Yaşar Bilalov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
 
Sətir 4: Sətir 4:
  |Adı                  = Yaşar Bilalov
  |Adı                  = Yaşar Bilalov
  |Tam adı              = Bilalov Yaşar Mahmud oğlu
  |Tam adı              = Bilalov Yaşar Mahmud oğlu
  |Şəkil                = Yaşar Bilalov.JPG
  |Şəkil                = Yaşar Bilalov.png
  |Şəklin ölçüsü        = 160
  |Şəklin ölçüsü        =  
  |Şəklin izahı          = Yaşar Bilalov, 1972-ci il.
  |Şəklin izahı          = Yaşar Bilalov, 1972-ci il.
  |Doğum tarixi          = {{Doğum tarixi|1936|9|29}}
  |Doğum tarixi          = {{Doğum tarixi|1936|9|29}}

Səhifəsinin 17:07, 29 sentyabr 2023 tarixinə olan son versiyası

Yaşar Bilalov
Bilalov Yaşar Mahmud oğlu
Yaşar Bilalov
Yaşar Bilalov, 1972-ci il.
Doğum tarixi 29 sentyabr 1936(1936-09-29)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 14 may 2013 (76 yaşında)
Elm sahəsi kimya
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili

Azərbaycan Sənaye İnstitutu, kimya-texnologiya fakültəsi (1955–1957)

M.V.Lomonosov adına Moskva Zərif Kimya-Texnologiya İnstitutu (1957–1961)

M.V.Lomonosov adına Moskva Zərif Kimya-Texnologiya İnstitutu, aspirantura (1962–1965)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı

Yaşar Bilalov (1936–2013) — tanınmış kimyaçı alım-pedaqoq, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının müdiri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

29 sentyabr 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1955-ci ildə Nuxa şəhər M.F.Axundov adına 2 №-li orta məktəbini bitirib.

1955-ci ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olub.

1957-ci ildən təhsilini M.V.Lomonosov adına Moskva Zərif Kimya-Texnologiya İnstitutunda davam etdirib.

1962 – 1965-ci illərdə M.V.Lomonosov adına Moskva Zərif Kimya-Texnologiya İnstitutunun aspiranturasına təhsil alıb.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1965-ci ildə “Protektor rezinlərinin tərkibinin onların mexaniki xassələrinə təsirinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını,

1987-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

1988-ci ildə professor elmi adını alıb.

500-dək elmi əsərin, o cümlədən, dərs vəsaitlərinin müəllifidir.

Tədqiqatları polimerlərin modifikasiyası, onların əsasında müxtəlif məqsədli kompozisiyalar alınmasına həsr olunub.

35 elmlər namizədinin, 5 elmlər doktorunun elmi rəhbəri olub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1961 – 1962-ci illərdə Bakı şin zavodunda işləyib.

1965-ci ildən M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda işləməyə başlayıb; əvvəl yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasında müəllim, sonra baş müəllim, daha sonra dosent,

1972 – 2013-cü illərdə kafedranın müdiri,

1977 – 1982-ci illərdə kimya texnologiyası fakültəsinin dekanı,

1988 – 2013-cü illərdə professor vəzifəsində çalışıb.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

14 may 2013-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Bilalov Yaşar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 72-74. — 1.000 nüsx.
  2. Mete Ə. Fəxri kimyaçı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 289-290. — 500 nüsx.
  3. Bilalov Yaşar Mahmud oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2013. —IV  c. — Səh. 34. — ISBN 978-9952-441-03-1.
  4. "ADNSU-da professor Yaşar Bilalovun 80 illik yubileyi qeyd olunub". https://www.facebook.com/Azii1920.ADNSU/ (azərb.). Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. 29 sentyabr 2016-cı il.

Bildiriş[HTML redaktə]