Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

"İmran Hacıyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 66: Sətir 66:
  
 
===Təltif və mükafatları===  
 
===Təltif və mükafatları===  
* [[Azərbaycan SSR Dövlət Mükafatı]] – “Xəzər dənizinin böyük dərinliklərində iri neft və qaz yataqlarının aşkar edilməsinin və mənimsənilməsinin sürətləndirilməsini təmin edən elmi-texniki kompleksin yaradılması və tətbiq olunması üçün” mövzusunda tədqiqatlarına görə (26 may 1991-ci il);
+
* [[Azərbaycan SSR Dövlət mükafatı]] – “Xəzər dənizinin böyük dərinliklərində iri neft və qaz yataqlarının aşkar edilməsinin və mənimsənilməsinin sürətləndirilməsini təmin edən elmi-texniki kompleksin yaradılması və tətbiq olunması üçün” mövzusunda tədqiqatlarına görə (26 may 1991-ci il);
 
* [["Tərəqqi" medalı|“Tərəqqi” medalı]] (20 sentyabr 2001-ci il);
 
* [["Tərəqqi" medalı|“Tərəqqi” medalı]] (20 sentyabr 2001-ci il);
 
* Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (18 sentyabr 2008-ci il).
 
* Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (18 sentyabr 2008-ci il).

03:17, 5 yanvar 2024 versiyası

İmran Hacıyev
Hacıyev İmran Mustafa oğlu
İmran Hacıyev
İmran Hacıyev.
Doğum tarixi 15 dekabr 1929(1929-12-15)[qeyd 1]
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 3 dekabr 2017 (87 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu, dəmiryol fakültəsi (1947–1950)

 • Azərbaycan Politexnik İnstitutu, dəmiryol fakültəsi (1950–1952)
Həyat yoldaşı Afərdə Hacıyeva
Evladları İlahə İbrahimova və Mustafa Hacıyev
Atası Hacıyev Mustafa Hacıhəmid oğlu
Anası Hacıyeva Minayə Məmmədsadıq qızı
Mükafatları Azərbaycan SSR dövlət mükafatı — 1991
"Tərəqqi" medalı — 2001
Adının digər versiyaları Imran Haciyev, Имран Гаджиев, Имран Һаҹыјев

İmran Hacıyev (1929–2017) — dəniz neft-qaz mədən qurğularının hesablanması və layihələndirilməsi üzrə tanınmış mütəxəssis, texnika elmləri namizədi, Azərbaycan SSR Dövlət mükafatı laureatı. Texnika elmləri doktoru, professor Fərman Hacıyevin (1929–2002) əkiz qardaşıdır.

Haqqında məlumatlar

15 dekabr 1929-cu il tarixdə[qeyd 1] Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1937 – 1947-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,

1947 – 1950-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun dəmiryol fakültəsində,

1950 – 1952-cü illərdə isə Azərbaycan Sənaye İnstitutunun bazasında yeni yaradılmış Azərbaycan Politexnik İnstitutunun dəmiryol fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti

1971-cı ildə texnika elmləri namizədi elmi dərəcəsini alıb.

Neft-qaz mədən qurğularının hesablanması və layihələndirilməsi üzrə 120-dən çox elmi əsərin və 6 müəllif şəhadətnaməsinin müəllifidir.

Əmək fəaliyyəti

1952-ci ildən “Voroşilovqradstroy” trestində (Voroşilovqrad (indiki Luqansk, Ukrayna)) əvvəl iş icraçısı, sonra sahə rəisi,

1956-cı ildən “Qipromorneft” (“Dənizneftqazlayihə”) Elmi-Tədqiqat Layihə İnstitutunda (Bakı) mühəndis-konstruktor, sonra böyük mühəndis,

1964 – 1999-cu illərdə layihənin baş mühəndisi vəzifəsində çalışıb.

Pedaqoji fəaliyyəti

Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda dərs deyib.

Təltif və mükafatları

  • Azərbaycan SSR Dövlət mükafatı – “Xəzər dənizinin böyük dərinliklərində iri neft və qaz yataqlarının aşkar edilməsinin və mənimsənilməsinin sürətləndirilməsini təmin edən elmi-texniki kompleksin yaradılması və tətbiq olunması üçün” mövzusunda tədqiqatlarına görə (26 may 1991-ci il);
  • “Tərəqqi” medalı (20 sentyabr 2001-ci il);
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (18 sentyabr 2008-ci il).

Vəfatı

3 dekabr 2017-ci il tarixdə – 87 yaşında, Bakıda vəfat edib.

Qeyd

  1. 1,0 1,1 Əkiz qardaşı Fərman Hacıyevin (1929–2002) sənədlərində isə təvəllüd tarixi 1 ay fərqlidir: 15 noyabr 1929-cu il. Görünür sənıdləşmə zamanı əkizlərdən hansınınsa doğum tarixində texniki səhvə yol verilmişdir.

Ədəbiyyat

  1. İmran və Fərman Hacıyevlərin şəxsi işləri. — Müraciət tarixi: 10.12.2023.
  2. Məmmədov Ə., Xalıqov F. Hacıyev İmran // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 218-219. — 1.000 nüsx.