"Nurəddin Mustafayev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 3: | Sətir 3: | ||
| adı =Nürəddin Mustafayev | | adı =Nürəddin Mustafayev | ||
| orijinal adı = Mustafayev Nürəddin Elyaz oğlu | | orijinal adı = Mustafayev Nürəddin Elyaz oğlu | ||
− | | şəkil = | + | | şəkil =Nurəddin Mustafayev3.jpg |
| şəklin ölçüsü = | | şəklin ölçüsü = | ||
| şəklin izahı = Nürəddin Mustafayev, 2019-cu il | | şəklin izahı = Nürəddin Mustafayev, 2019-cu il |
23:06, 10 avqust 2020 versiyası
Nürəddin Mustafayev | |||||||
---|---|---|---|---|---|---|---|
Mustafayev Nürəddin Elyaz oğlu | |||||||
Nürəddin Mustafayev, 2019-cu il | |||||||
|
|||||||
|
|||||||
Sələfi | Sadıq Murtuzayev | ||||||
Xələfi | Hadi Rəcəbli | ||||||
|
|||||||
Sələfi | Kamran Rəhimov | ||||||
Xələfi | Heydər İsayev | ||||||
Doğum tarixi | 18 oktyabr 1942 | ||||||
Doğum yeri | Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ | ||||||
Təhsili |
K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası və Moskva Beynəlxalq Münasibətlər Universiteti (1963 – 1969) Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası (1976) |
Nürəddin Mustafayev – Azərbaycan sovet partiya və dövlət xadimi; 1983 – 1989-cu illərdə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi və eyni zamanda Azərbaycan KP MK-nın büro üzvü; həmçinin, 1980 – 1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin, 1984 – 1989-cu illərdə isə həm SSRİ Ali Sovetinin və həm də Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.
Haqqında məlumatlar
18 oktyabr 1942-ci il tarixdə Ermənistan SSR-in Basarkeçər rayonunda anadan olub.
1947-ci ildə ailəsi ilə birlikdə Azərbaycan SSR-in Kirovabad şəhərinə köçüblər.
Təhsili
Kirovabad şəhər dəmir yol orta məktəbini (qızıl medalla) bitirib.
1963 – 1969-cu illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında və Moskva Beynəlxalq Münasibətlər Universitetində,
1976-cı ildə isə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında təhsil alıb.
Əmək fəaliyyəti
1980-cı ilədək Azərbaycan SSR Kənd təsərrüfatı Nazirliyində, Azərbaycan SSR Nazirlər Sovetində, Azərbaycan KP MK-da müxtəlif vəzifələrdə çalışıb.
1980 – 1983-cü illərdə Azərbaycan KP Şəki Şəhər Partiya Komitəsinin birinci katibi,
1983 – 1989-cu illərdə isə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi və eyni zamanda Azərbaycan KP MK-nın büro üzvü olub.
Ailəsi
Evlidir, 4 oğul, 1 qız atasıdır. 8 nəvəsi və 1 nəticəsi var.
Həmçinin, bax:
Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri
Aidiyyəti linklər
Naxçıvan Kommunist Partiyasının diyar - vilayət - respublika komitəsi Şablon:Yaxşı məqalə