"Haşım bəy Əmircanov" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Ailəsi) |
|||
Sətir 69: | Sətir 69: | ||
|en = 900 | |en = 900 | ||
|hündürlük = 500 | |hündürlük = 500 | ||
− | |izahı = Peterburqda oxuyan azərbaycanlı tələbələrdən bir qrup | + | |izahı = Peterburqda oxuyan azərbaycanlı tələbələrdən bir qrup (təx. 1907). |
Soldan sağa. Oturanlar: 1) Xudadad bəy Məlikaslanov, 2) Camo bəy Hacınski, 3) Məhəmmədşəfi Cavadov, 4) Haşım bəy Əmircanov, 5) Cavad Həyatov, 7) İslam bəy Hacıbəylinski, 8) [[Yusif xan Şəkinski]], 9) Məşədi Əzizbəyov. | Soldan sağa. Oturanlar: 1) Xudadad bəy Məlikaslanov, 2) Camo bəy Hacınski, 3) Məhəmmədşəfi Cavadov, 4) Haşım bəy Əmircanov, 5) Cavad Həyatov, 7) İslam bəy Hacıbəylinski, 8) [[Yusif xan Şəkinski]], 9) Məşədi Əzizbəyov. |
13:55, 23 sentyabr 2023 versiyası
Haşım bəy Əmircanov | |
---|---|
Əmircanov Həşim bəy Şirəli bəy oğlu | |
Haşım bəy Əmircanov, Sankt-Peterburqda təhsil alarkən (1901–1908-ci illər). | |
Anadan olub | 7 iyul 1879 | (25 iyun)
Anadan olduğu yer | Nuxa (indiki Şəki) Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | may 1918 | (39 yaşında)
Vəfat etdiyi yer | Nuxa, Kiş çayı bəndi yaxınlığında |
Atası | Şirəli bəy Əmircanov |
Anası | Fatma xanım (Mustafa ağa Şəkixanovun qızı) |
Təhsili | Sankt-Peterburq Universiteti, hüquq fakültəsi (1901–1908) |
Haşım bəy Əmircanov (1879–1918) — Sankt-Peterburq Universitetinin hüquq fakültəsinin məzunu. Rusiya İmperiyasının quberniya katibi(ru) mülki məmur rütbəsinə də malik idi.
Haqqında məlumatlar
7 iyul (25 iyun) 1879-cu il tarixdə anadan olub.
Təhsili
1900-cü ildə Tiflis gimnaziyasını bitirib.
1900 – 1901-ci dərs ilində, 2 semestr Kiyev Müqəddəs Vladimir Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri bölməsində,
1901 – 1908-ci illərdə Sankt-Peterburq Universitetinin hüquq fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1914-cü ildə Bakı Dairə Məhkəməsi barışdırıcı hakiminin köməkçisi vəzifəsinə təyin olunub.
1916-cı ildə Dəvəçi sülh bölməsində müstəntiq işləyirdi.
Digər
1910-cu ildə müsəlman maarifçi “Nicat” Cəmiyyətinin İdarə Heyətinə üzv seçilib.
1911-cı ildə quberniya katibi(ru) mülki rütbəsini alıb.
1915-ci ildə Sankt-Peterburq Universitetinin professoru Boduen de Kurtenenin sədrliyi altında keçirilmiş qeyri-rus millətlərin qurultayında Aslan bəy Səfikürdski ilə birlikdə azərbaycanlıların nümayəndəsi kimi iştirak edib.
Vəfatı
1918-ci ilin təqribən may ayının ortalarında ermənilərin böyük bir silahlı dəstəsi Gürcüstan ərazisi ilə Nuxaya doğru hərəkət etməyə başlamışdı. Bu zaman ermənilərlə danışıq aparmaq üçün Nuxadan Mixak Boyaqçı oğlu, Şaşaməlik Allahverdov, bələdiyyə idarəsinin rəis müavini Məhəmməd bəy Fərzəlibəyov, Haşım bəy Əmircanov və əlavə iki nəfər mühafizəçidən ibarət nümayəndə heyəti göndərildi. Lakin onlar Kiş çayı bəndinə çatanda qarşıları kəsildi, Məhəmməd bəy Fərzəlibəyov və mühafizəçilərdən Məşədi Cabbar Dadanovdan başqa yerdə qalanların hamısı, o cümlədən, Haşım bəy Əmircanov da qətlə yetirildi.
Ailəsi
Atası: Şirəli bəy Əmircanov (1847-1922).
Anası: Fatma xanım (Mustafa ağa Şəkixanovun qızı).
Kollektiv fotoşəkildə
Peterburqda oxuyan azərbaycanlı tələbələrdən bir qrup (təx. 1907).
Əmircanovların nəsil şəcərəsi
Abdulla bəy Əmircan bəy oğlu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mustafa ağa Şəkixanov | Əliəşrəf bəy | Əliəkbər bəy | Süleyman bəy | Dostuxanım | Əliəsgər bəy | Qafar bəy | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bala bəy Əlibəyov | Fatma xanım | Şirəli bəy | Lütfəli bəy | Firuzə | Cavad bəy | Nazəli | Vahid bəy | Nəsrulla bəy | Rüstəm bəy | Sitarə | Möhsün bəy | Yusif | Abdulla | Musa | Əzizə | Hacı bəy | Abbas bəy | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səltənət xanım | Əbdüləli bəy | Lütfəli bəy | Haşım bəy | Bilqeyis xanım | Dilaram xanım | Xanım xanım | Əliyə | Dostan | Rübabə | Pərviz | Xosrov | Allahyar Əmircanov | Hüsniyyə Ağahüseynova | Səkinə | Əliyar Əmircanov | Yaqub Ağahüseynov | Hökumə Əmircanova | Zivər Dadanova | Cavahir İbrahimova | İsmət Əmircanova | Şövkət Əmircanova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rüstəm | Belma | Fuad | Məhəmməd | Valiyə | Ziyad Ebüzziya | Məryəm | Emil Qurr | Rəşid | Murad | Zemfira | Fərid | Tofiq Ağahüseynov | Rəhim Ağahüseynov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tülin | Talha | Alev Ebuzziya-Siesbye | Sevil Axundova | Elmira Ağahüseynova | Leyla Ağahüseynova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Hacı bəy Əmircanov (?–?).
Əbdüləli bəy Əmircanov (1874–1948).
Haşım bəy Əmircanov (1879–1918)
Əliyar Əmircanov (1897–+1945).
Alevin uşaqlıq şəkli, qardaşı Talha, atası və anası.
Tofiq Ağahüseynov (1923–2021).
Fərid Əliyar oğlu Əmircanov (1935–1986).
Elmira Tofiq qızı Ağahüseynova (solda) və Leyla Rəhim qızı Ağahüseynova. Şəkli Ə.Tahirzadə çəkib, 29 may 2014-cü il.
Nəsil şəcərəsinnin mənbələri
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Əbdüləli bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 455–463. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 may 2021.
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Əliyar bəy Hacı bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 464-472. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 may 2021.
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Haşım bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 473–476. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Möhsün bəy Süleyman bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 477–482. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 aprel 2021.
- Əhməd D. Əmircan ailəsi – İstiqlal uğrunda bir əsr (azərb.) // Teleqraf.com : sayt. — 22 Aprel 2019. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 Feb 2020 - 12 Apr 2021.
- Alev Ebüzziya Siesbye : [arx. 18 Sep 2013 - 8 Jan 2022] : [tur.] // [istanbulkadinmuzesi.org İstanbul Kadın Müzes]. — 2016. — 13 Şubat. — Müraciət tarixi: 17.01.2022.
- Исмаилов Э.Э. Азербайджанцы в конвое российских императоров. — Библиотека «Старого Цейхгауза». — Москва: Фонд «Русские Витязи», 2018. — Səh.: 223 – 224.
- Samet Ağaoğlu ile bir çocukluk arkadaşını ziyaret (türk.). https://mahmuttolon.wordpress.com/. Mahmut Tolon. Arxivləşdirilib (1 iyul 2021).
- Məzarı tapılmayan azərbaycanlı azadlıq fədailəri və repressiya qurbanları // Şəki Ensiklopediyası. — Müraciət tarixi: 17.01.2022.
Ədəbiyyat
- Mərdanov M, Tahirzadə Ə. ƏMİRCANOV Haşım bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 473-476. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
- Tahirzadə Ə.Ş. Ələşrəf Kərimov/İsmayılov; Şəki keçmişdə və imdi // Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005. — Səh.: 77 – 83; 194 – 213. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
- "Министерство юстиции. О службе помощника мирового судьи Бакинского окружного суда Гашим-Бека-Амирджанова". ttps://rgia.su/ (русский). Российский государственный исторический архив (РГИА). 1914. 23 Jun 2021 tarixində arxivləşdirilib.
- "Формулярный список о службе чина судебного ведомства губернского секретаря Г.Ш. Амирджанова". https://rgia.su/ (русский). оссийский государственный исторический архив (РГИА). 1911 г. 23 Jun 2021 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |