərbaycan Milli Kitabxanası. 5 Dec 2010 – 19 Nov 2020 tarixində arxivləşdirilib (PDF).
- Ələsgərova G. Unudulmayan on gün: Moskvada ilk Azərbaycan mədəniyyəti və incəsənəti dekadasının 80 illiyi münasibətilə (azərb.) // Mədəniyyət : qəzet. — 2018. — В. 27 aprel. — Səh. 10. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 May 2018 - 17 Sep 2018.
- Məmmədov Ə., Xalıqov F. Həsənov Əşrəf // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 235-236. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış pedaqoqlar
- 1909-cu ildə doğulanlar
- 24 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 9 avqustda vəfat edənlər
- Avqustda vəfat edənlər
- 1983-cü ildə vəfat edənlər
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə