Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Vaqif İbrahim" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 86: Sətir 86:
  
 
===Xatirəsi===
 
===Xatirəsi===
Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzi nəzdindəki klublardan biri (keçmiş Ziyalılar evi) və Sumqayıt şəhərindəki 35 saylı məktəb Vaqif İbrahimin adını daşıyır. [[Şəki|Şəki şəhərində]] bir küçəyə adı verilib.
+
Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzi nəzdindəki klublardan biri (keçmiş Ziyalılar evi) və Sumqayıt şəhərindəki 35 saylı məktəb, [[Şəki|Şəki şəhərində]] bir küçə Vaqif İbrahimin adını daşıyır.
  
 
==Ədəbiyyat==
 
==Ədəbiyyat==

20:27, 22 mart 2022 versiyası

Vaqif İbrahim
İbrahimov Vaqif Əliyar oğlu
Vaqif İbrahim
Vaqif İbrahim.
Doğum tarixi 30 sentyabr 1945(1945-09-30)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 29 oktyabr 1983 (38 yaşında)
Vəfat yeri Sumqayıt
Vəfat səbəbi avtomobil qəzası
Dəfn yeri Saray qəsəbəsi, Abşeron rayonu
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (–1968)
Mükafatları Azərbaycan SSR LKGİ mükafatı — 1976

Vaqif İbrahim (1945–1983) — tanınmış şair və jurnalist, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı, Azərbaycan LKGİ MK-nin üzvü, “Göyərçin” jurnalının məsul katibi.

Haqında məlumatlar

30 sentyabr 1945-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1952 – 1962-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində təhsil alıb.

1968-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyəti

1968 – 1970-ci illərdə Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor,

1971 – 1975-ci illərdə isə məsul redaktor vəzifəsində çalışıb.

1975 – 1976-cı illərdə “Ulduz” jurnalı redaksiyasında ədəbi işçi,

1976 – 1983-cü illərdə “Göyərçin” jurnalının məsul katibi olub.

İctimai aktivliyi

1970 – 1971-ci illərdə Sumqayıtda Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun sədri,

1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

1980 – 1983-cü illərdə Azərbaycan LKGİ MK nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik edib.

Azərbaycan komsomolunun XXX-XXXI qurultaylarının nümayəndəsi olub (XXXI qurultayında Azərbaycan LKGİ MK-nə üzv seçilib).

SSRİ – Bolqarıstan “Drujba” jurnalı redaksiya heyətinin üzvü idi.

Ədəbi yaradıcılığı

7 şeir kitabı sağlığında, nəşrə təqdim etdiyi “Taleyimə yazılanlar” adlı kitabı isə ölümündən sonra çap olunub.

Kitablarının siyahısı (çap olunduğu illər)

  1. Bu torpaqda doğulanlar (1970);
  2. Ömür balladası (1970);
  3. Dünyanın keşiyində (1974);
  4. Baykal-Amur magistralında (1975);
  5. Mehribanlıq işığı (1981);
  6. Vaxtla üz-üzə (1982);
  7. Taleyimə yazılanlar (1985).

Təltif və mükafatları

Vəfatı

29 oktyabr 1983-cü il tarixdə – 38 yaşında, Bakı-Sumqayıt yolunda baş vermiş avtomobil qəzasında həlak olub.

Xatirəsi

Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzi nəzdindəki klublardan biri (keçmiş Ziyalılar evi) və Sumqayıt şəhərindəki 35 saylı məktəb, Şəki şəhərində bir küçə Vaqif İbrahimin adını daşıyır.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. İbrahim Vaqif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 546-547. — 1.000 nüsx.
  2. Əhmədov T. Azərbaycan yazıçıları XX–XXI yüzillikdə. — Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011. — Səhifələrin sayı:  1056. — Səh.: 962. — 1.000 nüsx. — ISBN 978-9952-460-06-3. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 sentyabr 2021.
  3. Orsər R. Vaqif İbrahim // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 480-483. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.